ABŞ geri çəkilir, “klassik NATO” artıq dağılır: Türkiyə Avropa üçün yeni hərbi-siyasi liderə çevrilir

ABŞ-ın yeni strategiyası uğur qazanarsa, yaxın gələcəkdə Türkiyə həm NATO-nun cənub cinahının şəriksiz lideri, həm də Avropa təhlükəsizlik sisteminin əsas dayaqlarından birinə çevrilə bilər... Bu isə rəsmi Ankara üçün Türkiyənin həm siyasi nüfuzunun, həm də hərbi müdafiə sənayesinin, eləcə də enerji diplomatiyasının və geoiqtisadi təsir imkanlarının daha da genişlənməsi deməkdir...
NATO-da daxilində yeni güc mərkəzi formalaşmağa başlayıb. Belə ki, ABŞ prezidenti Donald Trampın strategiyası Türkiyəyə NATO-nun əsas hərəkətverici qüvvəsinə çevrilmək imkanları açır. Bu baxımdan, hazırda əslində, NATO daxilində dəyişən güc balansının, ABŞ-ın fərqli geostrateji yanaşmasının və Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasının önəmli göstəriciləri də açıq-aşkar nəzərə şarpır. Çünki son vaxtlar Ağ Evin, rəsmi Ankaranın və NATO rəhbərliyinin ardıcıl mesajları onu göstərir ki, bu alyans artıq klassik idarəetmə modelindən uzaqlaşaraq, tamamilə yeni regional dayaqlara söykənən təhlükəsizlik konsepsiyasına doğru yönəlməyə başlayıb.
Onu da qeyd etmək laızmdır ki, prezident Donald Trampın ikinci hakimiyyət dönəmində irəli sürdüyü əsas yanaşmalardan biri də məhz ABŞ-ın bundan sonra NATO-nun bütün hərbi-siyasi və maliyyə yükünü təkbaşına daşımaq niyyətində olmadığı ilə birbaşa bağlıdır. Belə ki, ABŞ NATO-da siyasi liderliyini qorusa da, regional təhlükəsizliklə bağlı məsuliyyətin daha böyük hissəsini məhz güclü hərbi müttəfiqlərinə ötürməyə çalışır. Ağ Evin bu yeni strategiyasında isə Türkiyəyə həlledici səviyyədə xüsusi yer ayrılmış kimi görünür. Çünki güclü hərbi-sənaye kompleksi, sürətlə inkişaf edən müdafiə texnologiyaları, Qara dəniz, Şərqi Aralıq dənizi, Yaxın Şərq və Cənubi Qafqazı birləşdirən unikal coğrafi mövqeyi Türkiyəni ABŞ üçün əvəzolunmaz strateji tərəfdaşa çevirir.
Bütün bunları nəzərə aldıqda, ABŞ-ın NATO-dakı səfiri Metyu Uitakerin Türkiyəni "inanılmaz dərəcədə güclü və effektiv müttəfiq" adlandırması da qətiyyən təsadüfi deyil. Amerikalı səfir Türkiyənin eyni vaxtda onlarla savaş gəmisi inşa edə bilən hərbi sənaye potensialını digər NATO ölkələrinə örnək də göstərib. Və bu, o deməkdir ki, Ağ Evdə artıq Türkiyəyə yalnız regional güc mərkəzi kimi deyil, həm də NATO-nun hərbi imkanlarının əsas təməl sütunlarından biri kimi yanaşmağa başlayıblar.
Maraqlıdır ki, ABŞ-ın Türkiyəyə yeni yanaşma tərzi yalnız Ağ Evdən verilən siyasi bəyanatlarla da məhdudlaşmır. Çünki son illərdə Türkiyənin hərbi müdafiə sənayesində rekord inkişaf səviyyəsi müşahidə olunur. Belə ki, PUA-lar, savaş gəmiləri, yeni raket sistemləri, zirehli hərbi texnika, hava hücumundan müdafiə vasitələri və milli döyüş təyyarəsi ilə bağlı çoxsaylı layihələr Türkiyəni dünyanın ən sürətlə yüksələn müdafiə sənayesi mərkəzlərindən birinə çevirib. Və əslində, ABŞ-ın hərbi-siyasi himayəsindən tədricən məhrum qalan Avropa ölkələrinin Türkiyə istehsalı olan yeni silah növlərinə xüsusi maraq göstərməyə başlamaları da elə bunun məntiqi nəticəsidir.
