Moskvada qondarma “Artsax” təbliğatı və müharibədə ölənlərə yas
Dunya
Oxunub: 21
14 noy 2026 | 11:23
Moskvada qondarma “Artsax” təbliğatı və müharibədə ölənlərə yas


Moskvada 44 günlük müharibə zamanı həlak olmuş erməni hərbçilərin xatirəsinə həsr edilən gənclər aksiyası keçirilib. Musavat.com Rusiya mediasına istinadən xənər verir ki, tədbirin təşəbbüskarları və təşkilatçıları erməni lobbisi yox, Prezident yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyasının (RANXiQS) və Kutafin adına Moskva Dövlət Hüquq Universitetinin tələbələri olublar.

Tədbirlər Moskva Erməni Məbəd Kompleksinin ərazisində başlayıb. İştirakçılar burada xatirə stelasının önünə gül dəstələri qoyaraq 44 günlük müharibədə həlak olanların xatirəsini yad ediblər. Proqram daha sonra Rusiya Erməniləri İttifaqının Gənclər Mərkəzində davam edib. Burada keçirilən “Xatirə axşamı”nda tələbələr 44 günlük müharibənin iştirakçılarının həyat yolu, işğal olunmuş Azərbaycan torpaqrlarının müdafiəsində "göstərdikləri cəsarət və fədakarlıq" barədə çıxışlar ediblər. Çıxışlardan sonra milli mahnılar səsləndirilib, şeirlər oxunub.Təşkilatçıların sözlərinə görə, tədbirin əsas məqsədi erməni gəncləri arasında mənəvi birliyi möhkəmləndirmək və müharibədə həlak olanların xatirəsini yaşatmaq olub. Onlar belə təşəbbüslərin davam etdirilməsinin vacibliyini vurğulayaraq, “Biz xatırlayırıq. Biz ehtiram göstəririk. Biz unutmayacağıq” şüarını səsləndiriblər.

Aydındır ki, Moskvada keçirilən bu tədbirə yalnız həlak olanların xatirəsinin yad edilməsi kimi yanaşmaq məsələnin siyasi tərəfini kölgədə qoya bilər. Burada diqqət çəkən əsas məqam tədbirin məzmununda istifadə olunan ifadələr, onun keçirildiyi platforma və təşkilatçıların verdiyi mesajlardır.

İlk növbədə, qondarma separatçı qurum “Artsax” yenə erməni ərazisi, 44 günlük müharibədə iştirak edən erməni hərbçilər isə “azadlıq uğrunda həlak olan qəhrəmanlar” kimi təqdim edilir. Halbuki Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın ayrılmaz ərazisi kimi tanınır. “Artsax" adlı sərsəm "respublikanı" isə heç Erməınistan belə tanımayıb. Bu baxımdan, Rusiya dövlətinin rəsmi qurumlarının təşkilatçılığı ilə keçirilən tədbirlər Azərbaycan torpaqlarında separatçı qurumun mövcudluğunu və onun hərbi-siyasi fəaliyyətini “azadlıq mübarizəsi” kimi təqdim edilməsi sıradan bir hadisə deyil.

Doğrudur, tədbirin Rusiya Erməniləri İttifaqının Gənclər Mərkəzində keçirilib, bu təşkilat isə erməni diasporunun şimal ölkəsində əsas ictimai platformalarından biridir. Amma tələbələrin, xüsusilə də Rusiya kimi böyük siyasi mərkəzdə təhsil alan gənclərin bu cür anti-Azərbaycan tədbirlərə cəlb edilməsi yalnız keçmişin xatırlanması deyil, həmin yalanlarla dolu keçmişin daha geniş müstəvidə təbliğatıdır.

Tədbirin təşkilatçıları öz fəaliyyətlərini "tarixi yaddaşın qorunması kimi" təqdim edə bilərlər. O zaman diqqətə çatdırmaq lazımdır ki, 44 günlük müharibə 30 ilə yaxın davam edən işğalın nəticələrinin aradan qaldırılması və Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesinin mühüm mərhələsi idi. Bu müharibəni yalnız erməni tərəfinin faciəsi kimi təqdim etmək onun tarixi səbəblərini və nəticələrini təhrif edir.

Sülh prosesinin davam etdiyi bir vaxtda cəhənnəmə getmiş “Artsax” ideyasının həm də milyonlarla azərbaycanlılının yaşadığı, üstəlik Azərbaycanı strateji müttəfiqi hesab edən bir dövlətin paytaxtında yeni nəsillərə əvvəlki siyasi məzmunla ötürülməsi cəhdi ən əsası Rusiyaya etimadın möhkəmlənməsinə xidmət etmir...
Bu gün, 12:00
Paşinyan Türkiyə ilə sərhədlərin açılacağı vaxtdan danışdı: “Son addıma yaxınıq”
Bu gün, 11:23
Moskvada qondarma “Artsax” təbliğatı və müharibədə ölənlərə yas
Bu gün, 10:28
Füzulidə iki maşın toqquşdu - 3 ölü
Bu gün, 10:24
“Azeri Light”ın qiyməti 102 dollar ötdü
Bu gün, 10:20
Rusiya NATO-dan nə istəyir? - Qafqaz da Moskvanın tələbləri arasındadır
Bu gün, 09:00
Neft bazarına YENİ TƏHLÜKƏ
Dünən, 16:00
"Mercedes-Benz" istehsalı dayandırır: Almaniyadakı zavodları bağlanır!
Dünən, 15:30
ƏHALİNİN NƏZƏRİNƏ: Bu şəxslərə pulsuz ərzaq veriləcək
Dünən, 14:22
Göy məsciddəki təxribatda mühüm DETAL – Türk Pezeşkianın müavini...
Dünən, 13:43
“Gümrü rus əsgərlərinin şəhəridir!” - 102-ci baza ətrafında qalmaqal
Dünən, 13:17
Etibar Pirverdiyevin milyonları: 17 İLLİK “AZƏRENERJİ” DÖVRÜNÜN QARANLIQ SİRLƏRİ AÇILIR!
Dünən, 12:22
Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı
Dünən, 12:18
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verdi
Dünən, 12:15
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar
Dünən, 10:43
Səudiyyə Ərəbistanının strateji neft obyektləri VURULDU
Dünən, 10:38
Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi
Dünən, 10:35
Azərbaycan, Gürcüstan və Türkiyə birgə təlimlər keçirir
Dünən, 10:28
Pensiyalar ödənildi
Dünən, 10:23
Bakının küçələrini bir-birinə qatdı - Narkotik çəkibmiş
Dünən, 10:19
1049 güzəştli mənzil satışa çıxır - TARİX + QİYMƏTLƏR
Dünən, 09:55
Memarlıq və İnşaat Universiteti Şərurlu İsfəndiyarla bağlı məlumat yaydı
Dünən, 09:52
"TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO
Dünən, 09:45
Trampla Netanyahu telefonda dalaşıb?
Dünən, 09:41
Bu gün millimizin oyunu var
Dünən, 09:37
Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
Dünən, 09:00
Qorxmaz Hüseynovun “Azərsu” dövründə milyonlar hara yoxa çıxıb? – İSTİNTAQIN İZİ KEÇMİŞ RƏHBƏRLİYƏ UZANIR!
12-11-2026, 23:28
Azərbaycan Böyük Britaniya ilə strateji tərəfdaş oldu