Azərbaycan kəndlərinin qaytarılması üçün iki yol

Ermənistan anklav kəndlərin qarşılığında Başkəndi istəyir; Bakı hansı variantı seçəcək?
Ermənistanda TRIPP layihəsinin təsdiqlənməsi ilə paralel olaraq kommunikasiya xətləri, sərhədlərin delimitasiyası və eksklavlar ətrafında müzakirələr intensivləşib.
Erməni ekspertləri hesab edirlər ki, yeni regional nəqliyyat layihələri fonunda eksklavlar məsələsi də gündəliyin vacib hissəsinə çevriləcək. Bu səbəbdən Ermənistanda son günlər Tavuş bölgəsində yerləşən Sofulu və Bərxudarlı kəndləri ətrafında müzakirələr yenidən gündəmə gəlib. Ermənistanın siyasi və ekspert dairələri bu məsələni sadəcə sərhədin delimitasiyası kimi deyil, ölkənin təhlükəsizlik strategiyasının əsas elementlərindən biri hesab edirlər.
“Yeni Müsavat” qeyd edir ki, Qazax rayonuna məxsus olan Sofulu və Bərxudarlı kəndləri Ermənistan ərazisi daxilində yerləşən Azərbaycan eksklavlarıdır. 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi zamanı bu kəndlər Ermənistan Silahlı Qüvvələrinin nəzarətinə keçib. Beynəlxalq səviyyədə isə bu yaşayış məntəqələri Azərbaycanın suveren ərazisi kimi tanınır. Rəsmi Bakı sərhədlərin delimitasiya və demarkasiyasının SSRİ dövrünün hüquqi sənədləri və beynəlxalq hüquq normaları əsasında həyata keçirilməsinin tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Azərbaycan rəsmilərinin mövqeyinə görə, söhbət yeni ərazi tələbindən deyil, uzun illər işğal altında qalmış Azərbaycan torpaqlarının hüquqi statusunun bərpasından gedir.
Sofulu və Bərxudarlı Qazax rayonunun qərb hissəsində yerləşir. Bu iki kənd bir-birinə bitişik olmaqla yanaşı, Tavuş vilayətində Ermənistanın əsas daxili yollarına yaxın mövqedə yerləşir. Məhz bu coğrafi xüsusiyyət onların strateji əhəmiyyətini artırır. Erməni ekspertləri “qarın ağrısına” salan əsas səbəblərindən biri də budur. Onlar hesab edirlər ki, kəndlərin Azərbaycana qaytarılması Ermənistanın Tavuş bölgəsində nəqliyyat əlaqələrinə, sərhəd xəttinin konfiqurasiyasına və hərbi mövqelərinə təsir göstərə bilər.
Lakin erməni dairələrinin narahatlığı göstərir ki, məsələ təkcə iki kəndin taleyi ilə məhdudlaşmır. Ermənistan daxilində bu mövzu təhlükəsizlik, kommunikasiya, daxili siyasət və Cənubi Qafqazda dəyişən regional balans kontekstində qiymətləndirilir. Azərbaycan isə bu məsələyə beynəlxalq hüquq və ərazi bütövlüyünün bərpası prizmasından yanaşmaqda davam edəcəyinə şübhə yoxdur. O halda kəndlərin qaytarılması üçün qısamüddətli hərbi əməliyyatlar mümkünmü, yoxsa rəsmi Bakı sərhədlərin müəyyənləşməsini üçün uzun sürəcək bu prosesin sonunumu gözləməlidir?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadənin sözlərinə görə, bu kəndlərin qaytarılması məsələsində mürəkkəb vəziyyət yaranıb. Hüquqşünas qeyd edib ki, Ermənistan “barter” variantını irəli sürür və anklav kəndlərin qarşılığında Başkəndi istəyir. Onun fikrincə, hələlik məsələ qeyri-müəyyən olaraq qalmaqdadır və sərhədlərin dəqiqləşdirilməsi prosesi çərçivəsində həlli daha optimal görünür. “Azərbaycanın gündəliyində hər hansı hərbi variant olduğunu düşünmürəm. Çünki sülh mətni paraflandıqdan sonra güc yolu ilə kəndlərin geri alınması gərginliyə səbəb ola bilər. Eyni zamanda Qərb dövlətlərinin əlinə bəhanə düşəcək və bizi ittiham edəcəklər. Ona görə də ağrısız həll variantı daha məqbul görünür. Güman edirəm ki, delimitasiya çərçivəsində mərhələli şəkildə bu ərazilər Azərbaycanın yurisdiksiyasına qayıdacaq. İstənilən halda, beynəlxalq hüquq yanımızdadır. Ermənistan üçün qəliz tərəfi budur ki, tərəddüd içindədirlər və bu ərazilərdən keçən yolları strateji əhəmiyyətli hesab edirlər. Ancaq bu, bizi az maraqlandıran məsələdir”.
