Azərbaycan Böyük Britaniya ilə strateji tərəfdaş oldu
Siyaset
Oxunub: 19
12 noy 2026 | 23:28
Azərbaycan Böyük Britaniya ilə strateji tərəfdaş oldu


Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb.

“Sənəd Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnham tərəfindən imzalanıb.

Bəyannamənin tam mətnini təqdim edirik:

“Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq).

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və 1998-ci il 21 iyul tarixli Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni xatırlayaraq, ikitərəfli əlaqələrin gücünü, dərinliyini və dinamizmini qəbul edərək, qarşılıqlı hörmətə, ortaq maraqlara və praktik əməkdaşlığa əsaslanan münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə qaldırmaq üçün ortaq qətiyyətlərini ifadə edirlər.

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüququn prinsiplərinə və normalarına, xüsusən də beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, eləcə də suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmətlə bağlı prinsiplərə sadiqliklərini bir daha təsdiqləyərək.

2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyətini vurğulayaraq və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı sülh addımlarını alqışlayaraq, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, ikitərəfli dialoq yolu ilə regionda davamlı sülhə nail olmaq məqsədi daşıyan iki ölkənin səylərinə davamlı dəstəyini bir daha təsdiqləyir.

Güclü, dayanıqlı və şaxələndirilmiş iqtisadi artımın, açıq ticarətin, investisiyaların və innovasiyanın hər iki İştirakçı üçün uzunmüddətli sabitlik və rifahın vacib təməlləri olduğunu qəbul edərək.

Hər iki tərəf davamlı tərəfdaşlıqların etimad, açıqlıq və güclü insanlararası əlaqələr üzərində qurulduğunu tanıyaraq, uzunmüddətli artım və rəqəmsal transformasiya üçün təməl kimi təhsil, elm, innovasiya və bacarıqlar sahəsində praktik əməkdaşlığın vacibliyini təsdiqləyir. İştirakçılar həmçinin icmalarla birbaşa əlaqənin qarşılıqlı faydasını tanıyır və bu Tərəfdaşlığın məqsədinə çatan layihə və proqramları dəstəkləməyi öhdələrinə götürürlər.

İştirakçılar aşağıdakı anlaşmaya gəldilər:

I. Müdafiə və Təhlükəsizlik

İştirakçılar regional sülh və sabitliyi dəstəkləmək üçün müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, və ümumi təhdidləri yayındımaq, qarşısını almaq və onlara cavab vermək qabiliyyətlərini artırmaq üçün uzunmüddətli öhdəlikləri ortaq qəbul edirlər.

Onlar yüksək səviyyəli qarşılıqlı fəaliyyətin davamlı impulsuna sadiq qalacaq və qarşılıqlı maraq doğuran ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə koordinasiyanı dərinləşdirəcəklər.

İştirakçılar təlim, potensialın artırılması və qarşılıqlı fəaliyyətə yönəlmiş müdafiə əməkdaşlığını inkişaf etdirəcək və qarşılıqlı maraq doğuran sahələrdə birgə təşəbbüslər də daxil olmaqla müdafiə sənayesi əməkdaşlığını gücləndirmək imkanlarını araşdıracaqlar.

Onlar artan təhlükəsizlik çağırışlarına və təhdidlərinə cavab olaraq geniş spektrli təhlükəsizlik prioritetləri üzrə əməkdaşlığı gücləndirəcəklər.

Bundan əlavə, İştirakçılar qanunun aliliyini və institusional dayanıqlılığı gücləndirmək üçün hüquq-mühafizə orqanları arasında gücləndirilmiş tərəfdaşlıq və sərhəd idarəçiliyi, eləcə də məhkəmə və hüquqi əməkdaşlığını formalaşdıracaqlar.

Onlar həmçinin maraqların uzlaşdığı çoxtərəfli platformalarda beynəlxalq sülhə və təhlükəsizliyə birgə töhfə verərək əməkdaşlıq etmək niyyətlərini təsdiqləyirlər.

