Göy məsciddəki təxribatda mühüm DETAL – Türk Pezeşkianın müavini...
Dunya
Oxunub: 53
13 noy 2026 | 14:22
Göy məsciddəki təxribatda mühüm DETAL – Türk Pezeşkianın müavini...


İrəvanda yerləşən Göy məsciddə təxribatçı bir tədbirin keçirilməsi Azərbaycanda haqlı narazılıq doğurdu.

Bəlli olduğu kimi, məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adının verilib. Növbəti mərhələdə isə həmin zalda şairin büstünün qoyulması planlaşdırılır. Bu barədə İranın Ermənistandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, İrəvana işgüzar səfər edən İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi Çarentsin adının əks olunduğu lövhənin açılışında iştirak edib.

Pezeşkian: "Husilər bizdən əmr almır"

Bir daha yada salaq ki, Göy məscid XVIII əsrdə İrəvan xanlığı dövründə, İrəvan xanı Hüseynəli xanın hakimiyyəti zamanı inşa edilib. Bu abidə İrəvanın müsəlman-türk tarixi və Azərbaycan xalqının tarixi-mədəni irsi ilə bağlı mühüm memarlıq nümunələrindən biridir.

Məsələdə diqqət çəkən daha həssas bir detal da var. Bu da odur ki, görəsən İranın türk kökənli prezidenti Məsud Pezeşkian öz müavininin hansı təxribatçı tədbirə yollandlğını bilməyibmi? Ümumiyyətlə, İranın vitse-prezident xarici ölkəyə səfərə gedəndə tabe olduğu şəxsi səfər gündəliyi ilə tanış etmirmi? Yəni, bu ölkədə bu qədərmi siyasi özfəaliyyət hökm sürür?..

Sabiq dövlət müşaviri, professor Qabil Hüseynli Musavat.com-a bildirib ki, bu barədə həm İran səfirliyi, həm də Ermənistan mediası məlumat yayıb: "Ona görə də Pezeşkianın xəbəri olmadan vitse-prezidentin mərasimdə iştirakı inandırıcı deyil. Yəni o, tədbirdə sadəcə qonaq qismində yox, açılış mərasimində birbaşa iştirak edib. Necə ola bilər ki, vitse-prezident prezidentə məruzə etməsin? Deməli, razılaşdırılıb. Sadəcə, bu, İranın siyasətidir və təbrizli balası Pezeşkian da ona qarşı çıxmır".

Politoloq Qabil Hüseynli: " Azərbaycan düşmənlərinin işidir..."

Qabil Hüseynli qeyd edib ki, İranda vitse-prezidentlər prezident tərəfindən təyin olunur və onlara müəyyən istiqamətlər üzrə tapşırıqlar verilir: "Sadəcə, burada bir ehtimal var - Pezeşkian məscidə Çarentsin adının veriləcəyindən xəbərdar olmaya bilərdi. Yəni erməni tərəfi məlumat verə bilər ki, səfər çərçivəsində Göy məsciddə də tədbir nəzərdə tutulub. Amma bu, az ehtimaldır. Çünki vitse-prezident erməni şairin adının məscidə verilməsi hissəsində iştirak edir və belə tədbirlərə əvvəldən hazırlıq görülür".

Professorun sözlərinə görə, İran ciddi səhvə yol verib və prezident Pezeşkianın məsələyə münasibət bildirməməsi suallar doğurur: "Bu, sıradan bir mədəniyyət mərkəzi deyil, XVIII əsrdə İrəvan xanlığı dövründə inşa edilmiş Göy məsciddir. İran rejimi isə bu addımı ilə Azərbaycana olan hörmətsizliyə şərik çıxır. Görünür ki, Pezeşkian rejimin ümumi siyasətinə müqavimət göstərə bilməyib. O rejim isə türkə nifrət, fars şovinizmi üzərində qurulub. Yəni bu hadisəni yalnız bir vitse-prezidentin şəxsi təşəbbüsü kimi təqdim etmək siyasi baxımdan inandırıcı görünmür. Ən azı İran dövlətinin müvafiq strukturlarının məsuliyyəti və məlumatlılığı araşdırılmalıdır. Pezeşkianın şəxsən məlumatlı olub-olmaması isə İran tərəfinin aydınlaşdırmalı olduğu məsələdir".
Bu gün, 12:00
Paşinyan Türkiyə ilə sərhədlərin açılacağı vaxtdan danışdı: “Son addıma yaxınıq”
Bu gün, 11:23
Moskvada qondarma “Artsax” təbliğatı və müharibədə ölənlərə yas
Bu gün, 10:28
Füzulidə iki maşın toqquşdu - 3 ölü
Bu gün, 10:24
“Azeri Light”ın qiyməti 102 dollar ötdü
Bu gün, 10:20
Rusiya NATO-dan nə istəyir? - Qafqaz da Moskvanın tələbləri arasındadır
Bu gün, 09:00
Neft bazarına YENİ TƏHLÜKƏ
Dünən, 16:00
"Mercedes-Benz" istehsalı dayandırır: Almaniyadakı zavodları bağlanır!
Dünən, 15:30
ƏHALİNİN NƏZƏRİNƏ: Bu şəxslərə pulsuz ərzaq veriləcək
Dünən, 14:22
Göy məsciddəki təxribatda mühüm DETAL – Türk Pezeşkianın müavini...
Dünən, 13:43
“Gümrü rus əsgərlərinin şəhəridir!” - 102-ci baza ətrafında qalmaqal
Dünən, 13:17
Etibar Pirverdiyevin milyonları: 17 İLLİK “AZƏRENERJİ” DÖVRÜNÜN QARANLIQ SİRLƏRİ AÇILIR!
Dünən, 12:22
Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı
Dünən, 12:18
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verdi
Dünən, 12:15
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar
Dünən, 10:43
Səudiyyə Ərəbistanının strateji neft obyektləri VURULDU
Dünən, 10:38
Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi
Dünən, 10:35
Azərbaycan, Gürcüstan və Türkiyə birgə təlimlər keçirir
Dünən, 10:28
Pensiyalar ödənildi
Dünən, 10:23
Bakının küçələrini bir-birinə qatdı - Narkotik çəkibmiş
Dünən, 10:19
1049 güzəştli mənzil satışa çıxır - TARİX + QİYMƏTLƏR
Dünən, 09:55
Memarlıq və İnşaat Universiteti Şərurlu İsfəndiyarla bağlı məlumat yaydı
Dünən, 09:52
"TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO
Dünən, 09:45
Trampla Netanyahu telefonda dalaşıb?
Dünən, 09:41
Bu gün millimizin oyunu var
Dünən, 09:37
Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
Dünən, 09:00
Qorxmaz Hüseynovun “Azərsu” dövründə milyonlar hara yoxa çıxıb? – İSTİNTAQIN İZİ KEÇMİŞ RƏHBƏRLİYƏ UZANIR!
12-11-2026, 23:28
Azərbaycan Böyük Britaniya ilə strateji tərəfdaş oldu