Saytların fəaliyyəti bu halda dayandırılacaq - YENİ QAYDALAR
Sosial
Oxunub: 24
10 iy 2026 | 14:00
Saytların fəaliyyəti bu halda dayandırılacaq - YENİ QAYDALAR


Narkotik, pornoqrafiya, əxlaqsız ifadələr, qumar, intiharı təbliğ, şəxsi həyatın toxunulmazlığını pozan informasiyaların yerləşdirilməsi və təhqir hallarında internet informasiya ehtiyatının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı informasiyaların yerləşdirilməsi hallarında internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciət müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılacaq:

- narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə məlumatlar;
- pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar;

- kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatlar
- qumar təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar (“Lotereyalar haqqında”

Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalar, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunları və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilən və keçirilən kazino oyunları barədə məlumatlar istisna olmaqla);]

-. intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədi ilə yayılan məlumatlar;
- “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq yaş kateqoriyasına uyğun işarələnməmiş kino, televiziya və videofilmlər, o cümlədən animasiya filmləri, kompüter və digər elektron oyunlar (“Universal” yaş kateqoriyasına aid olanlar istisna olmaqla);
- təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar;
- insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Bu gün, 16:00
ABŞ-İran müharibəsi Cənubi Qafqazı dəyişir: Azərbaycanın hərbi gücü niyə daha da artırılmalıdır?
Bu gün, 15:30
Dövlət mülkiyyətində olan əmlakla bağlı yeni qanun
Bu gün, 14:00
Saytların fəaliyyəti bu halda dayandırılacaq - YENİ QAYDALAR
Bu gün, 13:09
Vətəndaşlara qorxu yaşayan dəstə tutuldu - ŞOK ƏMƏLİYYAT
Bu gün, 12:20
Avtonom nəqliyyat vasitələri ilə bağlı qaydalar müəyyən edilir
Bu gün, 12:06
PUA-larla bağlı qanun dəyişir
Bu gün, 12:02
Bu məhsullar gömrük rüsumundan azad edilir
Bu gün, 11:58
Qumara görə cəzalar sərtləşdirilir
Bu gün, 11:48
Yeni dövlət rüsumları üçüncü oxunuşdan keçdi
Bu gün, 11:30
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
Bu gün, 11:26
“Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
Bu gün, 11:21
Seyran Ohanyan və digərlərinin Göyçə sahilindəki əmlakları söküldü
Bu gün, 11:06
“Təbii ki, ətin qiyməti qalxacaq”
Bu gün, 10:50
DÇ finalında ilk dəfə fasilə şousu olacaq - Ulduzlar səhnəyə çıxacaq
Bu gün, 10:45
Azərbaycan Ermənistana 434 min avro ödəyib
Bu gün, 10:35
Zakir Həsənov Selçuk Bayraktarla görüşdü - Foto
Bu gün, 10:17
Azərbaycan və Serbiya hərbi mütəxəssisləri məsləhətləşmə apardı
Bu gün, 10:09
Bakıda velosiped və skuter sürənlərin nəzərinə!
Bu gün, 10:05
Azərbaycan və Rusiya mühüm sənəd imzaladı
Bu gün, 10:00
Bizə qələbə lazımdır - Putin
Bu gün, 09:53
Rəqəmsal avro yaradılır - TƏSDİQLƏNDİ
Bu gün, 09:14
WSJ: İranın Yaxın Şərqdəki ABŞ bazalarına endirdiyi bəzi zərbələr hədəfə dəyib
Bu gün, 09:00
Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm
Dünən, 16:00
ABŞ İrana zərbələri aylarla davam etdirmək variantına hazırlaşır
Dünən, 15:30
Avtomobil sənayesində yeni dövr – Avtomobillər sürətlə smartfonlaşır
Dünən, 14:22
Putinin qərarı Ermənistanı Bakıya möhtac edir
Dünən, 11:59
Sosial müavinət alanlara ŞAD XƏBƏR