Mediaya 68,4 mln. manat ayrılacaq - Nazir müavini

“2027-ci ilin dövlət büdcəsinin layihəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə 643 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb. Bu, 2025-ci ilin icrası ilə müqayisədə 116 milyon manat və ya 22 faiz çoxdur. Ortamüddətli dövrdə, yəni 2023-cü illə müqayisədə 2027-ci ildə bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 39 faiz artıb”.
Bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin bu gün keçirilən Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Həmin vəsaitin 239 milyon manatı və ya 37 faizi mədəniyyət və incəsənət sahəsində fəaliyyətə, o cümlədən kitabxanaların, muzeylərin, mədəniyyət mərkəzlərinin, teatrların, musiqi kollektivlərinin saxlanılması xərclərinə, 68,4 milyon manatı və ya 11 faizi televiziya, radio və nəşriyyat xərclərinə, 49 milyon manatı və ya 7,5 faizi bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin maliyyələşdirilməsinə, 22,8 milyon manatı və ya 3,5 faizi yaradıcı ittifaqlar, cəmiyyətlər və dini tədbirlərlə bağlı digər xərclərin, 264 milyon manatı və ya 41 faizi isə bu sahələrdə digər müəssisə və tədbirlərlə (mərkəzləşdirilmiş mədəniyyət tədbirləri, mühasibatlıq, mədəniyyət obyektlərinin təmiri, maddi texniki təminatın gücləndirilməsi və s.) bağlı xərclərin maliyyələşdirilməsinə yönəldiləcək”.
“Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin növbəti ildə saxlanılması ilə bağlı xərclər üçün 13,7 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2026-cı illə müqayisədə 20 faiz çoxdur”.
Ölkədə fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin, tarix-diyarşünaslıq muzeylərinin və bu kimi mədəniyyət müəssisələrinin saxlanılması üçün 49,7 milyon manat vəsait proqnozlaşdırılıb”.
“Media qurumlarının xərclərinin qarşılanması və fəaliyyətinin təmin olunması məqsədilə növbəti il üçün ümumilikdə 68,4 milyon manat vəsait nəzərdə tutulub. Azərbaycan mədəniyyətinin televiziya vasitəsilə dünya ictimaiyyətinə çatdırılması, teatr və kino sahələrinin inkişaf etdirilməsi məqsədilə tədbirlərin maliyyələşdirilməsi üçün 13,3 milyon manat, Mədəniyyət Nazirliyinin mərkəzləşdirilmiş mədəniyyət tədbirləri üzrə isə 26,8 milyon manat vəsait proqnozlaşdırılıb”.
“Bununla yanaşı növbəti ilin büdcə layihəsində bəzi təşkilatların, o cümlədən teatr, konsert müəssisələrinin fəaliyyəti ilə bağlı 51,6 milyon manat, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti üçün 3,4 milyon manat, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin və Dövlət Film Fondunun saxlanılması üçün 3,1 milyon manat, Azərbaycan kinosunun davamlı inkişafının təmin edilməsi ilə bağlı 9 milyon manat vəsait proqnozlaşdırılıb”.
Bu gün, 16:00
Putinin ölümündən sonra QİYAMƏT QOPACAQ? – ABŞ-dan qorxunc ssenari
Bu gün, 15:30
20 dərəcə isti olacaq - SABAHIN HAVASI
Bu gün, 14:22
Azərbaycan ən çox bu ölkə ilə ticarət edib
Bu gün, 13:29
DİN və ETSN birgə əməliyyat keçirdi - VİDEO
Bu gün, 13:22
İcra hakimiyyətləri ilə bağlı bu məsələ gələn ildən dəyişir - RƏSMİ
Bu gün, 13:09
Pensiyaçılara ŞAD XƏBƏR - Bu tarixdə ödəniləcək
Bu gün, 13:05
Startaplarla bağlı mühüm xəbər: güzəşt müddəti uzadılır
Bu gün, 13:01
Dövlət bu xərcin yarısını ödəyəcək - Sahibkarların nəzərinə
Bu gün, 11:43
Generalın qızından şikayətçi olan şəxsin kimliyi bəlli oldu
Bu gün, 11:37
Mediaya 68,4 mln. manat ayrılacaq - Nazir müavini
Bu gün, 11:13
Azərbaycandan bu məhsulların ixracı kəskin artdı
Bu gün, 11:02
Paşinyanın “banan macərası”: Antalyada cibinə qoydu, Dublində çıxardı
Bu gün, 10:55
Azərbaycanda ən yüksək maaşı bu şəxslər alır
Bu gün, 10:04
UEFA Millətlər Liqası: Türkiyə Belçikanı, İtaliya Fransanı qəbul edəcək
Bu gün, 09:58
Neftimizin qiyməti 100 dolları keçdi
Bu gün, 09:54
Aktyorun nəşi Bakıya gətirildi - Burada DƏFN OLUNACAQ
Bu gün, 09:49
Bina çökdü: Ölən və yaralananlar var
Bu gün, 09:45
General Natiq Əliyevin qızı saxlanıldı
Bu gün, 09:41
Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib
Bu gün, 09:00
Heydər Əliyevin şah əsəri – müstəqil Azərbaycanın hüquqi təməli olan Konstitusiya
Dünən, 16:00
Putin Ermənistana qapını göstərir: Paşinyan bu tarixdə KTMT-dən qovulur?
Dünən, 15:30
Trampın İran qərarı neft bazarını silkələdi: Azərbaycanın milyardları təhlükədədir?
Dünən, 14:22
9 gün iş olmayacaq - Tarixlər açıqlandı
Dünən, 14:15
Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı
Dünən, 14:04
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
Dünən, 13:39
Netanyahu ilə Tramp arasında “cəhənnəmə bənzəyən” söhbət - Baş nazir prezidenti razı sala bilməyib?
Dünən, 13:17
Bu məlumatı verənə 20 milyon dollar bəxşiş– Tehran ayağa qalxdı, BMT-yə üz tutdu!