Məsələ ondadır ki, Şərqi Avropanın önəmli hərbi güc mıərkəzlərindən hesab olunan Polşa Türkiyənin istehsal etdiyi “Bayraktar” PUA-larından artıq uğurla istifadə edir və üstəlik, rəsmi Ankaranın yeni müdafiə layihələrinə də ciddi şəkildə maraq göstərir. Eyni zamanda, hazırda Türkiyə artıq NATO-nun yalnız cənub cinahının deyil, həm də şərq cinahının da təhlükəsizlik sistemində əvəzolunmaz səviyyədə önəmli rol oynayır. Bu baxımdan, rəsmi Varşava Rusiyadan gözlənilən təhlükələri nəzərə alaraq, Polşanın hərbi müdafiə potensialını sürətlə artırmağa çalışır və bu prosesdə Türkiyə ilə strateji tərəfdaşlığı daha da genişləndirməyə üstünlük verir.
Ona görə də, dünyada böyük nüfuza malik “Bloomberg” agentliyinin Türkiyənin yaxın gələcəkdə ABŞ-ın əvəzinə NATO daxilində əsas istiqamətləndirici hərbi tərəfdaşlardan birinə çevrilə biləcəyini iddia etməsi də qətiyyən təsdüfi deyil. Bu yanaşma tərzi Türkiyənin qlobal rəqiblərində müəyyən mübahisələr doğurmuş olsa belə, mövcud geopolitik reallıqlar analoji ssenarini tamamilə istisna etmir. Çünki prezident Donald Tramp Avropa məkanının təhlükəsizlik sisteminə özündən əvvəlki Ağ Ev administrasiyaları qədər birbaşa maliyyə və hərbi resurs ayırmaq niyyətində olmadığını artıq gozlətmir. Və belə bir situasiyada Türkiyə kimi önəmli, həm də vazkeçilməz regional liderlərin tədricən ön plana çıxması qaçılmaz xarakter daşıyır.
Halbuki Türkiyənin Avropa məkanı üçün böyük əhəmiyyət daşıması yalnız hərbi sahə ilə məhdudlaşmır. Belə ki, Türkiyə Avropanın enerji təhlükəsizliyi, Orta Dəhliz layihəsi, Xəzər hövzəsindən enerji və yük daşımaları, Qara dənizdə regional təhlükəsizlik, eləcə də, qeyri-qanuni miqrasiyanın idarə olunması baxımından da birmənalı şəkildə “açar ölkə”yə çevrilib. Və məhz ona görə də, NATO ölkəsi olan Polşanın açıq-aşkar Türkiyənin Avropa Birliyinə inteqrasiya perspektivini dəstəkləməsi qətiyyən gözlənilməz deyil.
Təbii ki, bütün bunlar eyni zamanda Cənubi Qafqazın geopolitik əhəmiyyətini də ciddi şəkildə artırır. Çünki Azərbaycan, Türkiyə və Orta Asiyanı Avropa qitəsinə bağlayan Orta Dəhliz artıq yalnız geoiqtisadi layihə deyil. Yəni, bu layihə hazırda həm də NATO üçün alternativ strateji logistika xətti kimi də qəbul olunur. Ona görə də, son vaxtlar ABŞ və Avropa Birliyi bu regiona investisiyaları artırmaqla, həm Rusiyanın, həm də Çinin təsir imkanlarını mümkün qədər balanslaşdırmağa çalışırlar. Və rəsmi Ankaranın bu marşrutun əsas təhlükəsizlik təminatçısı kimi çıxış etməsi isə Türkiyənin NATO daxilindəki mövqelərini daha da gücləndirir.
Onu da nəzərə almaq lazımdır ki, Türkiyənin son illərdə sürətlə artan nüfuzu Rusiya üçün də yeni geostrateji problemlər yaradır. Belə ki, Kreml onilliklər ərzində Qara dəniz və Cənubi Qafqazda əsas təhlükəsizlik təminatçısı kimi çıxış etsə də, Ukrayna müharibəsi bu baxımdan, Rusiyanın analoji imkanlarını artıq əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Və Türkiyənin son illərdə reallaşdırmağa başladığı yeni geoiqtisadi layihələr Rusiyanın bu regionlarda malik olduğu manevr imkanlarını ciddi şəkildə daraldır.
