İrandan Ermənistana verilən o VƏD... – Bakının gözləntisi

7 iyun parlament seçkilərindən sonra Ermənistan Baş naziri Nikol Paşinyan xaricə ilk səfərini qonşu İrana etdi. Hərçənd, o, Tehrana prezident Vaaqn Xaçatrynaı və ya parlamentin spikerini də göndərə bilərdi.
Məlumdur ki, Tehranda Paşinyan prezident Məsud Pezeşkianla bir araya gəlib. Paşinyanı seçkilərdəki qələbə münasibətilə bir daha təbrik edən Pezeşkian iki ölkə arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə edib. Görüş zamanı, həmçinin, ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. İran prezidenti yaxınlaşmanın qarşılıqlı faydalarını qeyd edib və tezliklə hərtərəfli tərəfdaşlıq müqaviləsinin imzalanmasına ümid etdiyini bildirib.
Bəs gecikən hərtərəfli tərəfdaşlıq müqaviləsində nələr olacaq və Ermənistan üçün onun konkret əhəmiyyəti nədən ibarətdir? Bakı bundan narahat olmalıdırmı?
Qeyd edək ki, tərəflər arasında elm, təhsil və mədəni əlaqələrin genişləndirilməsinə dair memorandum imzalanıb. Bu, təhsil, turizm, tələbə mübadiləsi, fars dilinin öyrənilməsi, sərgilərin keçirilməsi və s. kimi sahələrdə əlaqələrin daha da dərinləşməsinə imkan yaradır. Ölkələr Navasard bayramını birlikdə qeyd etməyi, həmçinin iki ölkənin birgə milli mətbəx festivalı keçirməyi planlaşdırır. Onu da deyək ki, İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” adlı sənəd hazırlayır. Tərəflər iqtisadiyyat, təhsil və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsini hədəfləyir. Buna baxmayaraq, son məlumatlar sənəd üzərində işlərin müvəqqəti dayandırıldığını və siyasi fikir ayrılıqlarının yarandığını göstərir.
Siyasi şərhçi Xəyal Bəşirovun sözlərinə görə, bu sənədin imzalanmasını gecikdirən bir neçə amil var. Onun fikrincə, onlardan biri Avropa İttifaqı və ABŞ tərəfindən Ermənistana olan təsirlərdir. Ekspert hesab edir ki, onlar Tehranla İrəvanın sıxlaşmasını strateji maraqlarına zidd sayırlar.
“Qərb Cənubi Qafqazda öz təsirlərini Ermənistan üzərindən artırır. Onlar istəməz ki, İranın bu regionda Ermənistan vasitəsi ilə nüfuzunu çoxalsın. Ona görə Paşinyan həmin sənədi imzalamaqda tərəddüd edir. Pezeşkian da ona xəbərdarlıq etdi ki, regiona kənar qüvvələri gətirmək olmaz. Yəni burda da İranın təzyiqi hiss olunur. Ermənistan isə kiçik ölkədir və belə bir geosiyasi rəqabətdə ciddi basqılarla üzləşir”, - deyə siyasi şərhçi bildirib.
Onun qənaətinə görə, hər bir halda, seçkilərin yekun nəticələri açıqladıqdan sonra İran və Ermənistan hərtərəfli tərəfdaşlığa dair sənədi imzalaya bilər: “İrəvanın bundan yayınması üçün yeganə yolu isə Qərbə sığınmaqla vaxt udmaqdır”.
X.Bəşirov hesab edir ki, İran və Ermənistanın "qardaşlığı" uzun müddət göz qabağında olub: "Azərbaycan İranın Ermənistana dəstəyini həmişə qeyd edib. Bu da zaman-zaman münasibətlərdə gərginlik yaradıb. Hazırda isə bölgədə sülh prosesi gedir, Azərbaycan və Ermənistan bir çox məsələləri həll edib, ona görə İranın o sənədi imzalaması bizi çox da narahat etməməlidir. Əgər bu razılaşma bizə qarşı yönəlməyibsə, əməkdaşlıq sazişi kimi yanaşmaq olar. Lakin nə İranın, nə də Ermənistanın səmimiyyətinə inanırıq".
Dünən, 16:00
Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
Dünən, 15:30
Yaxın Şərqin yenidən alovlanmasının PƏRDƏARXASI DETALLARI
Dünən, 14:12
İran itkilərinin sayını açıqladı
Dünən, 14:08
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
Dünən, 14:02
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
Dünən, 13:59
Ukrayna Qara dənizdə rusların 20 gəmisini vurdu
Dünən, 12:52
Qarabağ Universitetində YENİLİK
Dünən, 12:45
Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi
Dünən, 11:26
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
Dünən, 11:21
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Dünən, 10:40
Su polisi vətəndaşın şikayətini araşdırır
Dünən, 10:03
Yamal Mbappeni kölgədə qoydu
Dünən, 09:58
ABŞ 23 il sonra bu ölkədən hərbçilərini tam çıxarır
Dünən, 09:55
Maraqla gözlənilən oyun - İspaniyanın rəqibi bəlli olur
Dünən, 09:31
ABŞ-dən İsrailə təzyiq: Tramp qoşunların geri çəkilməsini istəyib
Dünən, 09:28
Türkiyə XİN o hücumu pislədi
Dünən, 09:24
Azərbaycan XİN Türkiyəyə təbrik ünvanladı
Dünən, 09:00
DÇ-2026: Fransanı məğlub edən İspaniya ilk finalçı oldu
14-07-2026, 16:00
Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
14-07-2026, 15:30
Müharibənin sonunu gətirəcək "QIZIL AÇAR" - Putinin "Müqəddəs Simvolu" ÇÖKÜR
14-07-2026, 15:09
Prezidentin maşınında selfi çəkdi - Foto
14-07-2026, 15:05
Prezidentlər bir-birinə bunları hədiyyə etdi - Video
14-07-2026, 14:22
“Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
14-07-2026, 13:29
IV Şuşa Qlobal Media Forumu başa çatıb
14-07-2026, 13:25
Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşdü
14-07-2026, 13:21
Prezidentlər Şuşada güllələnmiş büstlərə baxıblar - FOTO
14-07-2026, 13:15
Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı