Neft bazarına YENİ TƏHLÜKƏ
Iqtisadiyyat
Oxunub: 35
14 noy 2026 | 09:00
Neft bazarına YENİ TƏHLÜKƏ


Yaxın Şərqdə, xüsusilə Hörmüz boğazı və Fars körfəzi ətrafında kommersiya gəmilərinə hücumlar yenidən intensivləşib. İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) noyabrın 12-də iki gün ərzində dörd neft tankerinin partlayışlara məruz qaldığını açıqlayıb.

İran tərəfi gəmilərin xəbərdarlıqlara məhəl qoymadığını və dəniz minalarına düşdüyünü iddia edir. Bununla yanaşı, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) bölgədə naməlum mərmilərlə tankerlərə hücumlar qeydə alındığını bildirib. Noyabrın 13-də isə İran tərəfi mayeləşdirilmiş təbii qaz daşıyan daha bir tankerin Hörmüz boğazında minaya düşdüyünü açıqlayıb.

Bu hadisələr dünya enerji daşımalarının təhlükəsizliyi ilə bağlı narahatlığı artırır. Nəzərə alsaq ki, dünya neft istehlakının təxminən beşdə biri normal şəraitdə Hörmüz boğazından daşınır, burada yaranan hər hansı ciddi təhlükə qlobal enerji bazarına təsirsiz ötüşməyə bilər.

Bəs tankerlərə hücumların davam etməsi neftin dünya bazarındakı qiymətinə necə təsir göstərəcək? Dəniz daşımalarında fasilələr yaranarsa, enerji ixracatçısı olan Azərbaycan bundan necə təsirlənə bilər? Neft bazarında yeni bahalaşma dalğası gözlənilirmi?

Mövzu ilə bağlı Musavat.com-a şərh verən iqtisadçı Eyyub Kərimli bildirib ki, Hörmüz boğazı vasitəsilə dünya neft istehlakının təxminən 20 faizi daşınır və burada yaranan gərginliklər dünya enerji bazarına mənfi təsir göstərir: “Bu vəziyyət həm qiymətlərin artmasına, həm də logistika, təchizat zəncirlərinin pozulmasına səbəb olur”.

İqtisadçı qeyd edib ki, boğazdan yalnız enerji daşıyıcıları deyil, həm də gübrə və digər ticarət yükləri daşınır: “Bu marşrutda yaranan problemlər ticarət yollarının uzanmasına, daşınma xərclərinin və nəticə etibarilə məhsul qiymətlərinin artmasına gətirib çıxarır. Bu isə öz növbəsində dünyada inflyasiya təhdidini gücləndirir.

Neft qiymətlərinin yüksəlməsi Azərbaycanın neft ixracatçısı ölkəsi kimi büdcə gəlirlərinin artmasına müsbət təsir göstərə bilər. Lakin digər tərəfdən, dünyada baş verə biləcək iqtisadi sarsıntılar və qiymət artımları ölkəyə idxal olunan məhsulların, o cümlədən texnologiyaların da bahalaşmasına gətirə bilər. Buna görə də idxaldan asılı olan Azərbaycan iqtisadiyyatı bu proseslərdən ciddi təsirlənməsi mümkündür”.

İqtisadçı vurğulayıb ki, qlobal qeyri-sabitlik və dünya iqtisadiyyatında yarana biləcək mənfi tendensiyalar Azərbaycanın iqtisadiyyatı üçün də müəyyən təhdidlər formalaşdırır.

Xarici ekspertlər də Hörmüz boğazındakı gərginliyin enerji bazarına təsirlərinə diqqət çəkirlər. ABŞ-li iqtisadçı Timoti Snayder hesab edir ki, regionda gəmilərə hücumlar neft qiymətlərinə əlavə təzyiq göstərir. Beynəlxalq analitiklərə görə, hətta diplomatik razılaşma əldə olunsa belə, dəniz daşımalarının əvvəlki səviyyəyə qayıtması vaxt tələb edə bilər.
Bu gün, 12:00
Paşinyan Türkiyə ilə sərhədlərin açılacağı vaxtdan danışdı: “Son addıma yaxınıq”
Bu gün, 11:23
Moskvada qondarma “Artsax” təbliğatı və müharibədə ölənlərə yas
Bu gün, 10:28
Füzulidə iki maşın toqquşdu - 3 ölü
Bu gün, 10:24
“Azeri Light”ın qiyməti 102 dollar ötdü
Bu gün, 10:20
Rusiya NATO-dan nə istəyir? - Qafqaz da Moskvanın tələbləri arasındadır
Bu gün, 09:00
Neft bazarına YENİ TƏHLÜKƏ
Dünən, 16:00
"Mercedes-Benz" istehsalı dayandırır: Almaniyadakı zavodları bağlanır!
Dünən, 15:30
ƏHALİNİN NƏZƏRİNƏ: Bu şəxslərə pulsuz ərzaq veriləcək
Dünən, 14:22
Göy məsciddəki təxribatda mühüm DETAL – Türk Pezeşkianın müavini...
Dünən, 13:43
“Gümrü rus əsgərlərinin şəhəridir!” - 102-ci baza ətrafında qalmaqal
Dünən, 13:17
Etibar Pirverdiyevin milyonları: 17 İLLİK “AZƏRENERJİ” DÖVRÜNÜN QARANLIQ SİRLƏRİ AÇILIR!
Dünən, 12:22
Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı
Dünən, 12:18
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verdi
Dünən, 12:15
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar
Dünən, 10:43
Səudiyyə Ərəbistanının strateji neft obyektləri VURULDU
Dünən, 10:38
Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi
Dünən, 10:35
Azərbaycan, Gürcüstan və Türkiyə birgə təlimlər keçirir
Dünən, 10:28
Pensiyalar ödənildi
Dünən, 10:23
Bakının küçələrini bir-birinə qatdı - Narkotik çəkibmiş
Dünən, 10:19
1049 güzəştli mənzil satışa çıxır - TARİX + QİYMƏTLƏR
Dünən, 09:55
Memarlıq və İnşaat Universiteti Şərurlu İsfəndiyarla bağlı məlumat yaydı
Dünən, 09:52
"TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO
Dünən, 09:45
Trampla Netanyahu telefonda dalaşıb?
Dünən, 09:41
Bu gün millimizin oyunu var
Dünən, 09:37
Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
Dünən, 09:00
Qorxmaz Hüseynovun “Azərsu” dövründə milyonlar hara yoxa çıxıb? – İSTİNTAQIN İZİ KEÇMİŞ RƏHBƏRLİYƏ UZANIR!
12-11-2026, 23:28
Azərbaycan Böyük Britaniya ilə strateji tərəfdaş oldu