Bakıda məxfi görüşdə iştirak edənlər

Prezident İlham Əliyev Bakıda Almaniya və Rusiya nümayəndələri arasında keçirildiyi iddia olunan gizli görüşlə bağlı diqqətçəkən açıqlama verib.
Musavat.com xəbər verir ki, dövlət başçısı iyulun 21-də bu barədə Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında danışıb: “Bakıda belə bir görüşün keçirilməsi barədə “The Times” qəzetindən öyrəndik, bizim bu barədə xəbərimiz yox idi. Təbii ki, belə mötəbər mətbu orqanında çıxan məqaləyə diqqətlə yanaşaraq, araşdırma aparmışıq”.
Prezident bildirib ki, Berlinə yola düşməzdən əvvəl Azərbaycan Dövlət Sərhəd Xidmətindən bununla bağlı məlumat istəyib: “The Times” qəzetində adları keçən şəxslərin eyni vaxtda Azərbaycanda olduqları təsdiqləndi. İyulun 12-də Berlin-Bakı reysi ilə iki tanınmış şəxs – biri xanım Merkelin Administrasiyasının rəhbəri cənab Pofalla və cənab Platzek Bakıya gəlib və iyulun 14-də geri qayıdıblar. Eyni zamanda iyulun 12-də Rusiyanın keçmiş Baş naziri cənab Zubkov və Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının rəhbəri cənab Fadeyev Moskvadan Bakıya gəlib, biri iyulun 13-də, o biri isə iyulun 14-də Bakıdan ayrılıb. Bizə bu barədə Almaniya və Rusiya tərəfindən xəbər verilməyib. Yəni bizim ərazimiz bizdən xəbərsiz olaraq, sadəcə, istifadə olunub. Belə bir görüşün olub-olmaması ilə bağlı da mən konkret bir şey deyə bilmərəm, çünki biz bunu görməmişik. Amma dediyim uçuş statistikası deməyə əsas verir ki, belə gizli görüş Bakıda keçirilib. Əgər bu görüş Rusiya-Ukrayna müharibəsinin sonuna gətirəcəksə, əlbəttə ki, biz bunu alqışlayırıq”.
Musavat.com xatırladır ki, Bakıya səfər edən qonaqlar arasında həm Almaniyanın, həm də Rusiyanın siyasi və dövlət idarəçiliyində uzun illər mühüm vəzifələr tutmuş şəxslər yer alır. Onlar hazırda rəsmi post tutmasalar da, öz ölkələrinin siyasi və ekspert dairələrində nüfuzlarını qoruyub saxlayırlar.
Angela Merkelin uzun illər ən yaxın silahdaşlarından biri hesab olunan Ronald Pofalla 2009–2013-cü illərdə Almaniya Federal Kansler Administrasiyasına rəhbərlik edib və Merkel hökumətinin ən təsirli fiqurlarından biri sayılıb. Daha sonra Almaniyanın ən iri dövlət şirkətlərindən olan “Deutsche Bahn”da yüksək rəhbər vəzifələrdə çalışıb. Hazırda Rusiyanın enerji sektorunda, xüsusilə "Qazprom"un direktorlar şurası ilə əlaqəli fəaliyyətinə görə tanınır və Kremlin iqtisadi dairələrinə yaxın fiqurlardan hesab olunur.
Son illərdə isə əsasən Avropa-Rusiya münasibətləri və siyasi dialoq təşəbbüslərində iştirak edən nüfuzlu ekspert kimi tanınır.Onunla birlikdə Bakıya gələn Mattias Platzek Almaniyanın Sosial Demokrat Partiyasının (SPD) tanınmış simalarındandır. O, on ildən artıq Brandenburg federal əyalətinin baş naziri olub, bir müddət isə SPD-nin federal sədri vəzifəsini icra edib. 2014–2022-ci illərdə Almaniya-Rusiya Forumunun sədri kimi iki ölkə arasında dialoqun qorunmasının tərəfdarı olub və Rusiya ilə münasibətlər üzrə ekspert kimi tanınıb.Rusiyadan Bakıya gələn qonaqlara gəlincə, Viktor Zubkov Vladimir Putinin yaxın çevrəsinə daxil olan təcrübəli dövlət xadimlərindən biridir. O, 2007–2008-ci illərdə Rusiyanın baş naziri vəzifəsini tutub, daha sonra baş nazirin birinci müavini kimi fəaliyyət göstərib. Zubkov uzun illər maliyyə və enerji sektorunda mühüm vəzifələr daşıyıb, xüsusilə "Qazprom"un Direktorlar Şurasında fəaliyyəti ilə Rusiyanın enerji siyasətində təsirli fiqurlardan biri kimi tanınıb.
Heyətdə yer alan digər şəxs – Valeri Fadeyev isə jurnalist, politoloq və ictimai xadimdir. O, 2019-cu ildən Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasına rəhbərlik edir. Bundan əvvəl Rusiya İctimai Palatasının katibi olub və ölkənin daxili siyasəti, vətəndaş cəmiyyəti və insan hüquqları sahəsində Kremlin əsas məsləhətçi fiqurlarından biri kimi tanınır.
Rusiya tərəfi hələ bu görüş barədə heç bir məlumat yaymayıb.
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi