Müharibənin sonunu gətirəcək "QIZIL AÇAR" - Putinin "Müqəddəs Simvolu" ÇÖKÜR

Krım yarımadası Rusiya prezidenti Vladimir Putinin ən böyük nailiyyəti - Ukraynaya qarşı müharibədə əsas dayaq nöqtəsi və daxili auditoriya üçün onun imperiya iddialarının simvolu idi. Lakin indi bu yarımada strateji aktivdən həm hərbi baxımdan, həm də Putinin şəxsən özü üçün kritik bir zəifliyə çevrilməkdədir.
Bu barədə nüfuzlu "Politico" nəşri yazır.
Hazırda Krım əhalisi ciddi elektrik və su kəsintiləri, təchizat problemləri və yanacaq qıtlığı şəraitində yaşayır. Buna səbəb Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hərbi obyektlərin yaxınlığındakı enerji mənbələrinə mütəmadi zərbələr endirməsidir.
Tez-tez baş verən elektrik kəsintiləri səbəbindən mobil rabitə sönür, ictimai nəqliyyat demək olar ki, iflic olub, özəl şəxslərə və müəssisələrə yanacaq satışı isə tamamilə qadağan edilib. Qiymətlərin kəskin bahalaşması fonunda yerli əhalinin əsas gəlir mənbəyi olan turizm mövsümü tamamilə uğursuzluğa düçar olub.
Bir çoxları üçün Krımdan çıxmaq da artıq qeyri-mümkünə çevrilib. Ukrayna PUA-ları körpüləri sıradan çıxarıb və hazırda işğal altındakı cənub bölgəsindən keçərək Rusiyaya gedən quru yoluna tam nəzarət edir. Krımı təcrid etmək kampaniyası cənub cəbhəsində tərəzi daxılını Ukraynanın xeyrinə dəyişdikcə, bir çox ukraynalı bu müharibənin məhz yarımadada bitəcəyinə inanır.
Krım Rusiya üçün həqiqətən də xüsusi əhəmiyyət kəsb edir. Ukraynadakı müharibə 2014-cü ildə məhz bu yarımadanın ilhaqı ilə başladı və Rusiyanın imperiya qüdrətinin az qala müqəddəs simvoluna çevrildi.
Ötən onillik ərzində Rusiya yarımadanı nəhəng bir hərbi bazaya çevirdi ki, bu da onun qüvvələrinə 2022-ci ildə genişmiqyaslı işğal zamanı Ukraynanın cənubunu asanlıqla ələ keçirməyə imkan verdi. Krım uzun müddət cəbhənin cənub istiqamətini təchiz edən təhlükəsiz arxa cəbhə rolunu oynadı və sakinlər müharibənin birbaşa təsirlərindən qorunmuş qaldılar.
Lakin bu yay vəziyyət kəskin şəkildə dəyişdi. Məqalədə qeyd olunur ki, Ukrayna orta mənzilli zərbə PUA-ları sahəsindəki üstünlüyü sayəsində Rusiya ordusunun maddi-texniki təminatını (logistikasını) sıradan çıxarır və ölkənin cənubundakı hərbi potensialını zəiflədir, bəzi yerlərdə isə tamamilə məhv edir. Kiyev ümid edir ki, bu addım Rusiyanı öz qüvvələrini digər cəbhə xətlərindən geri çəkməyə məcbur edəcək, bununla da həm Ukrayna ordusunun üzərindəki təzyiq azalacaq, həm də şəhərlərə edilən hücumların sayı minimuma enəcək.
Krım həmçinin şəxsən Putin üçün də böyük rəmzi əhəmiyyət daşıyır. Yarımadanın Rusiya nəzarətinə keçməsi vaxtilə onun ölkə daxilindəki reytinqini rekord həddə çatdırmışdı. Krımın itirilməsi Putinin reputasiyasına birbaşa və sarsıdıcı zərbə vurmaqla bərabər, ölkə daxilində onun rəhbərliyinə və müharibəyə qarşı ciddi narazılıq dalğası yarada bilər.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin keçmiş rəis müavini İlya Pavlenko məsələ ilə bağlı bildirib: "Krım Rusiyanın imperiya iddialarının qızıl açarıdır".
Bəs bu proses yarımadanın Ukraynaya qaytarılması ilə başa çata bilərmi?
Pavlenko qeyd edir ki, Rusiya onilliklər ərzində hərbi, iqtisadi, təhsil və təbliğat vasitələri ilə Krımı əldə saxlamağa hazırlaşıb. Ukrayna da buna qarşı eyni dərəcədə geniş taktikalar tətbiq etməlidir:
"Biz həmişə demişik ki, Krım Ukraynadır və Ukrayna onu geri qaytarmaq üçün bütün üsullardan istifadə edəcək. Krımı təkcə hərbi yolla qaytarmaq mümkün deyil... Hazırda biz diplomatlarımızın danışıqlar masası arxasında əyləşib "Biz Krımı kənarda qoymayacağıq" deyə bilməsi üçün hərbi təzyiqi artırırıq".
Lakin Ukrayna yarımadanı Rusiya üçün daha da dözülməz və baha başa gələn bir yerə çevirməyə çalışsa da, bu ərazini gələcəkdə əldə saxlamaq Kiyevin özü üçün də eyni dərəcədə çətin və baha başa gələ bilər.
Ukraynanın "Müdafiə Strategiyaları Mərkəzi" analitik qrupunun rəhbəri Andrey Zaqorodnyuk isə mövzuya daha təmkinli yanaşır: "Mən Krımın azad olunacağına inanıram. Lakin bu, yaxın gələcəkdə baş verməyəcək".
Yay turizm mövsümünün qızğın çağında işğal olunmuş Krım Ukrayna tərəfindən getdikcə daha ağır hərbi təzyiqlərə məruz qalır. Kiyevin pilotsuz təyyarələri yarımadadakı nəqliyyat, energetika və hərbi infrastrukturu ardıcıl olaraq sıradan çıxarır. Həmçinin Krımdakı hava hücumundan müdafiə (HHM) sistemlərinə endirilən zərbələr də davam edir.
Su və işıq kəsintiləri, yanacaq defisiti və ümumi iqtisadi vəziyyətin kəskin şəkildə pisləşməsi həm yerli sakinlər, həm də bura gələn azsaylı turistlər üçün böyük şoka çevrilib.
İşğal altındakı yarımadanın bütün ərazisində əhaliyə yanacaq satışına ciddi məhdudiyyətlər tətbiq edilib, uşaq yay düşərgələrinin fəaliyyəti isə təhlükəsizlik səbəbindən tamamilə dayandırılıb.
Dünən, 20:28
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Dünən, 17:02
İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Fotolar
Dünən, 16:49
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Dünən, 16:45
102 tələbə Prezident təqaüdçüsü oldu - Adlar
Dünən, 16:42
İran Azərbaycanda nəyə nail olmaq istəyir?
Dünən, 16:00
İpoteka kreditləri artır, mənzil bazarında hansı risklər yaranır?
Dünən, 15:30
Trampın qərarı respublikaçı və demokrat senatorları birləşdirdi: Ağ Evə ultimatum verildi
Dünən, 14:22
Böyük təhlükə gözlənilir - Fövqəladə vəziyyətə hazırlığa start verildi
Dünən, 13:43
TƏCİLİ XƏBƏRDARLIQ! Qardaş ölkədə sürətlə yayılır - Bu xəstəlikdə qarışdırılır
Dünən, 13:36
“Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Dünən, 13:32
Məktəbli forması ilə bağlı qanunu pozan - 37 nəfər həbs olundu - Video
Dünən, 13:13
Paşinyan Bakıya gələcək? – Azərbaycanda bu tarixdə...
Dünən, 12:41
Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
Dünən, 12:37
İlham Əliyev: Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir
Dünən, 11:41
Kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalandı - Fotolar
Dünən, 11:35
İlham Əliyevlə Kambocanın Baş naziri məhdud tərkibdə görüşdü - Fotolar
Dünən, 11:23
Əliyev İspaniya Kralını təbrik etdi
Dünən, 10:42
Təhsil Şurası bəyanat yaydı: "Bu, yolverilməzdir"
Dünən, 10:27
Kamboca Baş naziri rəsmi qarşılandı
Dünən, 10:16
Kimin evində varsa, ŞAD XƏBƏR - QİYMƏT ARTDI
Dünən, 10:04
Bu rayonda nöqsanlar aşkarlandı, vəzifəli şəxslərə töhmət verildi
Dünən, 09:58
İki qadını maşın vurub öldürdü
Dünən, 09:54
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi
Dünən, 09:50
Sənədsiz evlərə necə çıxarış almaq olar? - QAYDALAR
Dünən, 09:46
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü
Dünən, 09:38
Ramiz Mehdiyev Xalq artistinin verilişini niyə efirdən çıxartdırdı? - VİDEO
Dünən, 09:28
Səudiyyə Ərəbistanında hava limanlarına ardıcıl hücumlar - 19 ölü