Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?

ABŞ Dövlət Departamentinin “TRİPP+” fonduna rəhbər təyin etdiyi Konstantin Sokolov Ermənistanın ikinci ən zəngin mis-molibden yatağına da sahib olub. Söhbət Texut mis-molibden yatağından gedir.
Bu yataq Rusiyanın dövlət bankı olan VTB-ə məxsus olub və bank onu kredit borcunun ödənilməməsi qarşılığında əldə edib. Sokolovun investisiyası isə Ermənistanın dağ-mədən sənayesinə - Amulsardakı qızıl yatağından sonra yatırılan ikinci ən böyük Qərb investisiyası olub.
Bütün bunlar Rusiyanın Ermənistandakı iqtisadi hegemonluğunu mərhələli şəkildə minimuma endirəcəkmi?
Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a açıqlamasında bildirib ki, Ermənistan iqtisadiyyatı uzun illərdir ki, Rusiyadan ciddi şəkildə asılı vəziyyətdədir.
Deputat vurğulayıb ki, ölkənin energetika, qaz təchizatı, dəmir yolu, telekommunikasiya və digər strateji sahələrində fəaliyyət göstərən bir sıra aparıcı müəssisələr Rusiyanın dövlət və ya özəl kapitallı şirkətlərinin nəzarəti altındadır: “Bu vəziyyət, təkcə iqtisadi deyil, həm də siyasi baxımdan Ermənistanın qərarvermə imkanlarını məhdudlaşdıran əsas amillərdən biridir. Son illərdə isə Ermənistanda iqtisadiyyatın şaxələndirilməsi və Qərb investisiyalarının cəlb olunması istiqamətində yeni tendensiyalar müşahidə edilir.
İqtisadiyyatın yalnız bir mərkəzdən asılı olması istənilən dövlət üçün həm iqtisadi, həm də siyasi risklər yaradır. Məhz buna görə də Ermənistan alternativ investisiya mənbələri və yeni iqtisadi tərəfdaşlar axtarmağa çalışır. Bu siyasət ölkənin iqtisadi müstəqilliyini gücləndirməklə yanaşı, xarici siyasətdə də daha çevik mövqe formalaşdırmaq imkanları yarada bilər. Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquq çərçivəsində bərpa etməsi və regionda yeni sülh gündəliyinin formalaşması Ermənistan üçün də yeni iqtisadi perspektivlər açıb. Uzun illər davam edən münaqişənin başa çatması regionda kommunikasiya xətlərinin bərpası, nəqliyyat marşrutlarının açılması və beynəlxalq investorların marağının artması üçün əlverişli şərait yaradıb.
Bu kontekstdə TRIPP layihəsi çərçivəsində investisiya fondunun yaradılması və fond rəhbərliyinin Ermənistanın Texut mis-molibden yatağına investisiya qoyması diqqət çəkən hadisələrdəndir. Gələcəkdə digər sahələrə də sərmayələrin yönəldilməsi ehtimalı Ermənistan iqtisadiyyatının şaxələndirilməsi baxımından yeni imkanlar yarada bilər. Əgər regionda kommunikasiyalar, o cümlədən Zəngəzur istiqamətində nəqliyyat bağlantıları tam şəkildə fəaliyyətə başlasa, Ermənistan beynəlxalq yükdaşımaların iştirakçısına çevrilə, tranzit ölkə kimi əlavə gəlirlər əldə edə və iqtisadi əlaqələrini genişləndirə bilər”.
A. Badamov hesab edir ki, belə bir inkişaf ssenarisi Ermənistanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasını sürətləndirə, Rusiyadan iqtisadi asılılığının mərhələli şəkildə azalmasına şərait yarada bilər: “Bununla belə, nəzərə almaq lazımdır ki, Rusiyanın Ermənistan iqtisadiyyatındakı mövqeləri hələ də kifayət qədər güclüdür. Bu səbəbdən asılılığın qısa müddətdə aradan qalxacağını gözləmək real deyil. Bu, uzunmüddətli və mərhələli proses olacaq və həm yeni investisiyaların həcmindən, həm də Ermənistanın həyata keçirəcəyi iqtisadi islahatlardan asılı olacaq.
Bütövlükdə bugünkü reallıqlar onu göstərir ki, Ermənistanın iqtisadi və siyasi manevr imkanlarının genişlənməsində regionda yaranmış yeni geosiyasi vəziyyət həlledici rol oynayır. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi və postmünaqişə dövründə regional əməkdaşlıq gündəliyini irəli sürməsi Cənubi Qafqazda yeni iqtisadi imkanlar formalaşdırıb. Məhz bu reallıqlar Ermənistanın beynəlxalq iqtisadi layihələrə qoşulması, alternativ investisiyalar cəlb etməsi və iqtisadi müstəqilliyini gücləndirməsi üçün zəmin yaradıb. Bu baxımdan demək olar ki, Ermənistanın bu gün əldə etdiyi yeni iqtisadi imkanların formalaşmasına görə Azərbaycana və Prezident İlham Əliyevə təşəkkür etməlidir”.
İqtisadçı Xalid Kərimlinin fikrincə isə, “TRİPP+” fonduna rəhbərin kimliyi əhəmiyyətli rol oynamır: “Rusiyanın Ermənistandakı iqtisadi hegemonluğunu TRİPP marşrutu, Ermənistanın Avropa İttifaqına inteqrasiyası azalda bilər. Amma Sokolovun təyinatının heç bir rolu və təsiri olmayacaq. Ermənistanın indiki hakimiyyəti fikirlərində israr etsə, ABŞ və Avropa da bu təşəbbüsləri dəstəkləsə, Rusiyadan asılılıq azala bilər, amma tam aradan qalxmayacaq”.
Dünən, 20:28
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Dünən, 17:02
İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Fotolar
Dünən, 16:49
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Dünən, 16:45
102 tələbə Prezident təqaüdçüsü oldu - Adlar
Dünən, 16:42
İran Azərbaycanda nəyə nail olmaq istəyir?
Dünən, 16:00
İpoteka kreditləri artır, mənzil bazarında hansı risklər yaranır?
Dünən, 15:30
Trampın qərarı respublikaçı və demokrat senatorları birləşdirdi: Ağ Evə ultimatum verildi
Dünən, 14:22
Böyük təhlükə gözlənilir - Fövqəladə vəziyyətə hazırlığa start verildi
Dünən, 13:43
TƏCİLİ XƏBƏRDARLIQ! Qardaş ölkədə sürətlə yayılır - Bu xəstəlikdə qarışdırılır
Dünən, 13:36
“Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Dünən, 13:32
Məktəbli forması ilə bağlı qanunu pozan - 37 nəfər həbs olundu - Video
Dünən, 13:13
Paşinyan Bakıya gələcək? – Azərbaycanda bu tarixdə...
Dünən, 12:41
Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
Dünən, 12:37
İlham Əliyev: Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir
Dünən, 11:41
Kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalandı - Fotolar
Dünən, 11:35
İlham Əliyevlə Kambocanın Baş naziri məhdud tərkibdə görüşdü - Fotolar
Dünən, 11:23
Əliyev İspaniya Kralını təbrik etdi
Dünən, 10:42
Təhsil Şurası bəyanat yaydı: "Bu, yolverilməzdir"
Dünən, 10:27
Kamboca Baş naziri rəsmi qarşılandı
Dünən, 10:16
Kimin evində varsa, ŞAD XƏBƏR - QİYMƏT ARTDI
Dünən, 10:04
Bu rayonda nöqsanlar aşkarlandı, vəzifəli şəxslərə töhmət verildi
Dünən, 09:58
İki qadını maşın vurub öldürdü
Dünən, 09:54
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi
Dünən, 09:50
Sənədsiz evlərə necə çıxarış almaq olar? - QAYDALAR
Dünən, 09:46
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü
Dünən, 09:38
Ramiz Mehdiyev Xalq artistinin verilişini niyə efirdən çıxartdırdı? - VİDEO
Dünən, 09:28
Səudiyyə Ərəbistanında hava limanlarına ardıcıl hücumlar - 19 ölü