ABŞ-İran müharibəsi Cənubi Qafqazı dəyişir: Azərbaycanın hərbi gücü niyə daha da artırılmalıdır?

"ABŞ-la İran arasında hərbi qarşıdurmanın yenidən alovlanması Pakistanı çətin vəziyyətə salıb. İslamabad aylardır iki ölkə arasında vasitəçi kimi çıxış edir, tərəflər arasında razılaşma əldə etməyə çalışırdı. İmzalar atıldı, ancaq bu sülhə yol açmadı. Əldə olunan razılaşma yerinə yetirilmədiyinə görə, bölgədə gərginlik yenidən artıb. Buna görə də Pakistanın Xarici İşlər Nazirliyi tərəflərə çağırış etmək məcburiyyətində qalıb".
Bu barədə Musavat.com-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Pakistan bütün tərəfləri təmkinli olmağa, bölgədə sülh və sabitliyi daha da sarsıda biləcək hər hansı bir hərəkətdən çəkinməyə çağırıb:
"Vaşinqton və Tehranın İslamabadın çağırışını eşidəcəyi çətindir. ABŞ və İran bir-birini razılaşmanı pozmaqda ittiham edir. İran Hörmüz boğazına nəzarət iddiasından əl çəkmədiyinə görə, razılaşmanın yerinə yetiriləcəyini gözləmək əbəsdir. Boğazdan keçən ticarət gəmilərinə açılan atəş isə Vaşinqtonu İrana zərbələr endirməyə sövq edib".
Elxan Şahinoğlu vurğulayıb ki, Pakistanla yanaşı Çin də mövcud vəziyyətdən narahatdır. Gərginliyin yayılması ehtimalı olduğuna görə, Çinlə Pakistan öz aralarında hərbi ittifaqı gücləndirməkdədirlər:
"Pakistanın Çinlə dərinləşən əlaqələri Pekinin regionun müdafiə bazarlarında təsirinin genişlənməsində əsas rol oynayır. İslamabad vasitəçilikdə uğursuzluğa düçar olmasına baxmayaraq, təhlükəsizlik sahəsində müvafiq addımlar atmaqdadır. Bunlardan biri Çinlə hərbi əməkdaşlığın genişləndirilməsidirsə, digəri 2025-ci ildə Səudiyyə Ərəbistanı ilə imzalanmış strateji müdafiə müqaviləsidir. Bu müqavilə bir tərəfə hücumu hər iki tərəfə hücum kimi qəbul edir.
Beləliklə, bölgədə son geosiyasi dəyişikliklər Pakistanın əhəmiyyətini artırıb. Mühüm amil Pakistanın Çinlə sıx inteqrasiyası, xüsusən də müdafiə, təhlükəsizlik və kəşfiyyat əməkdaşlığıdır. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun hesabatına əsasən 2021-ci ildən 2024-cü ilə qədər Pakistanın silah idxalının 80%-dən çoxu Çinin payına düşüb. gəlir. Bu, qırıcı təyyarələrin birgə istehsalından tutmuş hava hücumundan müdafiə sistemlərinə qədər sahələri əhatə edir. Çinlə Pakistanın birgə istehsal etdiyi hərbi texnikaya bölgənin müxtəlif dövlətləri maraq göstərirlər. Səudiyyə Ərəbistanı ABŞ-dan hərbi asılılığını azaltmaq üçün Çin və Pakistanın birgə istehsal etdiyi hərbi məhsulların alınması üçün intensiv danışıqlar aparır. Liviya ilə də müvaqilələr imzalanıb. Bununla Pakistan və Çin Yaxın Şərq bazarında fəallıqlarını artırırlar. ABŞ-İran qarşıdurması uzandıqca, bölgə ölkələri daha çox silah və hərbi texnika almaq istəyəcəklər".
Politoloq həmçinin qeyd edib ki, Azərbaycan İkinci Qarabağ müharibəsində qələbəsina baxmayaraq, hərbi büdcəsini artırmaqda davam edir. Bunun səbəbi yalnız Ermənistanla əlaqəli deyil:
"Azərbaycan Ermənistanla sülh quruculuğuna başlayıb, iki ölkə arasında ticarət əlaqələri qurulub. Yaxın müddətdə iki ölkə arasında sülh sazişinin imzalanması ehtimalı var. Sülh sazişinin imzalanması və iki ölkənin birgə nəqliyyat və digər layihələrdə iştirakı müharibə ehtimalını xeyli azaldıb. Ancaq Cənubi Qafqaz ətrafındakı hərbi toqquşmalar, o cümlədən Rusiya-Ukrayna və ABŞ-İran müharibəsi, İranın mühafizəkar dairələrindən Azərbaycan əleyhinə səslənən açıqlamalar ölkəmizə hərbi gücünü artırmaqdan başqa alternativ qoymur".
Bu gün, 16:00
ABŞ-İran müharibəsi Cənubi Qafqazı dəyişir: Azərbaycanın hərbi gücü niyə daha da artırılmalıdır?
Bu gün, 15:30
Dövlət mülkiyyətində olan əmlakla bağlı yeni qanun
Bu gün, 14:00
Saytların fəaliyyəti bu halda dayandırılacaq - YENİ QAYDALAR
Bu gün, 13:09
Vətəndaşlara qorxu yaşayan dəstə tutuldu - ŞOK ƏMƏLİYYAT
Bu gün, 12:20
Avtonom nəqliyyat vasitələri ilə bağlı qaydalar müəyyən edilir
Bu gün, 12:06
PUA-larla bağlı qanun dəyişir
Bu gün, 12:02
Bu məhsullar gömrük rüsumundan azad edilir
Bu gün, 11:58
Qumara görə cəzalar sərtləşdirilir
Bu gün, 11:48
Yeni dövlət rüsumları üçüncü oxunuşdan keçdi
Bu gün, 11:30
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
Bu gün, 11:26
“Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
Bu gün, 11:21
Seyran Ohanyan və digərlərinin Göyçə sahilindəki əmlakları söküldü
Bu gün, 11:06
“Təbii ki, ətin qiyməti qalxacaq”
Bu gün, 10:50
DÇ finalında ilk dəfə fasilə şousu olacaq - Ulduzlar səhnəyə çıxacaq
Bu gün, 10:45
Azərbaycan Ermənistana 434 min avro ödəyib
Bu gün, 10:35
Zakir Həsənov Selçuk Bayraktarla görüşdü - Foto
Bu gün, 10:17
Azərbaycan və Serbiya hərbi mütəxəssisləri məsləhətləşmə apardı
Bu gün, 10:09
Bakıda velosiped və skuter sürənlərin nəzərinə!
Bu gün, 10:05
Azərbaycan və Rusiya mühüm sənəd imzaladı
Bu gün, 10:00
Bizə qələbə lazımdır - Putin
Bu gün, 09:53
Rəqəmsal avro yaradılır - TƏSDİQLƏNDİ
Bu gün, 09:14
WSJ: İranın Yaxın Şərqdəki ABŞ bazalarına endirdiyi bəzi zərbələr hədəfə dəyib
Bu gün, 09:00
Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm
Dünən, 16:00
ABŞ İrana zərbələri aylarla davam etdirmək variantına hazırlaşır
Dünən, 15:30
Avtomobil sənayesində yeni dövr – Avtomobillər sürətlə smartfonlaşır
Dünən, 14:22
Putinin qərarı Ermənistanı Bakıya möhtac edir
Dünən, 11:59
Sosial müavinət alanlara ŞAD XƏBƏR