Erməni evlərində Azərbaycan İŞIĞI – “Metsamor”u bağlamaq ZAMANI

“Azərbaycan və Türkiyə ilə elektrik verilişi xətlərinin çəkilişi Ermənistanın enerji təhlükəsizliyinə töhfə verəcək”.
Bunu Baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, kommunikasiyaların açılması kontekstində nəqliyyat sahəsində qarşılıqlı əlaqələrin təmin edilməsi ilə yanaşı, enerji sahəsində də qarşılıqlı əlaqələrin genişləndirilməsi, o cümlədən Türkiyə və Azərbaycanla enerji əlaqələrinin inkişaf etdirilməsi vacibdir. “Bu, elektrik verilişi xətlərinin və birləşdiricilərin çəkilməsini əhatə edir ki, bu da həm enerji təhlükəsizliyinə, həmçinin “yaşıl keçid”ə töhfə verə bilər”, - Paşinyan əlavə edib.
Qeyd edək ki, Ermənistan əsasən İrandan elektrik enerjisi alır. Bundan əlavə, özünün “Metsamor” AES-i də enerji təminatında rol oynayır. Azərbaycan və Türkiyə ermənilərə işıq verəcəksə, “Metsamor” AES-in bağlanması tələbini qoya bilərikmi? Onsuz da dəfələrlə çağırışlar edilib, AES-in istismar müddətini başa vurduğu, bölgə üçün təhdid yaratdığı vurğulanıb. İndi isə yeni imkan yaranır, Ermənistana elektrik enerjisi verəcəyiksə, bu stansiyanın ləğvi məsələsi irəli sürülə bilərmi?
Siyasi ekspert Ramiyə Məmmədova Ermənistanın enerji asılılığını tam aradan qaldırmağı mümkün görünmür. Buna zaman tələb olunduğunu deyən ekspertin sözlərinə görə, Azərbaycan və Türkiyənin təsiri isə Ermənistanı Rusiyadan xeyli uzaqlaşdıracaq: "Həmçinin İran da Ermənistana əvvəlki təsirini göstərə bilməyəcək. Bunun əsas səbəbi ABŞ və Avropa İttifaqının Ermənistanda yerləşməsidirsə, digər faktor Azərbaycan və Türkiyə olacaq. O ki qaldı "Metsamor"un bağlanmasına, Ermənistan beynəlxalq konvensiyaları pozur. "Metsamor” köhnə AES-lərdən biridir, SSRİ zamanı köhnə texnologiya ilə tikilib. Bir ara bu işi amerikalılar görmək istəyirdi, amma nədənsə nəticə olmadı. Digər tərəfdən Ermənistan Kiçik Qafqazın tektonik cəhətdən ən oyanıq ərazisidir, burada hər an zəlzələ ola bilər".
Ekspert hesab edir ki, bu məsələdə prioritet "Metsamor"un bağlanması yox, Ermənistana elektrik enerjisi verməklə həm onu Rusiyanın caynağından qoparmaqdır, həm də regionda dayanıqlı sabitliyə xidmət etməsidir: “Amma Ermənistanın baş naziri Nikol Paşinyan “Metsamor” AES-də 2036-cı ildə, yəni hazırkı aqreqatın istismar müddəti başa çatdıqdan sonra yeni enerji blokunu işə salmağı planlaşdırdığını açıqlayıb. "Metsamor” AES-in istismar müddətinin uzadılması Gürcüstan, Türkiyə, Azərbaycan, İran və Qara dənizin cənub regionunun əhalisinin, ilk növbədə isə Ermənistanın özünün əhalisinin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Məncə, elektrik xətləri olandan sonra Bakı və Ankara bu məsələni də İrəvanla müzakirə edə bilər. Avropa da atom elektrik stansiyasının bağlanmasının tərəfdarıdır. Çünki Qərbdə bilirlər ki, "Metsamor" Rusiyaya aiddir və onun işində Moskva daha çox maraqlıdır. Ona görə Avropanın mövqeyinə görə bu stansiyanı bağlayıb təbiətə ziyan vura bilməyəcək yeni elektrik stansiyaları işə salmaq istəyirlər. Ermənistanın AES-ə texniki qulluq və yanacaq təchizatında 100 faiz Rusiya "Rosatom"undan asılı olduğunu nəzərə almaq lazımdır. Ermənistan Rusiyadan asılılığını azaltmaq və Qərblə geniş əməkdaşlığı təmin etmək istəyindən danışır. "Metsamor" AES-in gücünün artırılması, əksinə, bu asılılığı daha da artıracaq. Ona görə elə ilk növbədə Paşinyan hökuməti bunu ölçüb-biçməlidir".
Bu gün, 16:00
Erməni evlərində Azərbaycan İŞIĞI – “Metsamor”u bağlamaq ZAMANI
Bu gün, 15:30
Bakı-Moskva qatarının “bəxti” açıla bilər
Bu gün, 14:22
İrandan Ermənistana verilən o VƏD... – Bakının gözləntisi
Bu gün, 14:10
Nazirliyin qoyunlarını oğurladı
Bu gün, 14:05
Ceyhun Bayramov: "Bu, cinayətdir"
Bu gün, 13:44
Sabah 35 dərəcə isti olacaq - PROQNOZ
Bu gün, 13:31
Azərbaycan və İordaniya viza rejimini ləğv edir
Bu gün, 13:25
İrandan Azərbaycana 78 kq narkotik keçirmək istədilər
Bu gün, 11:56
Tehrandan Vaşinqtona: O dövr bitdi, artıq…
Bu gün, 11:52
NATO zirvəsində qeyri-adi hadisə: Bu ölkəni iki lider təmsil edir
Bu gün, 11:44
Azərbaycan Prezidenti İordaniya Kralını ölkəyə səfərə dəvət etdi
Bu gün, 11:07
Prezident qəbul keçirdi - FOTOLAR
Bu gün, 11:02
ADY sərnişin daşınmasını 18 % artırıb
Bu gün, 10:21
Tramp bu barədə əmri Ankarada olarkən verib
Bu gün, 10:17
Dərnəgül yolunda dəhşətli qəza - Sürücü öldü - Video
Bu gün, 09:41
Azərbaycanda yeni avtomobil zavodu tikiləcək
Bu gün, 09:36
Xocavənd və Şuşaya növbəti köç karvanı yola salındı
Bu gün, 09:31
Yaxın Şərqdə silahlar yenidən işə düşdü: ABŞ və İranın gecə zərbələri
Bu gün, 09:24
DÇ-2026: 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşdi
Bu gün, 09:00
Türkiyənin F-35-ləri rəsmən Netanyahunu qorxuya saldı: daha bir...
Dünən, 16:00
Valideynlərin DİQQƏTİNƏ! Qəfil uşaq ölümlərinin səbəbləri...
Dünən, 15:30
Dizel yoxdur, Rusiyada kənd təsərrüfatı çökür: məhsul yığımı dayandı
Dünən, 14:22
"Yeganə yol üsyandır!"
Dünən, 13:39
Tramp Türkiyəyə kömək edəcək
Dünən, 13:29
Tbilisi qatarlarında sərnişin tutumu artırılır - Biletlər satışdadır
Dünən, 13:21
Xocavənd şəhərinə növbəti köç karvanı yola salındı
Dünən, 13:17
Nəsimi rayonunda 70 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb