Tbilisi qatarlarında sərnişin tutumu artırılır - Biletlər satışdadır
Iqtisadiyyat
Oxunub: 56
7 iy 2026 | 13:29
Tbilisi qatarlarında sərnişin tutumu artırılır - Biletlər satışdadır


AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin yüksəldilməsi və Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə artan sərnişin tələbatının qarşılanması məqsədilə sərnişinlər üçün daha geniş və daha əlçatan səyahət imkanları yaratmağa davam edir.

“Bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, 10 iyul 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə hərəkət edən qatarların tərkibinə əlavə 3 ədəd yataq tipli vaqon (hazırda ölkədaxili marşrutda istifadə olunan standart+ sinif vaqonlar) qoşulacaq.

Nəticədə hər reys üzrə 104 əlavə sərnişin yeri açılacaq və bir reys üzrə sərnişin yeri hazırkı 178-dən təqribən 60 faiz artaraq 282-yə çatdırılacaq.

Əlavə vaqonlara biletlər bu gündən satışa çıxarılıb. Bu vaqonlarda gedişhaqqı hazırda istifadədə olan “Stadler” vaqonları üzrə biletlərin qiyməti ilə müqayisədə daha münasibdir. Belə ki, Bakı–Tbilisi–Bakı marşrutu ilə gedişhaqqı məsafədən asılı olaraq standart+ sinif üzrə 40.30 AZN-dən başlayır. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gedişhaqqı 65.20 AZN, Yevlaxdan 53.30 AZN, Gəncədən 49.30 AZN, Ağstafadan isə 45.30 AZN-dir. Böyük Kəsikdən Tbilisi vağzalı və Qardabani stansiyasına isə müvafiq olaraq 43.40 və 40.30 AZN təşkil edir.

Xatırladaq ki, hazırda Bakıdan Tbilisiyə “Stadler” vaqonlarında komfort sinif üzrə minimum gedişhaqqı 79,5 AZN,Gəncədən isə 58.20 AZN-dir.

Beləliklə, son yenilik sayəsində daha çox sərnişinin Bakı–Tbilisi–Bakı marşrutu ilə daha münasib qiymətə səfər etməsinə imkan yaranır.

“Stadler” tipli vaqonlarla müqayisədə marşruta əlavə edilən standart+ tipli yataq vaqonlarında ödənişsiz baqaj norması bu vaqonların texniki xüsusiyyətləri və konstruktiv imkanları nəzərə alınaraq 36 kq müəyyən edilib.

Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə standart+ vaqonlarında səyyar keytrinq, yəni mobil satış xidməti təşkil olunacaq.

Qeyd edək ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə 25 may – 6 iyul tarixlərində 25 minə yaxın bilet satılıb və 14 minə yaxın sərnişin daşınıb. Bundan 6356 nəfər Tbilisi, 4343 nəfər Bakı, 1112 nəfər Gəncə, 808 nəfər Yevlax, 520 nəfər Ağstafa və digər stansiyalardan qatara minik edib. Bu da Bakı–Tbilisi–Bakı marşrutu üzrə səfər edənlərin təqribən 40 faizinin bölgələrin payına düşdüyünü göstərir.

Ümumilikdə ADY-nin son illərdə xidmət coğrafiyasının genişləndirilməsi və sərnişin məmnuniyyətinin artırılması istiqamətində həyata keçirdiyi layihələr nəticəsində qatarla səyahətə üstünlük verənlərin sayı artıb. 2026-cı ilin 6 ayında dəmir yolu ilə 5,4 milyondan çox sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrünün göstəricisi (4,6 milyon nəfər) ilə müqayisədə 20 faizə yaxın artım deməkdir.

ADY sərnişinlərin rahat, əlçatan və təhlükəsiz səyahət imkanlarından faydalanması üçün xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində tədbirləri davam etdirəcək.
Dünən, 16:00
Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
Dünən, 15:30
Yaxın Şərqin yenidən alovlanmasının PƏRDƏARXASI DETALLARI
Dünən, 14:12
İran itkilərinin sayını açıqladı
Dünən, 14:08
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
Dünən, 14:02
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
Dünən, 13:59
Ukrayna Qara dənizdə rusların 20 gəmisini vurdu
Dünən, 12:52
Qarabağ Universitetində YENİLİK
Dünən, 12:45
Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi
Dünən, 11:26
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
Dünən, 11:21
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Dünən, 10:40
Su polisi vətəndaşın şikayətini araşdırır
Dünən, 10:03
Yamal Mbappeni kölgədə qoydu
Dünən, 09:58
ABŞ 23 il sonra bu ölkədən hərbçilərini tam çıxarır
Dünən, 09:55
Maraqla gözlənilən oyun - İspaniyanın rəqibi bəlli olur
Dünən, 09:31
ABŞ-dən İsrailə təzyiq: Tramp qoşunların geri çəkilməsini istəyib
Dünən, 09:28
Türkiyə XİN o hücumu pislədi
Dünən, 09:24
Azərbaycan XİN Türkiyəyə təbrik ünvanladı
Dünən, 09:00
DÇ-2026: Fransanı məğlub edən İspaniya ilk finalçı oldu
14-07-2026, 16:00
Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
14-07-2026, 15:30
Müharibənin sonunu gətirəcək "QIZIL AÇAR" - Putinin "Müqəddəs Simvolu" ÇÖKÜR
14-07-2026, 15:09
Prezidentin maşınında selfi çəkdi - Foto
14-07-2026, 15:05
Prezidentlər bir-birinə bunları hədiyyə etdi - Video
14-07-2026, 14:22
“Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
14-07-2026, 13:29
IV Şuşa Qlobal Media Forumu başa çatıb
14-07-2026, 13:25
Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşdü
14-07-2026, 13:21
Prezidentlər Şuşada güllələnmiş büstlərə baxıblar - FOTO
14-07-2026, 13:15
Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı