İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
Gundem / Siyaset
Oxunub: 76
15 sen 2026 | 19:33
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır


Avropa Parlamenti rüşvətxorlar yuvasıdır.

Bu sözləri dövlət başçısı sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçılarını və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib:

"Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib və bu gün də bu belədir. Yəni bax bu, bizə olan münasibətin kiçik bir təsviridir. Görün, biz kimlərlə üzbəüz qalmışdıq, yəni Ermənistan təkbaşına deyildi. Ermənistan təkbaşına olsaydı, bu məsələ çoxdan həll olunardı. Yaxud da ki, o vaxt bu işğala, bu vəhşiliyə, bu soyqırımına görə Ermənistana beynəlxalq sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan həll olunardı. Eləmədilər, bilərəkdən, qəsdən. İndi yeri gəldi-gəlmədi, hər yerə sanksiyalar qoyulur. Amma yaxşı, Ermənistan burada başqa dövlətin 20 faiz torpağını zəbt edib, 700 min insanı oradan qovub, 250 min insanı - azərbaycanlıları Ermənistandan qovub, dağıdıb hər şeyi, bütün şəhərləri. Sən niyə ona sanksiya tətbiq etmirsən? Bu, deməli, ikili standartlardır. Haradan gəlir bu ikili standartlar, aydın məsələdir. Hər halda İslam aləmindən gəlmir. Ona görə bax, biz hamımız bunu bilməliyik".

İlham Əliyev həmçinin vurğulayıb ki, Avropa Şurasında Ermənistana qarşı sanksiya tətbiq edilmədi:

"Amma biz ki, 2023-cü ilin sentyabrında Qarabağı tam azad etdik, separatçılığın kökünü kəsdik və separatçıları həbs etdik, deməli, ondan dörd ay sonra Avropa Şurası bizə qarşı sanksiya tətbiq etdi. Bax, onların əsl siması budur. Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm - rüşvətxorlar yuvasıdır Avropa Parlamenti. Onun vitse-prezidentinin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı, hamısını ört-basdır etdilər. Elə bil olmayıb bu. Onun adı bəllidir, o Yunanıstandan olan bir xanım deputatdır. Neçə il keçib onun üstündən? Bir ölçü götürülüb ona qarşı? Yox! Məsuliyyətə cəlb edilib? Yox! Sərbəst buraxılıb. Avropa Parlamenti bax, bu islamofoblardan ibarətdir və bu da daim diqqət mərkəzində olmalıdır".
Bu gün, 11:22
“Bu, siyasi dialoqumuzun intensivliyini əks etdirir” - Yenilənib
Bu gün, 11:19
“Biz təkcə qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik” - Yenilənib
Bu gün, 11:03
Hərbi təlimdə iştiraka dair saxta sənəd vermişdi - Hakim qarşısına çıxarılır
Bu gün, 10:59
CHP-dən istefa vermişdi, AKP-yə qoşuldu
Bu gün, 10:55
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Bu gün, 10:29
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edir
Bu gün, 10:25
İlham Əliyev "Avaza" Kompleksində
Bu gün, 09:52
Müəllimlər hər gün geyimə görə yoxlanılacaq? – Yeni qaydanın DETALLARI
Bu gün, 09:47
Neftimiz 5 dollara yaxın bahalaşdı
Bu gün, 09:43
Bakıda itkin düşmüş şəxslərlə bağlı IV beynəlxalq konfrans davam edir
Bu gün, 09:40
Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı
Bu gün, 09:37
İlham Əliyev Türkmənistana gedib
Bu gün, 09:11
İrəvanın Qarabağ erməniləri üçün planı dalana dirəndi – Minlərlə sertifikat...
Bu gün, 09:00
İki gündür Bakıda su yoxdur – qurum isə “verilib” deyir
Dünən, 17:02
İlham Əliyev Vladimir Putinə zəng etdi
Dünən, 16:57
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Dünən, 16:00
Pasiyent həkim səhvinə görə ölübsə, ailə nə edə bilər?
Dünən, 15:30
Rusiya “çemodan”larını hazırladı, Ermənistandan çıxır – Məsuliyyəti İrəvanın üzərinə qoydu
Dünən, 14:56
Vilayət Eyvazov vətəndaş qəbulu keçirdi
Dünən, 14:22
ABŞ husi hücumları barədə Ər-Riyada aylar əvvəl xəbərdarlıq edibmiş
Dünən, 13:39
Gürcüstanla sərhədimizdə 166 kilometrlik “düyün”
Dünən, 13:16
Etibarnamə ilə maşın sürənlərin nəzərinə: Artıq köhnəlmiş mexanizm...
Dünən, 13:00
Moskvada Putin əleyhinə mitinq - BAŞLADI
Dünən, 11:44
Bu kəndin əkin sahələrinə su çəkiləcək - 9 milyon ayrıldı
Dünən, 11:36
Əli Nağıyev: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb
Dünən, 11:31
Prezident: İtkin düşmüş şəxslərin aqibətinə aydınlıq gətirmək üçün imkanları səfərbər etməyə davam edəcəyik
Dünən, 11:28
Azərbaycan lideri: İnsan talelərinə aid məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır