Rusiya NATO-dan nə istəyir? - Qafqaz da Moskvanın tələbləri arasındadır

Rusiya NATO-dan qoşunları və hərbi bazaları alyansın 1997-ci ildən əvvəlki mövqelərinə çəkməsini tələb edib.
Bu barədə “The New York Times” Əbu-Dabi danışıqlarının iştirakçısından əldə etdiyi və Moskvanın tələblərinin əks olunduğu sənədin surətinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Moskvanın əsas tələbləri 2021-ci ilin dekabrından, Rusiyanın NATO-dan genişlənmədən imtina etməyi və alyansın Şərqi və Mərkəzi Avropadakı hərbi fəaliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırmağı tələb etdiyi vaxtdan, demək olar ki, dəyişməyib.
Yeni sənəddə Moskva hərbi alyansdan 1997-ci ildən sonrakı genişlənməsini, eləcə də Ukraynada və Şərqi Avropanın, Cənubi Qafqazın və Mərkəzi Asiyanın digər bölgələrində “istənilən hərbi fəaliyyəti” istisna etməyi tələb edir.
Rusiya həmçinin Ukraynaya istənilən növ Qərb silahı, hərbi texnika və hərbi təyinatlı məhsulların tədarükünün dayandırılmasında israr edir. Moskva Ukraynanın Avropa İttifaqına daxil olmasını qəbul edə biləcəyini bildirib, lakin bunun üçün Kiyev birliyin ümumi müdafiə siyasətində iştirak etməməlidir.
Bundan əlavə, Rusiya tərəfi Fransa və Böyük Britaniyadan öz nüvə silahlarının digər Avropa dövlətlərinin müdafiəsi üçün istifadə olunması imkanını istisna etməyi tələb edir.
Rusiya rəsmiləri həmçinin “soyuq müharibə”ni və SSRİ-nin başçılıq etdiyi Varşava Müqaviləsi Paktını müharibədən sonrakı Avropa üçün model kimi təqdim ediblər. Onların iddiasına görə, qitənin ABŞ və Sovet nüfuz dairələrinə bölünməsi, eləcə də onlar arasında mövcud olan kommunikasiya və qarşılıqlı anlaşma mexanizmləri münaqişə riskini azaldırdı.
ABŞ tərəfi isə öz növbəsində Moskvadan 2021-ci ilin dekabrından sonra baş vermiş dəyişiklikləri nəzərə almağa və gələcəyə köklənməyə çağırıb.
Nəşrin istinad etdiyi, imza və ya rəsmi rekvizitlərin olmadığı bu sənəd tərəflərdən birinin mövqeyini ifadə edən qeyri-rəsmi diplomatik sənəd hesab olunur. Danışıqların iştirakçıları sənəddə əks olunan tələblərin Moskvanın ilkin mövqeyini əks etdirdiyini qeyd etsələr də, Rusiya nümayəndələri Prezident Vladimir Putinin çeviklik göstərə biləcəyini bildiriblər.
Xatırladaq ki, noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində Ukrayna, ABŞ və Rusiyanın iştirakı ilə üçtərəfli danışıqlar baş tutub. Danışıqlardan sonra Uitkoff və Kuşner əvvəlcə Moskvada Putinlə, daha sonra Dublində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüblər.
Bu gün, 12:00
Paşinyan Türkiyə ilə sərhədlərin açılacağı vaxtdan danışdı: “Son addıma yaxınıq”
Bu gün, 11:23
Moskvada qondarma “Artsax” təbliğatı və müharibədə ölənlərə yas
Bu gün, 10:28
Füzulidə iki maşın toqquşdu - 3 ölü
Bu gün, 10:24
“Azeri Light”ın qiyməti 102 dollar ötdü
Bu gün, 10:20
Rusiya NATO-dan nə istəyir? - Qafqaz da Moskvanın tələbləri arasındadır
Bu gün, 09:00
Neft bazarına YENİ TƏHLÜKƏ
Dünən, 16:00
"Mercedes-Benz" istehsalı dayandırır: Almaniyadakı zavodları bağlanır!
Dünən, 15:30
ƏHALİNİN NƏZƏRİNƏ: Bu şəxslərə pulsuz ərzaq veriləcək
Dünən, 14:22
Göy məsciddəki təxribatda mühüm DETAL – Türk Pezeşkianın müavini...
Dünən, 13:43
“Gümrü rus əsgərlərinin şəhəridir!” - 102-ci baza ətrafında qalmaqal
Dünən, 13:17
Etibar Pirverdiyevin milyonları: 17 İLLİK “AZƏRENERJİ” DÖVRÜNÜN QARANLIQ SİRLƏRİ AÇILIR!
Dünən, 12:22
Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı
Dünən, 12:18
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verdi
Dünən, 12:15
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar
Dünən, 10:43
Səudiyyə Ərəbistanının strateji neft obyektləri VURULDU
Dünən, 10:38
Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi
Dünən, 10:35
Azərbaycan, Gürcüstan və Türkiyə birgə təlimlər keçirir
Dünən, 10:28
Pensiyalar ödənildi
Dünən, 10:23
Bakının küçələrini bir-birinə qatdı - Narkotik çəkibmiş
Dünən, 10:19
1049 güzəştli mənzil satışa çıxır - TARİX + QİYMƏTLƏR
Dünən, 09:55
Memarlıq və İnşaat Universiteti Şərurlu İsfəndiyarla bağlı məlumat yaydı
Dünən, 09:52
"TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO
Dünən, 09:45
Trampla Netanyahu telefonda dalaşıb?
Dünən, 09:41
Bu gün millimizin oyunu var
Dünən, 09:37
Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
Dünən, 09:00
Qorxmaz Hüseynovun “Azərsu” dövründə milyonlar hara yoxa çıxıb? – İSTİNTAQIN İZİ KEÇMİŞ RƏHBƏRLİYƏ UZANIR!
12-11-2026, 23:28
Azərbaycan Böyük Britaniya ilə strateji tərəfdaş oldu