II. Ticarət, İnvestisiya və Artım

İştirakçılar ikitərəfli ticarət və investisiya əlaqələrini genişləndirmək və dərinləşdirmək, eləcə də davamlı, inklüziv və şaxələndirilmiş iqtisadi artımı təşviq etmək ambisiyalarını ortaq qəbul edirlər.

Onlar bərpa olunan enerji, infrastruktur və xidmətlər də daxil olmaqla, prioritet sektorlar üzrə uzunmüddətli kommersiya tərəfdaşlıqlarını, bilik mübadiləsini və qarşılıqlı fəaliyyəti asanlaşdırmaqla, eləcə də hər iki iqtisadiyyatda iş yerləri, bacarıqlar və dəyər yaradan bizneslərarası əlaqələri təşviq etməklə iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığı gücləndirəcəklər.

İştirakçılar regional və beynəlxalq bağlantıların vacibliyini vurğulayır və sərhədyanı ticarət və investisiyaları asanlaşdıran nəqliyyat, logistika və infrastruktur layihələri ilə yanaşı, Orta Dəhlizin inkişafını da dəstəkləyəcəklər.

Onlar iqlim dəyişikliyinə davamlılığı, dayanıqlığı və sıfır hədəflərinə doğru irəliləyişi, eləcə də enerji təhlükəsizliyini dəstəkləmək məqsədilə bərpa olunan enerjinin inkişafı, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyalar da daxil olmaqla təmiz enerji keçidi üzrə əməkdaşlıq edəcəklər.

İştirakçılar, davamlı investisiya, ticarət maliyyəsi, KOB-ların artımı və yaşıl maliyyələşdirməni dəstəkləmək məqsədilə müvafiq orqanlar və maliyyə qurumları arasında dialoq vasitəsilə maliyyə və kapital bazarlarında əməkdaşlığı dərinləşdirmək imkanlarını araşdıracaqlar. Onlar, müvafiq qanunlarına və qaydalarına uyğun olaraq, maliyyə sektorunun dayanıqlığını, şəffaflığını və beynəlxalq bazarlara çıxışını gücləndirən bilik mübadiləsini və institusional əməkdaşlığı asanlaşdıracaqlar.

İştirakçılar iqtisadi, ticarət və investisiya əməkdaşlığını, həmçinin texniki dialoqu stimullaşdıran mexanizmi kimi Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın roluna xüsusi əhəmiyyət verirlər. Onlar bundan investisiya, iqtisadi şaxələndirmə, Orta Dəhlizin inkişafı və enerji əməkdaşlığı üzrə birgə təşəbbüsləri irəlilətmək üçün əsas platforma kimi istifadə edəcəklər.

III. Təhsil və İnnovasiya

İştirakçılar təhsilin, elmin, tədqiqatın və innovasiyanın uzunmüddətli rifahın, məhsuldarlığın və sosial dayanıqlığın vacib amilləri, eləcə də müasir, rəqabətə davamlı və inklüziv iqtisadiyyatların təməli olduğunu qəbul edirlər.

Onlar artan əmək bazarı və idarəetmə ehtiyaclarına cavab olaraq, ali təhsil, peşə təhsili və təlim, rəqəmsal və texniki bacarıqlar, eləcə də icraedici və dövlət sektorunda təlim də daxil olmaqla, təhsil və bacarıqların inkişafı sahəsində əməkdaşlığı dərinləşdirəcəklər.

İştirakçılar, bacarıqların inkişafı, şəffaflıq və inklüziv artıma diqqət yetirərək, süni intellekt, rəqəmsal idarəetmə və innovasiya mühiti üzrə təcrübə mübadiləsi vasitəsilə də rəqəmsallaşdırma, inkişafda olan texnologiyalar və həyat elmləri sahələrində əməkdaşlıq edən universitetlər, tədqiqat institutları və sənayeləri arasında tərəfdaşlıq da daxil olmaqla, tədqiqat, innovasiya və texnoloji əməkdaşlığı təşviq edəcəklər.

İştirakçılar iki vətəndaş cəmiyyəti arasında qarşılıqlı anlaşmanı, mədəni əlaqələri və uzunmüddətli əməkdaşlığı təşviq edən insanlararası mübadilələri və peşəkar şəbəkələri həvəsləndirəcəklər.

Yekun müddəalar

İştirakçılar bu Bəyannamənin üç istiqaməti üzrə irəliləyişi nəzərdən keçirmək, gələcək əməkdaşlıq üçün prioritetləri müəyyən etmək və gedişatın praktiki izlənilməsi üzrə razılığa gəlmək məqsədilə illik Strateji Tərəfdaşlıq görüşləri keçirmək barədə anlaşmaya gəldilər.

Bu Bəyannamə çərçivəsində əməkdaşlıq resursların mövcudluğuna tabe və İştirakçıların müvafiq qanun və qaydalarına uyğun olacaqdır.

Dublin şəhərində 2026-cı il 12 noyabr tarixində hər iki mətn bərabər autentik olmaqla Azərbaycan və ingilis dillərində iki əsl nüsxədə qəbul olunmuşdur”.
Dünən, 23:28
Azərbaycan Böyük Britaniya ilə strateji tərəfdaş oldu
Dünən, 21:41
Əliyev-Paşinyan görüşü başa çatdı - Yenilənib-Video
Dünən, 16:00
Putinin ölümündən sonra QİYAMƏT QOPACAQ? – ABŞ-dan qorxunc ssenari
Dünən, 15:30
20 dərəcə isti olacaq - SABAHIN HAVASI
Dünən, 14:22
Azərbaycan ən çox bu ölkə ilə ticarət edib
Dünən, 13:29
DİN və ETSN birgə əməliyyat keçirdi - VİDEO
Dünən, 13:22
İcra hakimiyyətləri ilə bağlı bu məsələ gələn ildən dəyişir - RƏSMİ
Dünən, 13:09
Pensiyaçılara ŞAD XƏBƏR - Bu tarixdə ödəniləcək
Dünən, 13:05
Startaplarla bağlı mühüm xəbər: güzəşt müddəti uzadılır
Dünən, 13:01
Dövlət bu xərcin yarısını ödəyəcək - Sahibkarların nəzərinə
Dünən, 11:43
Generalın qızından şikayətçi olan şəxsin kimliyi bəlli oldu
Dünən, 11:37
Mediaya 68,4 mln. manat ayrılacaq - Nazir müavini
Dünən, 11:13
Azərbaycandan bu məhsulların ixracı kəskin artdı
Dünən, 11:02
Paşinyanın “banan macərası”: Antalyada cibinə qoydu, Dublində çıxardı
Dünən, 10:55
Azərbaycanda ən yüksək maaşı bu şəxslər alır
Dünən, 10:04
UEFA Millətlər Liqası: Türkiyə Belçikanı, İtaliya Fransanı qəbul edəcək
Dünən, 09:58
Neftimizin qiyməti 100 dolları keçdi
Dünən, 09:54
Aktyorun nəşi Bakıya gətirildi - Burada DƏFN OLUNACAQ
Dünən, 09:49
Bina çökdü: Ölən və yaralananlar var
Dünən, 09:45
General Natiq Əliyevin qızı saxlanıldı
Dünən, 09:41
Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib
Dünən, 09:00
Heydər Əliyevin şah əsəri – müstəqil Azərbaycanın hüquqi təməli olan Konstitusiya
11-11-2026, 16:00
Putin Ermənistana qapını göstərir: Paşinyan bu tarixdə KTMT-dən qovulur?
11-11-2026, 15:30
Trampın İran qərarı neft bazarını silkələdi: Azərbaycanın milyardları təhlükədədir?
11-11-2026, 14:22
9 gün iş olmayacaq - Tarixlər açıqlandı
11-11-2026, 14:15
Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı
11-11-2026, 14:04
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi