Valideynlərin DİQQƏTİNƏ! Qəfil uşaq ölümlərinin səbəbləri...
Sosial
Oxunub: 43
7 iy 2026 | 16:00
Valideynlərin DİQQƏTİNƏ! Qəfil uşaq ölümlərinin səbəbləri...


Son illər Azərbaycanda məktəblilər arasında baş verən qəfil ölüm halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Müxtəlif bölgələrdə sağlam görünən uşaqların qəfil halının pisləşməsi və həyatını itirməsi bu hadisələrin səbəbləri ilə bağlı sualları artırır. Bu cür faciələr həm valideynləri, həm də ictimaiyyəti narahat etdiyi bir vaxtda İmişlidən daha bir acı xəbər gəlib.

Xəbər verildiyi kimi, İmişli rayonunun Allahmədətli kənd ümumi orta məktəbinin 7-ci sinif şagirdi Kamilə Bədəlzadə vəfat edib. Bu barədə məlumat məktəbin rəsmi sosial şəbəkə hesablarında paylaşılıb. Bildirilib ki, məktəblinin bir neçə gün əvvəl qəfildən halı pisləşib və o, komaya düşüb. Həkimlərin bütün səylərinə baxmayaraq, Kamilə Bədəlzadə 5 gün komada qaldıqdan sonra həyatını itirib. Məktəb rəhbərliyi və pedaqoji kollektiv şagirdin vəfatından dərin kədər hissi keçirdiklərini bildirərək, mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib. Yeniyetmənin ölüm səbəbi ilə bağlı rəsmi tibbi açıqlama verilməsə də, hadisə uşaq və yeniyetmələr arasında qəfil ağırlaşan sağlamlıq problemlərini yenidən gündəmə gətirib.

Qeyd edək ki, son dövrlərdə baş vermiş oxşar hadisələr vəziyyətin ciddiliyindən xəbər verir. Misal üçün, bu ilin iyul ayında Bakı Avropa Liseyinin 9-cu sinif şagirdi, 15 yaşlı Cavad Quliyevin qəfil vəfat etməsi böyük üzüntü ilə qarşılanmışdı. Elə həmin ay Bakıda daha bir 15 yaşlı məktəblinin gözlənilmədən həyatını itirməsi ictimaiyyətdə geniş rezonans doğurmuşdu. Bundan əvvəl isə Salyanda 11-ci sinif şagirdi Həsən Kürünün halı qəfil pisləşmiş, xəstəxanaya çatdırılsa da, beyin qanaması nəticəsində vəfat etmişdi.

Uşaqlar arasında qəfil ölümlərin əsas səbəbləri nədir? Valideynlər azyaşlı övladlarının davranışında əsas nələrə diqqət etməlidir?

Pediatr Vaqif Qarayev Musavat.com-a bildirib ki, tez-tez mediada hansısa uşağın qəflətən komaya düşməsi və həkimlərin onu xilas edə bilməməsi barədə xəbərlərə rast gəlirik. “Belə hallarda cəmiyyətdə dərhal həkimlərin əleyhinə müzakirələr başlayır. Lakin bir məqamı unutmaq olmaz, 7-ci sinif şagirdi körpə uşaq deyil və heç bir uşaq durduğu yerdə, qəflətən komaya düşmür. Bu vəziyyətin arxasında mütləq gizli qalan ciddi bir tibbi xəstəlik olur ki, təəssüf ki, vaxtında yoxlanılmır. Bizdə adətən uşaq yalnız xəstələnəndə həkimə müraciət edirlər. Halbuki tibdə planlı müayinə (check-up) deyilən bir anlayış var. Uşaq tamamilə sağlam göründüyü vaxtlarda belə, müntəzəm olaraq həkim nəzarətindən keçməlidir. Hətta südəmər yaşda edilən adi bir ümumi qan analizi bizə uşağın sağlamlığı haqqında çox ciddi məlumatlar verə bilər. Məsələn, bu analiz vasitəsilə qanazlığı (anemiya) riskini, talasemiya daşıyıcılığını və ya xəstəliyin özünü erkən mərhələdə aşkarlamaq mümkündür”,_ deyə V.Qarayev belə söyləyib.

