İsti havalar ürəyi yorur - Kimlər risk altındadır?

Qızmar havalar ürək-damar xəstəlikləri olan insanlar üçün həyati təhlükə yaradır. Risk qrupundakı şəxslər xüsusilə günün ən isti saatlarında çölə çıxmaqdan çəkinməli və maye qəbuluna diqqət yetirməlidirlər.
Türkiyəli kardioloq Prof. Dr. Muhammet Hulusi Satılmışoğlu bildirib ki, əvvəllər infarkt keçirmiş, bypass əməliyyatı keçirmiş, stent qoydurmuş və hipertoniyası olanlar daha çox risk altındadır:
"İstilik dalğaları ilə əlaqəli ölümlərin böyük bir hissəsi ürək-damar xəstəliklərindən qaynaqlanır. Həddindən artıq yorğunluq, sinədə sıxılma, həddindən artıq tərləmə və çaşqınlıq ciddi xəbərdarlıq əlamətləridir. Bu simptomlar müşahidə olunarsa, dərhal ən yaxın səhiyyə müəssisəsinə müraciət etməlisiniz."
Professor Satılmışoğlu isti havalarda nəzərə alınmalı məqamları sadalayıb:
"Kifayət qədər maye qəbul etmək, təzə tərəvəz və meyvələrlə elektrolit balansını qorumaq, ağır fiziki fəaliyyətdən çəkinmək və xüsusən də saat 9:00-dan 16:00-dək mümkün qədər çölə çıxmaqdan çəkinmək vacibdir".
Bayram dövrlərində gündəlik iş rejimindəki dəyişikliklər, yuxusuzluq, stress, susuzlaşma və ağır qidalanma vərdişləri ürək ritminə mənfi təsir göstərə bilər.
Kardiologiya və Daxili Xəstəliklər üzrə Mütəxəssis Prof. Dr. Nevrez Koylan bunu "Bayram Ürək Sindromu" kimi təyin edir:
"Ən çox rast gəlinən aritmiya ürəyin nizamsız və tez-tez sürətlə döyünməsinə səbəb olan 'qulaqcıq fibrillyasiyasıdır. Soyuq tərləmə, uzun müddətli ürək döyüntüsü, sinə ağrısı və ya huşunu itirmə hiss edirsinizsə, dərhal tibbi yardım almalısınız."
Çox vaxt qarşısı alına bilən 'Bayram Ürək Sindromu' ilə bağlı Prof. Dr. Koylan aşağıdakı tövsiyələri verdi:
"Bu sindrom yalnız yaşlı və ya ürək xəstəliyi olan insanlarda deyil, həm də əvvəllər heç vaxt ürək problemi olmayan insanlarda da baş verə bilər. Riski azaltmaq üçün kifayət qədər su içmək, müntəzəm yuxu almaq və həddindən artıq kofein və enerji içkilərindən çəkinmək vacibdir. Həmçinin ağır və yağlı yeməklər əvəzinə balanslı qidalanmaq və həddindən artıq isti havada intensiv fiziki fəaliyyəti məhdudlaşdırmaq lazımdır."(medicina)
Bu gün, 16:00
"Mercedes-Benz" istehsalı dayandırır: Almaniyadakı zavodları bağlanır!
Bu gün, 15:30
ƏHALİNİN NƏZƏRİNƏ: Bu şəxslərə pulsuz ərzaq veriləcək
Bu gün, 14:22
Göy məsciddəki təxribatda mühüm DETAL – Türk Pezeşkianın müavini...
Bu gün, 13:43
“Gümrü rus əsgərlərinin şəhəridir!” - 102-ci baza ətrafında qalmaqal
Bu gün, 13:17
Etibar Pirverdiyevin milyonları: 17 İLLİK “AZƏRENERJİ” DÖVRÜNÜN QARANLIQ SİRLƏRİ AÇILIR!
Bu gün, 12:22
Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı
Bu gün, 12:18
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verdi
Bu gün, 12:15
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar
Bu gün, 10:43
Səudiyyə Ərəbistanının strateji neft obyektləri VURULDU
Bu gün, 10:38
Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi
Bu gün, 10:35
Azərbaycan, Gürcüstan və Türkiyə birgə təlimlər keçirir
Bu gün, 10:28
Pensiyalar ödənildi
Bu gün, 10:23
Bakının küçələrini bir-birinə qatdı - Narkotik çəkibmiş
Bu gün, 10:19
1049 güzəştli mənzil satışa çıxır - TARİX + QİYMƏTLƏR
Bu gün, 09:55
Memarlıq və İnşaat Universiteti Şərurlu İsfəndiyarla bağlı məlumat yaydı
Bu gün, 09:52
"TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO
Bu gün, 09:45
Trampla Netanyahu telefonda dalaşıb?
Bu gün, 09:41
Bu gün millimizin oyunu var
Bu gün, 09:37
Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
Bu gün, 09:00
Qorxmaz Hüseynovun “Azərsu” dövründə milyonlar hara yoxa çıxıb? – İSTİNTAQIN İZİ KEÇMİŞ RƏHBƏRLİYƏ UZANIR!
Dünən, 23:28
Azərbaycan Böyük Britaniya ilə strateji tərəfdaş oldu
Dünən, 21:41
Əliyev-Paşinyan görüşü başa çatdı - Yenilənib-Video
Dünən, 16:00
Putinin ölümündən sonra QİYAMƏT QOPACAQ? – ABŞ-dan qorxunc ssenari
Dünən, 15:30
20 dərəcə isti olacaq - SABAHIN HAVASI
Dünən, 14:22
Azərbaycan ən çox bu ölkə ilə ticarət edib
Dünən, 13:29
DİN və ETSN birgə əməliyyat keçirdi - VİDEO
Dünən, 13:22
İcra hakimiyyətləri ilə bağlı bu məsələ gələn ildən dəyişir - RƏSMİ