Memarlıq və İnşaat Universiteti Şərurlu İsfəndiyarla bağlı məlumat yaydı

“Son günlər bir sıra media resurslarında və sosial şəbəkə platformalarında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bir neçə tələbəsinin iş adamı İsfəndiyar Axundovla görüşünə dair müxtəlif məlumatlar yayılır. Bəzi paylaşımlarda sözügedən görüşün universitet tərəfindən təşkil edildiyi, hətta tədris prosesinin tərkib hissəsi olduğu barədə həqiqəti əks etdirməyən iddialar irəli sürülür. Bununla əlaqədar olaraq bildiririk ki, sözügedən görüş Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilməyib, universitet tərəfindən təşkil olunmayıb və tədris prosesi çərçivəsində baş tutmayıb”.
Bu barədə Ölkə.az-a ali məktəbdən məlumat verilib.
Bildirilib ki, görüş bir neçə tələbənin şəxsi təşəbbüsü və istəyi əsasında, onların müstəqil müraciətindən sonra iş adamının öz iş yerində baş tutub.
Məlumata görə, universitet rəhbərliyinin, eləcə də digər struktur bölmələrinin bu görüşün təşkili və keçirilməsi ilə heç bir əlaqəsi olmayıb:
“Xüsusilə vurğulayırıq ki, tələbələrin şəxsi təşəbbüsləri əsasında, universitetdən kənarda həyata keçirdikləri görüş və fəaliyyətlərin ali təhsil müəssisəsinin rəsmi mövqeyi, təşəbbüsü və ya tədris fəaliyyəti kimi təqdim olunması yolverilməzdir.
Təəssüf ki, bəzi paylaşımlarda görüşün mahiyyəti və iştirakçıları ilə bağlı səsləndirilən tənqidi fikirlər heç bir əsas olmadan universitetə də şamil edilir, bununla da ictimaiyyətdə AzMİU haqqında yanlış təsəvvür formalaşdırılır.
Universitetin təşkilatçısı və iştirakçısı olmadığı bir görüşə görə ali təhsil müəssisəsinin ictimai qınaq obyektinə çevrilməsi cəhdlərini qətiyyətlə qəbul etmirik.
Azərbaycan Memarlıq və İnşaat Universiteti olaraq media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini məlumatları yayarkən faktları dəqiqləşdirməyə, şəxsi təşəbbüslərlə həyata keçirilən fəaliyyətləri universitetin rəsmi fəaliyyəti ilə eyniləşdirməməyə çağırırıq.
Bir daha bəyan edirik ki, sözügedən görüşün Azərbaycan Memarlıq və İnşaat Universitetinin təşkilati, akademik və inzibati fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur”.
Qeyd edək ki, “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) MTK-nın mərkəzi ofisində Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüş keçirib.
Görüşdə tikinti sektorunun inkişaf perspektivləri, müasir memarlıq və tikinti texnologiyaları, şəhərsalma, eləcə də tikintidə ekoloji problemlər və onların həlli yolları müzakirə olunub.
Tədbirdə Meliorasiya və Su Təsərrüfatı Tikintisi kafedrasının müdiri, professor Zakir Musayev, dosent Mansur Zərbəliyev və assistent Rahilə Mehtiyeva iştirak ediblər.
Bu gün, 12:00
Paşinyan Türkiyə ilə sərhədlərin açılacağı vaxtdan danışdı: “Son addıma yaxınıq”
Bu gün, 11:23
Moskvada qondarma “Artsax” təbliğatı və müharibədə ölənlərə yas
Bu gün, 10:28
Füzulidə iki maşın toqquşdu - 3 ölü
Bu gün, 10:24
“Azeri Light”ın qiyməti 102 dollar ötdü
Bu gün, 10:20
Rusiya NATO-dan nə istəyir? - Qafqaz da Moskvanın tələbləri arasındadır
Bu gün, 09:00
Neft bazarına YENİ TƏHLÜKƏ
Dünən, 16:00
"Mercedes-Benz" istehsalı dayandırır: Almaniyadakı zavodları bağlanır!
Dünən, 15:30
ƏHALİNİN NƏZƏRİNƏ: Bu şəxslərə pulsuz ərzaq veriləcək
Dünən, 14:22
Göy məsciddəki təxribatda mühüm DETAL – Türk Pezeşkianın müavini...
Dünən, 13:43
“Gümrü rus əsgərlərinin şəhəridir!” - 102-ci baza ətrafında qalmaqal
Dünən, 13:17
Etibar Pirverdiyevin milyonları: 17 İLLİK “AZƏRENERJİ” DÖVRÜNÜN QARANLIQ SİRLƏRİ AÇILIR!
Dünən, 12:22
Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı
Dünən, 12:18
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verdi
Dünən, 12:15
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar
Dünən, 10:43
Səudiyyə Ərəbistanının strateji neft obyektləri VURULDU
Dünən, 10:38
Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi
Dünən, 10:35
Azərbaycan, Gürcüstan və Türkiyə birgə təlimlər keçirir
Dünən, 10:28
Pensiyalar ödənildi
Dünən, 10:23
Bakının küçələrini bir-birinə qatdı - Narkotik çəkibmiş
Dünən, 10:19
1049 güzəştli mənzil satışa çıxır - TARİX + QİYMƏTLƏR
Dünən, 09:55
Memarlıq və İnşaat Universiteti Şərurlu İsfəndiyarla bağlı məlumat yaydı
Dünən, 09:52
"TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO
Dünən, 09:45
Trampla Netanyahu telefonda dalaşıb?
Dünən, 09:41
Bu gün millimizin oyunu var
Dünən, 09:37
Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
Dünən, 09:00
Qorxmaz Hüseynovun “Azərsu” dövründə milyonlar hara yoxa çıxıb? – İSTİNTAQIN İZİ KEÇMİŞ RƏHBƏRLİYƏ UZANIR!
12-11-2026, 23:28
Azərbaycan Böyük Britaniya ilə strateji tərəfdaş oldu