Belə anlaşılır ki, Türkiyənin yürütdüyü dəqiq hesablanmış siyasət, eləcə də, ABŞ-ın əvvəlki dövrlərdən ciddi şəkildə fərqlənən strategiyası NATO daxilində yeni güc bölgüsünə yönəlik məcburiyyəti artıq ön plana çıxartmağa başlayıb. ABŞ qlobal hərbi-siyasi lider statusunu qorumağa çalışsa da, buna paralel olaraq, regional təhlükəsizlik arxitekturasında Türkiyə kimi güclü müttəfiqlərinin rolunu əhəmiyyətli dərəcədə artırmağa üstünlük verir. Və Ağ Evin yeni strategiyasından qaynaqlanın bu fərqli model bəzi NATO ölkələrini ciddi şəkildə narahat etsə də, əslində, alyansın daha çevik, həm də çoxmərkəzli idarə olunma imkanlarını da genişləndirə bilər.
Göründüyü kimi, əgər, ABŞ-ın bu yeni strategiyası uğur qazanarsa, yaxın gələcəkdə Türkiyə həm NATO-nun cənub cinahının şəriksiz lideri, həm də Avropa təhlükəsizlik sisteminin əsas dayaqlarından birinə çevrilə bilər. Bu isə rəsmi Ankara üçün Türkiyənin həm siyasi nüfuzunun, həm də hərbi müdafiə sənayesinin, eləcə də enerji diplomatiyasının və geoiqtisadi təsir imkanlarının daha da genişlənməsi deməkdir. Və bu baxımdan, Ankarada keçiriləcək NATO sammitinin yekun nəticələri gələcək Avroatlantik təhlükəsizlik modelinin ilkin konturlarını daha aydın şəkildə göstərə bilər.
Bu gün, 16:00
Valideynlərin DİQQƏTİNƏ! Qəfil uşaq ölümlərinin səbəbləri...
Bu gün, 15:30
Dizel yoxdur, Rusiyada kənd təsərrüfatı çökür: məhsul yığımı dayandı
Bu gün, 14:22
"Yeganə yol üsyandır!"
Bu gün, 13:39
Tramp Türkiyəyə kömək edəcək
Bu gün, 13:29
Tbilisi qatarlarında sərnişin tutumu artırılır - Biletlər satışdadır
Bu gün, 13:21
Xocavənd şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün, 13:17
Nəsimi rayonunda 70 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Bu gün, 13:02
Ankarada 36-cı NATO Sammiti başladı
Bu gün, 12:52
Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında partlayış olub
Bu gün, 12:15
Məktəbli formasına dair vahid yanaşma təmin ediləcək
Bu gün, 12:02
"Trampın sülh gündəliyinin irəli aparılmasında xüsusi rolu var" - Prezident
Bu gün, 11:39
Pakistan–Əfqanıstan sərhədində alov yenidən qızışır - SON DƏQİQƏ
Bu gün, 11:28
İlham Əliyev Stiv Deynsi qəbul etdi
Bu gün, 11:18
Səhiyyə nazirinə yeni müavin təyin olundu
Bu gün, 10:43
Hörmüzdə yeni gərginlik neft qiymətlərinə təsir etdi
Bu gün, 09:59
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
Bu gün, 09:44
“Sabah” ÇL-də mübarizəyə başlayır
Bu gün, 09:40
Türkiyədə sərnişin avtobusu aşdı - 41 yaralı
Bu gün, 09:36
Tramp Türkiyəyə yola düşdü - Video
Bu gün, 09:00
ABŞ geri çəkilir, “klassik NATO” artıq dağılır: Türkiyə Avropa üçün yeni hərbi-siyasi liderə çevrilir
Dünən, 16:00
Dəhşətli PROQNOZ: İran bu faciəyə hazırlaşır - QƏBİRLƏR QAZILDI
Dünən, 15:30
Krımda total qaranlıq: "Xarici təsirlər" yarımadanı tamamilə işıqsız qoydu
Dünən, 14:22
Kimlər daha tez pensiyaya çıxa bilər?
Dünən, 13:11
Türkiyəli generaldan Ankara Zirvəsi ilə bağlı ŞOK proqnoz
Dünən, 12:38
Həbs edilən "Arzum" ləqəbli tiktoker cəza ilə razı deyil - Apellyasiya şikayəti verdi
Dünən, 12:32
Rusiyaya uçan Paşinyan Bakıya gör nə VƏD etdi – Putinin SON cəhdi
Dünən, 12:14
Xameneyinin cənazəsi Mehrabad hava limanına aparılır: Tehranda milyonların kütləvi vidası davam edir