Balıq məhsulları tam nəzarətə götürülür - Bazar BELƏ DƏYİŞƏCƏK

Azərbaycanda balıq məhsullarının istehsalı, satışı, idxal və ixracı üzərində dövlət nəzarətinin gücləndirilməsi istiqamətində yeni addım atılır. Milli Məclisdə birinci oxunuşda qəbul edilən "Balıqçılıq haqqında" yeni qanun layihəsi balıq məhsullarının mənşəyindən tutmuş satışına qədər bütün mərhələlərin elektron sistem üzərindən izlənməsini, həmçinin qida təhlükəsizliyi və baytarlıq tələblərinə uyğunluğun təmin edilməsini nəzərdə tutur.
Bəs bu dəyişikliklər bazarda keyfiyyətsiz və qanunsuz mənşəli balıq məhsullarının qarşısını ala biləcəkmi? Yeni qaydalar istehlakçılara və balıqçılıq sektoru ilə məşğul olan sahibkarlara nə vəd edir?
İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
"Bizim araşdırmamız göstərir ki, dövlət nəzarətinin gücləndirilməsi hansısa mənfi hallara yol açmayacaq. Sonda balıq və balıq məhsullarının istehlakında daha keyfiyyətli məhsulun son istehlakçıya çatdırılmasına köməklik göstərəcək. Lakin mən bu işlərə bir az pessimist baxıram. Çünki bu yaxınlarda biz Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə bildirdik ki, hazırda Azərbaycana, misal üçün, Çindən qara kürü idxal olunur. Həmin qara kürü Azərbaycana gəlir və sonda yerli məhsul kimi bütün ticarət obyektlərində kütləvi şəkildə satışa çıxarılır. Biz müraciət edərək, görüşdə xahiş etdik ki, AQTA bu məsələyə kompleks şəkildə yanaşsın. Çünki burada artıq dövlət qanununun pozulması halı var. Bazarda məhz bu cür hallara nəzarət edən qurum isə AQTA-dır. Onların bu məsələyə daha diqqətli yanaşmalarını istəyirik. Açığı, gələn reaksiya mənim üçün qaneedici olmadı. Ona görə də digər halların monitorinqini Kənd Təsərrüfatı Nazirliyinin EKTİS (Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi) platforması üzərindən həyata keçirəcəklər. Amma bu sistem üzərindən aparılan nəzarət nə dərəcədə effektiv olacaq, yoxsa sadəcə rəsmi bir nəzarət kimi qalacaq bunu zaman göstərəcək".
Eyyub Hüseynov əlavə edib ki, ölkədə balıqçılıqla bağlı ciddi problemlər yaşanır:
"Misal üçün, illərdir ki, Bakı-Quba yolunun kənarında çox kiçik nərə balıqları satılır. Yenə uzun illərdir Çindən gətirilən, dənizdə qalıb orada çoxlu sayda balığın məhvinə səbəb olan süni torlardan (plastik əsaslı torlar) istifadə olunur. Digər tərəfdən, yeni yetişdirilib dənizə buraxılan nərə balıqları hələ uzağa gedə bilmirlər. Sahilə yaxın ərazilərdə qaldıqları üçün balıqçılar tərəfindən asanlıqla tutulub bazara çıxarılırlar. Bütün bu hallar, xüsusən də kiçik nərə balıqlarının bu şəkildə satılması, ölkədə balıqçılıq sahəsində ciddi problemlərin olduğunu göstərir. Balıqçılıq sahəsindən danışarkən bir məqamı da xatırlamaq istəyirəm. Vaxtilə Azərbaycanda balıq resursları həddindən artıq çox idi. Xüsusən Muğan zonasında axmaz su hövzələri var idi və orada külli miqdarda balıq olardı. Xatırlayıram, 80-ci illərdə gənc müəllim kimi fəaliyyət göstərirdim. Muğan zonasından dənizə axan kollektor həmişə balıqla zəngin olardı. Bir gün xəbər gəldi ki, bir mexanizator bir az balıq tutmaq xatirinə həmin suya zəhər (pambığa tökülən zəhərli kimyəvi maddə) buraxıb. Gedib baxanda dəhşətə gəldim: kollektorun içi ölmüş balıqlardan ağappaq görünürdü. Həmin vaxt sahə müvəkkili də orada dayanıb mənzərəyə sadəcə baxırdı. Sahə müvəkkili ilə aramızda bu səbəbdən ciddi bir münaqişə yarandı. Məsələ o dərəcəyə çatdı ki, partiyaya yeni qəbul olunmağıma baxmayaraq, məni partiyadan çıxarmaq məsələsini qaldırdılar və iş Raykoma qədər getdi. Təəssüf ki, mənə gələn məlumatlara görə, belə hallar indi də baş verir. Həmin kollektorda artıq demək olar ki, balıq qalmayıb. İndi də suya zəhər töküb balıq tuturlar. Muğan zonasındakı o böyük axmaz hövzələrdə insanlar daima balıq tutardılar, indi isə orada heç nə qalmayıb, hamısını zəhərlə, kimyəvi maddələrlə yox ediblər.
Təəssüflər olsun ki, balıqçılıqla bağlı belə acı xatirələrimiz də var. Şübhəsiz ki, qida sahəsinə yeni bir nəzarət mexanizmi və ya sistem tətbiq olunduqca, malların təhlükəsizlik səviyyəsi yüksəlir. Lakin bu cür yeniliklər, eyni zamanda məhsulun maya dəyərinə və yekun qiymətinə də mütləq təsir göstərəcək, yəni qiymətlərin daha da bahalaşmasına səbəb olacaqdır. İstehlakçılar isə bu nöqteyi-nəzərdən, yəni qiymət artımı məsələsində, əlbəttə ki, maliyyə baxımından zərərə düşəcəklər".
Dünən, 16:00
Bakı BUNU bacardı: İsrail onları MƏYUS etdi – Revanşistlər ŞOKDA
Dünən, 15:30
Balıq məhsulları tam nəzarətə götürülür - Bazar BELƏ DƏYİŞƏCƏK
Dünən, 13:12
DİN-dən xəbərdarlıq: Bu məlumatları heç kimlə paylaşmayın
Dünən, 13:05
Prezident: "Yaponiya ilə müdafiə sənayesində birgə müəssisələr yarada bilərik"
Dünən, 13:01
İlham Əliyev: Qarabağın bərpasında Azərbaycana birinci yardım edən məhz Şavkat Mirziyoyev olub
Dünən, 12:36
İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur
Dünən, 11:16
Azərbaycanın daha bir ölkə ilə viza rejimi ləğv olunur
Dünən, 11:10
Dövlət başçısı: Fransanın dənizaşırı əraziləri kolonial müstəmləkəçilik siyasətindən əziyyət çəkir
Dünən, 11:07
Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı
Dünən, 11:02
Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir
Dünən, 10:56
İlham Əliyev: Donald Tramp sülhsevər və sülhü gətirə biləcək insandır - YENİLƏNİB
Dünən, 10:44
Prezident: "Avropaya qaz təchizatının həcminin artırılması ilə bağlı danışıqlar gedir"
Dünən, 10:40
Dövlət başçısı: Təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil
Dünən, 10:36
İlham Əliyev: "Azərbaycan artıq orta gücə çevrilir"
Dünən, 10:08
İlham Əliyev: Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir
Dünən, 10:04
İlham Əliyev: "907-ci düzəliş" ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdü
Dünən, 10:00
Prezident: Borrel vəzifədən getdikdən sonra Azərbaycanın Avropa Komissiyası ilə münasibətləri yaxşılaşmağa başladı
Dünən, 09:55
İlham Əliyev Şuşa Qlobal Media Forumunun keçirilməsinin məqsədindən danışdı
Dünən, 09:46
Dövlət başçısı: Coğrafi mövqeyimizin üstünlüklərindən səmərəli istifadə etməyə nail olmuşuq
Dünən, 09:42
İlham Əliyev: Azərbaycan və Türkiyə kimi dünyada bir-birinə yaxın iki ölkə yoxdur
Dünən, 09:38
Prezident: Qonşularla əlaqə olmadan tranzit ölkə olmaq mümkün deyil
Dünən, 09:27
Şuşada Prezidentin iştirakı ilə Forum başladı - YENİLƏNİB - CANLI
Dünən, 09:00
Niyə mənzillər oğlanlara deyil, qızlara etibar edilir? - VİDEO
11-07-2026, 22:02
Prezident: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
11-07-2026, 21:44
İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır
11-07-2026, 20:30
32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto
11-07-2026, 18:12
İlham Əliyev “Xankəndi” hotelinin açılışında - Fotolar