Həkim əlavə edib ki, valideynlərin diqqət yetirməli olduğu bəzi mühüm simptomlar var, onlar vaxtında yoxlanılmadıqda faciəyə yol aça bilər: “Əgər uşaqda ümumi zəiflik, halsızlıq, tez yorulma, pis yuxu və iştahsızlıq varsa, çəkisi artmırsa, tez-tez təngnəfəs olursa, rəngi ağarıb gözlərinin altı qaralırsa və şişkinlik yaranırsa, ilk növbədə böyrəklər yoxlanılmalıdır. Çünki böyrək çatışmazlığı vaxtında müalicə olunmadıqda qəfil komaya səbəb ola bilər. Eyni zamanda, əgər ailədə (ana və ya ata tərəfdə) diabet xəstəliyi varsa, həmin uşaqlar ildə azı bir dəfə şəkər profilində yoxlanılmalıdır ki, xəstəlik vaxtında aşkarlansın. Davamlı baş ağrıları da ciddi siqnaldır, uşaq səhər yuxudan duranda başının ağrıdığını deyirsə və bu hal tez-tez təkrarlanırsa, xüsusən də baş ağrısı fonunda ürəkbulanma və qusma baş verirsə, mütləq baş beyin müayinə olunmalıdır. Çünki çox vaxt beyin şişləri məhz belə təsadüfi müayinələr zamanı vaxtında aşkarlanır. Digər tərəfdən, cüzi fiziki gərginlik zamanı uşağın dodaqları göyərirsə, təngnəfəslik və boğulma yaranırsa, təcili olaraq ürək müayinə edilməlidir. Adi bir exokardioqrafiya vasitəsilə ürək qüsurlarını (hətta bəzən bir neçə qüsurun birgə kombinasiyasını) aşkar etmək mümkündür. Nəticə olaraq demək olar ki, heç bir koma qəfil yaranmır. Hər yaş qrupuna uyğun qısa və ya geniş çərçivədə planlı müayinələr uşaqlarımızı gözlənilməz faciələrdən qorumağın yeganə yoludur. Axı arıqlıq və ya halsızlıq hər zaman sadəcə genetik xüsusiyyət deyil, ciddi bir xəstəliyin əlaməti ola bilər”.
Dünən, 16:00
Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
Dünən, 15:30
Yaxın Şərqin yenidən alovlanmasının PƏRDƏARXASI DETALLARI
Dünən, 14:12
İran itkilərinin sayını açıqladı
Dünən, 14:08
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
Dünən, 14:02
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
Dünən, 13:59
Ukrayna Qara dənizdə rusların 20 gəmisini vurdu
Dünən, 12:52
Qarabağ Universitetində YENİLİK
Dünən, 12:45
Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi
Dünən, 11:26
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
Dünən, 11:21
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Dünən, 10:40
Su polisi vətəndaşın şikayətini araşdırır
Dünən, 10:03
Yamal Mbappeni kölgədə qoydu
Dünən, 09:58
ABŞ 23 il sonra bu ölkədən hərbçilərini tam çıxarır
Dünən, 09:55
Maraqla gözlənilən oyun - İspaniyanın rəqibi bəlli olur
Dünən, 09:31
ABŞ-dən İsrailə təzyiq: Tramp qoşunların geri çəkilməsini istəyib
Dünən, 09:28
Türkiyə XİN o hücumu pislədi
Dünən, 09:24
Azərbaycan XİN Türkiyəyə təbrik ünvanladı
Dünən, 09:00
DÇ-2026: Fransanı məğlub edən İspaniya ilk finalçı oldu
14-07-2026, 16:00
Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
14-07-2026, 15:30
Müharibənin sonunu gətirəcək "QIZIL AÇAR" - Putinin "Müqəddəs Simvolu" ÇÖKÜR
14-07-2026, 15:09
Prezidentin maşınında selfi çəkdi - Foto
14-07-2026, 15:05
Prezidentlər bir-birinə bunları hədiyyə etdi - Video
14-07-2026, 14:22
“Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
14-07-2026, 13:29
IV Şuşa Qlobal Media Forumu başa çatıb
14-07-2026, 13:25
Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşdü
14-07-2026, 13:21
Prezidentlər Şuşada güllələnmiş büstlərə baxıblar - FOTO
14-07-2026, 13:15
Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı