"Şagirdlərin məktəbə mobil telefon aparması tam qadağan edilməyib" - AÇIQLAMA

"Elm və təhsil naziri Emin Əmrullayev şagirdlərin məktəbə mobil telefon gətirməsinin tam qadağan olunduğunu elan etməyib. Nazir daha əvvəl bildirib ki, hazırda bununla bağlı mərkəzləşdirilmiş qərar yoxdur, məsələ məktəbdaxili qaydalarla tənzimlənə bilər. Sonrakı mərhələdə isə pilot məktəblərdə tətbiq olunan "Şagird davranış qaydaları" çərçivəsində telefon və digər elektron cihazların dərs prosesində istifadəsi məhdudlaşdırılıb, təhlükəsizlik məqsədilə gətirilən telefonların isə dərs bitənədək saxlanılması nəzərdə tutulub".
Bunu açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova deyib.
O bildirib ki, ümumiyyətlə, məktəblərdə telefon məsələsi uzun illərdir müzakirə olunur: "Bu gün dünyanın bir çox ölkəsi eyni sual qarşısındadır: texnologiya təhsilə xidmət etməlidir, yoxsa təhsili texnologiyanın əsirinə çevirməlidir?
Əgər məktəblərdə mobil telefon və digər şəxsi elektron cihazların istifadəsinə məhdudiyyət tətbiq olunarsa, bunun ilk müsbət tərəfi dərs zamanı diqqətin yayınmasının azalması olacaq".
Deputatın fikrincə, müəllimlə şagird arasında ünsiyyət güclənsə, sosial şəbəkələr və oyunlar səbəbindən itirilən vaxt minimuma enə bilər:
"Son illər Fransa, İtaliya, Niderland, Danimarka kimi ölkələrdə də məktəblərdə telefon istifadəsinə müxtəlif səviyyələrdə məhdudiyyətlərin tətbiqi məhz bu amillə əsaslandırılır".
O vurğulayıb ki, məsələnin digər tərəfi də var: "Müasir təhsil rəqəmsal bacarıqlar üzərində qurulur. Telefon bəzən kalkulyator, lüğət, kamera, tədris platforması və araşdırma vasitəsidir. Tam qadağa tətbiq edilərsə, bu imkanlardan da imtina edilmiş olacaq. Ən doğru yanaşma texnologiyanı məktəbdən uzaqlaşdırmaq deyil, onu düzgün qaydalar çərçivəsində idarə etməkdir".
E.Akimova bildirib ki, valideynlərin bu qərara necə yanaşacağı əsas suallardan biridir:
"Bir çox valideyn övladı ilə gün ərzində əlaqə saxlamaq istədiyi üçün telefonun məktəbə aparılmasını normal hesab edir. Digər tərəfdən, dərs zamanı telefondan istifadənin məhdudlaşdırılmasını dəstəkləyən valideynlərin də sayı az deyil. Ona görə də qaydaların uğuru yalnız qadağadan yox, məktəb, müəllim və valideyn arasında qarşılıqlı anlaşmadan asılı olacaq".
Deputar onu da qeyd edib ki, Azərbaycan qanunvericiliyində də məktəblərin daxili intizam qaydalarını müəyyən etmək səlahiyyəti mövcuddur.
"Bu baxımdan dərs prosesində telefon istifadəsinin məhdudlaşdırılması hüquqi baxımdan mümkündür. Ancaq tətbiq olunan qaydalar şagirdlərin təhlükəsizliyi, valideynlə əlaqə imkanları və müasir tədrisin tələbləri arasında balans yaratmalıdır.
Nəticə etibarilə, məqsəd telefonu məktəbdən uzaqlaşdırmaq deyil, təhsili telefonun təsirindən qorumaq olmalıdır. Çünki keyfiyyətli təhsil qadağalarla deyil, ağıllı və balanslı qaydalarla formalaşır", - o vurğulayıb.Ölkə az
Bu gün, 16:00
Paşinyanın referendum XOFU
Bu gün, 15:30
Azərbaycan kəndlərinin qaytarılması üçün iki yol
Bu gün, 14:38
Prezident müəllimlərlə bağlı qanunu təsdiqlədi
Bu gün, 14:34
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
Bu gün, 14:22
İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Bu gün, 14:00
Arzum bu şərtlərlə azadlığa çıxdı - Sosial şəbəkə qadağan edildi
Bu gün, 13:03
Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Bu gün, 12:59
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
Bu gün, 12:43
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
Bu gün, 12:17
İki ölkədə ABŞ bazalarını vurdular
Bu gün, 12:05
Təlim helikopteri qəzaya düşdü - Yaralılar var
Bu gün, 11:58
Baş nazir bu qurumlara əlavə səlahiyyət verdi
Bu gün, 11:54
Hikmət Hacıyev jurnalistləri təbrik etdi
Bu gün, 11:00
Arzumun apellyasiya şikayəti üzrə məhkəmə başlayır
Bu gün, 10:56
Yaralı amerikalı hərbçilərin sayı 500 nəfəri ötüb
Bu gün, 09:42
Tramp Səudiyyə ilə nüvə razılaşmasını təsdiqləyib – Ər-Riyad uranı zənginləşdirə biləcək
Bu gün, 09:39
Bakıda məxfi görüşdə iştirak edənlər
Bu gün, 09:33
Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilərdə işıq olmayacaq
Bu gün, 09:28
İran danışıqlar üçün bizə müraciət edib – Rubiodan gözlənilməz açıqlama
Bu gün, 09:22
“Kuryer pişik” həbsxanaya narkotik apararkən tutuldu
Bu gün, 09:18
SEPAH ABŞ-nin radar sistemləri yerləşən bazalara hücum edib
Bu gün, 09:14
Azərbaycanın Xalq artisti İsraildə vəfat etdi
Bu gün, 09:13
Sülh, yoxsa növbəti oyun? - Ermənistanın əsl niyyəti nədir?
Bu gün, 09:00
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
Dünən, 19:18
“Vətənə xəyanət edənlərə yazığım gəlir” - Hikmət Hacıyevdən Tural Sadıqlıya
Dünən, 16:00
Sülh sazişi gələn ilə qaldı? – Paşinyan TƏŞVİŞ içində
Dünən, 15:30
Trampdan Pentaqona TƏCİLİ GÖSTƏRİŞ - "Hər öldürülən əsgərə görə..."