Paşinyanın referendum XOFU

“Moskva Ermənistan hakimiyyətinə ən ağlabatan müddətdə referendum keçirmək təklifi verib ki, nəhayət, erməni xalqının nə istədiyi, hansı inkişaf yolunu seçdiyi, AİB-də qalıb-qalmayacağı, yoxsa Aİ-yə gedib-getməyəcəyi aydın olsun. Ermənistan hökumətinin başçısı həmin referendumu təşkil edəcəyinə söz verib, lakin vaxtı çatan kimi bunu edəcəyini bildirib”. Bu barədə "Hraparak" erməni nəşri yazıb.
Qəzet bildirir ki, Paşinyanın cavabı onun referendum ideyasına o qədər də meylli olmadığını açıq şəkildə göstərir, ona görə ki, referendum çətin bir işdir.
Məqalədə həmçinin deyilir: “Ermənistan vətəndaşı hələ də əmin olmalıdır ki, məsələn, Aİ ilə münasibətlər AİB ilə münasibətlərdən daha yaxşıdır və Aİ-nin Ukraynada nə etdiyini görəndə bunu etmək çox çətindir. Yeri gəlmişkən, demək olar ki, eyni sual ortaya çıxır: Ukrayna Aİ-yə və NATO-ya qoşulur, yoxsa bu hərbiləşdirilmiş bloklardan müstəqil bir dövlətə çevrilir? Ermənistanda hələlik bu məsələ ilə bağlı müharibə yoxdur, amma referendumdan əvvəl Ermənistan hakimiyyəti Qərb istiqamətini qəbul etdiyini elan edərsə, müharibənin olmayacağına dair heç bir zəmanət yoxdur. Bu vəziyyətdə qərar vermək çətindir və Paşinyan, Moskvanın Ermənistan referendumunu nə qədər gözləyəcəyinə ümid edərək vaxt itirir. Ukrayna müharibəsinin nə vaxt bitəcəyini heç kim bilmir. Ermənistanın Aİ-yə qoşulmaqla bağlı referendum nə vaxt keçirəcəyini isə Nikol da daxil olmaqla heç kim bilmir”.
Erməni baş nazir niyə referendumdan ehtiyatlanır? Bu, onun hakimiyyətinin sonunu gətirə bilərmi?
ƏHD Partiyasının baş katibi Niyaməddin Orduxanlı Musavat.com-a bildirdi ki, Ermənistan mütləq şəkildə referenduma getməlidir: “Bu, Azərbaycanın Ermənistana irəli sürdüyü ən vacib şərtlərdən biridir. Əgər Ermənistan həqiqətən də Azərbaycanla sülh şəraitində yaşamaq istəyirsə bunu etməlidir. Bilirsiniz ki, Ermənistan beynəlxalq normaları pozaraq öz konstitutsiyalarında Azərbaycan ərazisinə iddia ediblər. İlk olaraq bu məsələ referendum yolu ilə aradan qaldırılmalıdır. Paşinyan Ermənistanda iyunda keçirilən parlament seçkisi öncəsi bu məsələnin diqqətə olacağını deyirdi və Azərbaycanla danışıqlarda müəyyən vədlər verirdi. Parlament seçkilərinin nəticələrinə görə Paşinyan bu qanunun qəbul olunması üçün parlamentdə vacib olan səsə malik deyil. Digər vacib olan bir amil də odur ki, Ermənistanda referendumun keçirilməsində həm Qərbin, həm də Rusiyanın maraqlı olmadığı görünür”.
Onun sözlərinə görə, Paşinyan bu gün hər iki tərəflə təmasdadı: “Paşinyan Qərbdən xeyli vəsait almaqdadır, Rusiyadan isə enerji ehtiyatlarını, qaz, neft, benzin, taxıl və s. çox ucuz qiymətə əldə edir. Paşinyan çox yaxşı bilir ki, bu gün referendumun keçirilməsi hər iki tərəfin maraqlarına cavab vermir. Ona görə də çalışır ki, proses uzansın. Regionda maraqlı olan qüvvələr və dövlətlər bu gün Cənubi Qafqazda sülhün baş verməsini çox təəssüf ki, istəmirlər. Baxın, 44 günlük müharibədən 6 ilə yaxındır ki, vaxt keçib, ancaq hələ də Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayıb. Çünki maraqlı deyillər. Hər iki dövlətə təzyiq etmək və öz maraqlarını təmin etmək üçün sülhün baş verməməsini istəyirlər. Paşinyan referendumun keçirilməsindən ehtiyat etmir. Müharibədə məğlub olmuş Paşinyan iki dəfə ardıcıl olaraq seçkilərdə qalib gəlib. O, 50 faizə yaxın səs alıb. Bu gün ən doğru yol Ermənistan və onun gələcəyi üçün Azərbaycanla , o cümlədən də qonşu dövlətlərlə sülh və əmin-amanlıq şəraitində yaşamasıdır. Digər yol isə, Ermənistanı daha böyük faciələrə aparacaq”.
Dünən, 16:00
Paşinyanın referendum XOFU
Dünən, 15:30
Azərbaycan kəndlərinin qaytarılması üçün iki yol
Dünən, 14:38
Prezident müəllimlərlə bağlı qanunu təsdiqlədi
Dünən, 14:34
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
Dünən, 14:22
İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Dünən, 14:00
Arzum bu şərtlərlə azadlığa çıxdı - Sosial şəbəkə qadağan edildi
Dünən, 13:03
Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Dünən, 12:59
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
Dünən, 12:43
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
Dünən, 12:17
İki ölkədə ABŞ bazalarını vurdular
Dünən, 12:05
Təlim helikopteri qəzaya düşdü - Yaralılar var
Dünən, 11:58
Baş nazir bu qurumlara əlavə səlahiyyət verdi
Dünən, 11:54
Hikmət Hacıyev jurnalistləri təbrik etdi
Dünən, 11:00
Arzumun apellyasiya şikayəti üzrə məhkəmə başlayır
Dünən, 10:56
Yaralı amerikalı hərbçilərin sayı 500 nəfəri ötüb
Dünən, 09:42
Tramp Səudiyyə ilə nüvə razılaşmasını təsdiqləyib – Ər-Riyad uranı zənginləşdirə biləcək
Dünən, 09:39
Bakıda məxfi görüşdə iştirak edənlər
Dünən, 09:33
Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilərdə işıq olmayacaq
Dünən, 09:28
İran danışıqlar üçün bizə müraciət edib – Rubiodan gözlənilməz açıqlama
Dünən, 09:22
“Kuryer pişik” həbsxanaya narkotik apararkən tutuldu
Dünən, 09:18
SEPAH ABŞ-nin radar sistemləri yerləşən bazalara hücum edib
Dünən, 09:14
Azərbaycanın Xalq artisti İsraildə vəfat etdi
Dünən, 09:13
Sülh, yoxsa növbəti oyun? - Ermənistanın əsl niyyəti nədir?
Dünən, 09:00
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
21-07-2026, 19:18
“Vətənə xəyanət edənlərə yazığım gəlir” - Hikmət Hacıyevdən Tural Sadıqlıya
21-07-2026, 16:00
Sülh sazişi gələn ilə qaldı? – Paşinyan TƏŞVİŞ içində
21-07-2026, 15:30
Trampdan Pentaqona TƏCİLİ GÖSTƏRİŞ - "Hər öldürülən əsgərə görə..."