İlham Əliyev Ərdoğana başsağlığı verdi
Siyaset
Oxunub: 103
15 iy 2026 | 11:21
İlham Əliyev Ərdoğana başsağlığı verdi


Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

2016-cı ilin 15 iyul tarixində Türkiyə Respublikasında dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı Vətənlərini qorumaq üçün həyatlarını qurban vermiş bütün şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm.

On il əvvəl qardaş Türkiyə müasir tarixinin ən faciəli, eyni zamanda ən şərəfli səhifələrindən birini yazdı. Dövlətçiliyə, konstitusiya quruluşuna, milli iradəyə və demokratik əsaslara qarşı yönəlmiş xain çevriliş cəhdi Türkiyə xalqının sarsılmaz əzmi, mətinliyi və Vətənə sonsuz sədaqəti sayəsində qətiyyətlə dəf edildi. Minlərlə insanın meydanlara axışaraq sinəsini sipər etməsi, dövlətinə, bayrağına və milli dəyərlərinə sahib çıxması əsl qəhrəmanlıq dastanı kimi əbədi olaraq milli yaddaşa həkk olundu.

Sizin qətiyyətli və uzaqgörən liderliyiniz, xalqınızın Sizin ətrafınızda sıx birləşməsi, çağırışlarınıza dərhal və tərəddüdsüz cavab verməsi həmin taleyüklü gecədə ölkənizi böyük faciələrdən xilas edən əsas amillərdən oldu. Sizin rəhbərliyinizlə Türkiyə bu sınaqdan daha da güclənərək çıxdı, öz milli iradəsini və dövlətçilik ənənələrini bütün dünyaya bir daha nümayiş etdirdi.

O tarixi gündə baş verənlər sübut etdi ki, xalq ilə dövlətin birliyi qarşısında heç bir məkrli niyyət, heç bir dağıdıcı qüvvə davam gətirə bilməz. Məhz buna görə də hər il 15 iyulda qeyd edilən "Demokratiya və Milli Birlik Günü" xalqınızın milli həmrəyliyinin, mübarizlik ruhunun, dövlətçilik ənənələrinin və azadlıq iradəsinin simvoludur.

Azərbaycan xalqı və dövləti əziz mirasımız olan "Bir millət iki dövlət" prinsipini rəhbər tutaraq həmişə olduğu kimi o həlledici anlarda da qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirdi və onun yanında oldu. Bütün bunlar xalqlarımızın qardaşlığının və birliyinin nə qədər güclü və sarsılmaz olduğunu bir daha təsdiqlədi.

Əminəm ki, nəsillərdən-nəsillərə ərməğan qalan güclü Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı daha da möhkəmlənəcək, strateji müttəfiqliyimiz bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və yeni məzmunla zənginləşməyə davam edəcəkdir.

Əziz Qardaşım, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Türkiyə Respublikasına əmin-amanlıq, firavanlıq və rifah arzulayıram".
Dünən, 16:00
Ermənistanla sülhdə yeni düyün: Anklavların taleyi necə olacaq? Polkovnik danışdı
Dünən, 15:30
Ukraynanı tamamilə məhv etmək lazımdır!– Rusiya televiziyalarında dəhşətli çağırışlar
Dünən, 14:22
Diyarbakır kürdündən etiraf: “50 il əvvələ qədər Azərbaycan türkcəsində danışırdıq”
Dünən, 13:14
Azərbaycanın ən təhlükəli magistralları: Hansında ölüm daha çoxdur? – QORXULU STATİSTİKA
Dünən, 12:46
Kirayə yolu ilə mənzil almaq istəyənlərə şad xəbər
Dünən, 12:36
“Sözcü TV”dəki əməliyyatın səbəbi açıqlandı - Yenilənib
Dünən, 12:31
Sabah hava necə olacaq?
Dünən, 12:03
Türkiyə MN Azərbaycanı təbrik etdi
Dünən, 11:59
Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı
Dünən, 11:34
Dərsliklərin ictimai müzakirəsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 11:30
Dövlətdən xaricə mal satanlara ödəniş - Məbləğ belə hesablanacaq
Dünən, 11:09
Gecə klubundan çıxıb dava etdilər - Maşını mağazaya çırpdı-Video-Yenilənib
Dünən, 11:05
Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
Dünən, 09:54
Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
Dünən, 09:51
Bu qəsəbə və kəndlərə su çəkiləcək - SİYAHI
Dünən, 09:48
Xocavənd, Cəbrayıl və Zəngilanın kəndlərinə köç karvanları yola salındı
Dünən, 09:42
Şəmkirdə meyiti tapılanlarla bağlı - Yeni detallar
Dünən, 09:39
Türkiyədə polis “Sözcü TV”nin binasında əməliyyat keçirir
Dünən, 09:11
İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
Dünən, 09:00
Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür
16-11-2026, 16:00
TRAMP İRANI VURACAQMI? – ƏRDOĞAN VƏ BİN SALMANIN SON CƏHDİ
16-11-2026, 15:30
Bakıda hava kəskin dəyişir: "Əsrin qışı" gəlir – 47 ildir beləsi görünməmişdi
16-11-2026, 14:23
Market alışverişini asanlaşdıran 6-5-4-3-2-1 üsulu
16-11-2026, 13:42
Yüz minlərlə işçi üçün yeni dövr – Ərdoğan maaş və məzuniyyət qaydalarını dəyişdi
16-11-2026, 13:17
ABŞ-ın üçüncü təyyarədaşıyanı Yaxın Şərqə çatdı: İrana hücum an məsələsi
16-11-2026, 13:15
Din xadimləri dövlət qulluğu vəzifəsini tuta bilməyəcək
16-11-2026, 13:09
Ali Məhkəmə SOCAR-ın sabiq vitse-prezidentinin oğlu ilə bağlı qərar verdi - YENƏ UDUZDU