Hüquq müdafiəçisi yada salıb ki, Qazağın Yuxarı Əskipara və Naxçıvanın Kərki kəndləri də eksklavlardır, Azərbaycana qaytarılmalıdır: “Lakin hazırkı dövrdə bunun reallaşması mümkün görünmür. Paşinyan seçkilərdən yeni çıxıb və daxildə gərginliyə səbəb olacaq addımlar atmaq istəmir. Çünki Tavuş hərəkatının necə başladığını xatırlaya bilərik. Əgər daha iki kənd qaytarılarsa, cəmiyyət hakimiyyətin üzərinə gələcək. Odur ki, sakit şəkildə və delimitasiya çərçivəsində bu işlərin tənzimlənməsi daha real görünür. Ancaq bu da zaman tələb edən işdir. Ermənistan isə bu məsələni təhlükəsizliklə əlaqələndirməklə vaxt udmağa çalışır. Amma nəzərə almalıdır ki, regionda siyasi-iqtisadi və logistik xəritə dəyişməkdədir. Xüsusən də Orta dəhliz və onun bir hissəsi olan Zəngəzur marşrutu yeni mənzərə yaratmaqdadır”.
Hərbi ekspert Ramil Məmmədli isə hərbi əməliyyat variantını istisna edir. Onun bildirdiyinə görə, Azərbaycan haqlı olarkən ittihamlarla üzləşə bilər: “Bu məsələdə beynəlxalq hüquqa əsasən kəndlər qaytarılmalıdır. Biz bu faktı əlimizdə saxlamışıq, o halda niyə güc yolundan istifadə edək? O zaman Azərbaycanı guya Ermənistan ərazilərinə hücum etməkdə, aqressor olmaqda günahlandıracaqlar. Biz öz torpaqlarımızda antiterror əməliyyatı keçirdik, indiyə qədər saxta ittihamlar səslənir.
Üstəlik, Bakı və İrəvan arasında etimad mühiti yaranıb, neft məhsullarımızı ixrac edirik, Rusiya taxılı tranzit keçərək daşınır. Yəni belə bir mühit var, nəqliyyat kommunikasiyalarını bərpa fürsəti yaranıb, o halda Ermənistandakı hansısa təxribatçı qüvvələrin üzərimizə gəlməyinə bəhanə verməyə dəyməz".
Hərbi təhlilçi hesab edir ki, Ermənistan razılaşmaya getməli olacaq və diplomatik təzyiqləri gücləndirməklə kəndlərimizi geri ala bilərik: “Delimitasiya çərçivəsində elə ola bilər ki, xəritədə bəzi ərazilər Ermənistanın payına düşər. Bu zaman Sofulu və Bərxudarlı ilə bağlı məsələ də həllini tapmış olar. Nəzərə alaq ki, uzun texniki prosesdir. Azərbaycan Rusiya və Gürcüstanla bu işi uzun müddət davam etdirdi. Ancaq hazırda texniki imkanlar genişlənib və bu işi sürətləndirmək olar. Məncə, erməni tərəfi işi süni şəkildə uzatmağa can atır. Onlar müxtəlif bəhanələrlə bu kəndləri qaytarmaqdan imtina etmək istəyirlər. Xüsusən hər dəfə Başkəndi göstərirlər. O baxımdan, problemin həlli yolu güc tətbiqindən deyil, danışıqlardan və delimitasiyadan keçir”.
Dünən, 16:00
Paşinyanın referendum XOFU
Dünən, 15:30
Azərbaycan kəndlərinin qaytarılması üçün iki yol
Dünən, 14:38
Prezident müəllimlərlə bağlı qanunu təsdiqlədi
Dünən, 14:34
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
Dünən, 14:22
İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Dünən, 14:00
Arzum bu şərtlərlə azadlığa çıxdı - Sosial şəbəkə qadağan edildi
Dünən, 13:03
Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Dünən, 12:59
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
Dünən, 12:43
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
Dünən, 12:17
İki ölkədə ABŞ bazalarını vurdular
Dünən, 12:05
Təlim helikopteri qəzaya düşdü - Yaralılar var
Dünən, 11:58
Baş nazir bu qurumlara əlavə səlahiyyət verdi
Dünən, 11:54
Hikmət Hacıyev jurnalistləri təbrik etdi
Dünən, 11:00
Arzumun apellyasiya şikayəti üzrə məhkəmə başlayır
Dünən, 10:56
Yaralı amerikalı hərbçilərin sayı 500 nəfəri ötüb
Dünən, 09:42
Tramp Səudiyyə ilə nüvə razılaşmasını təsdiqləyib – Ər-Riyad uranı zənginləşdirə biləcək
Dünən, 09:39
Bakıda məxfi görüşdə iştirak edənlər
Dünən, 09:33
Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilərdə işıq olmayacaq
Dünən, 09:28
İran danışıqlar üçün bizə müraciət edib – Rubiodan gözlənilməz açıqlama
Dünən, 09:22
“Kuryer pişik” həbsxanaya narkotik apararkən tutuldu
Dünən, 09:18
SEPAH ABŞ-nin radar sistemləri yerləşən bazalara hücum edib
Dünən, 09:14
Azərbaycanın Xalq artisti İsraildə vəfat etdi
Dünən, 09:13
Sülh, yoxsa növbəti oyun? - Ermənistanın əsl niyyəti nədir?
Dünən, 09:00
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
21-07-2026, 19:18
“Vətənə xəyanət edənlərə yazığım gəlir” - Hikmət Hacıyevdən Tural Sadıqlıya
21-07-2026, 16:00
Sülh sazişi gələn ilə qaldı? – Paşinyan TƏŞVİŞ içində
21-07-2026, 15:30
Trampdan Pentaqona TƏCİLİ GÖSTƏRİŞ - "Hər öldürülən əsgərə görə..."