Qarabağ Universitetində YENİLİK

2026/2027-ci tədris ilindən etibarən Qarabağ Universitetində dünyanın nüfuzlu texniki ali təhsil müəssisələrindən biri olan İstanbul Texniki Universiteti (İTÜ) ilə birgə mühəndislik ixtisasları üzrə ikili diplom proqramına start veriləcək.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yeni ikili diplom proqramı Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2025-ci il tarixli “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə müəyyən edilmiş ali təhsildə beynəlxalq ikili diplom proqramlarının əhatə dairəsinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində reallaşdırılır və dövlət hesabına maliyyələşdirilir.
Məlumata görə, ikili diplom proqramı Mühəndislik fakültəsinin inşaat mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, mexanika mühəndisliyi və kimya mühəndisliyi ixtisaslarını əhatə edir: "Proqram çərçivəsində tədris tamamilə ingilis dilində aparılacaq. Tələbələr ilk 3 il Qarabağ Universitetində, son bir il isə İstanbul Texniki Universitetində təhsil alacaqlar. Təhsili uğurla başa vuran məzunlara hər iki universitetin diplomu təqdim olunacaq.
İkili diplom proqramı çərçivəsində İTÜ-nün professor-müəllim heyəti tədris prosesinə cəlb olunacaq, tələbələr Xankəndidə yaradılacaq müasir laboratoriyalarda təhsil alacaq, istehsalat təcrübəsini isə Türkiyədə keçəcəklər. Eyni zamanda Türkiyədə yay məktəbində də iştirak imkanı qazanacaqlar. Təhsil müddətində tələbələr nəzəri biliklərlə yanaşı, real layihələr üzərində çalışaraq layihələndirmə, istehsal, texnoloji proseslərin idarə olunması və mühəndislik həllərinin hazırlanması sahələrində peşəkar bacarıqlar qazanacaqlar. Müasir laboratoriyalar, sənaye müəssisələri ilə əməkdaşlıq və praktik yönümlü tədris sayəsində tələbələr əmək bazarının tələblərinə uyğun kompetensiyalar əldə edə, ölkənin infrastrukturunun, sənayesinin və texnoloji inkişafının dəstəklənməsinə, eləcə də innovativ və dayanıqlı həllərin hazırlanmasına töhfə verməyə hazır mütəxəssis kimi formalaşacaqlar".
Qeyd edilib ki, "QS World University Rankings 2027" nəticələrinə əsasən İstanbul Texniki Universiteti Türkiyə universitetləri arasında birinci, dünya universitetləri arasında isə 279-cu yerdə qərarlaşıb.
Bu gün, 14:12
İran itkilərinin sayını açıqladı
Bu gün, 14:08
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
Bu gün, 14:02
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
Bu gün, 13:59
Ukrayna Qara dənizdə rusların 20 gəmisini vurdu
Bu gün, 12:52
Qarabağ Universitetində YENİLİK
Bu gün, 12:45
Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi
Bu gün, 11:26
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
Bu gün, 11:21
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Bu gün, 10:40
Su polisi vətəndaşın şikayətini araşdırır
Bu gün, 10:03
Yamal Mbappeni kölgədə qoydu
Bu gün, 09:58
ABŞ 23 il sonra bu ölkədən hərbçilərini tam çıxarır
Bu gün, 09:55
Maraqla gözlənilən oyun - İspaniyanın rəqibi bəlli olur
Bu gün, 09:31
ABŞ-dən İsrailə təzyiq: Tramp qoşunların geri çəkilməsini istəyib
Bu gün, 09:28
Türkiyə XİN o hücumu pislədi
Bu gün, 09:24
Azərbaycan XİN Türkiyəyə təbrik ünvanladı
Bu gün, 09:00
DÇ-2026: Fransanı məğlub edən İspaniya ilk finalçı oldu
Dünən, 16:00
Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
Dünən, 15:30
Müharibənin sonunu gətirəcək "QIZIL AÇAR" - Putinin "Müqəddəs Simvolu" ÇÖKÜR
Dünən, 15:09
Prezidentin maşınında selfi çəkdi - Foto
Dünən, 15:05
Prezidentlər bir-birinə bunları hədiyyə etdi - Video
Dünən, 14:22
“Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
Dünən, 13:29
IV Şuşa Qlobal Media Forumu başa çatıb
Dünən, 13:25
Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşdü
Dünən, 13:21
Prezidentlər Şuşada güllələnmiş büstlərə baxıblar - FOTO
Dünən, 13:15
Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
Dünən, 12:34
Elektron siqaretlərlə bağlı daha bir QADAĞA
Dünən, 12:30
Azərbaycanda tələbələrlə bağlı YENİ QANUN