Sabah icra məmurları Bilgəhə gedir - eks-deputatın həyat yoldaşı vətəndaşın torpağını geri qaytarmalıdır

"Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası artıq 7 aydır müxtəlif texniki səbəblərlə yubadılır. Mülkiyyətçi kimi hüquqlarımın bərpası faktiki olaraq ləngidilir. Məhkəmədə qalib gəlmişəm, amma hələ də öz torpağımdan istifadə edə bilmirəm".
Bu sözləri Musavat.com-a Bilgəh qəsəbəsində yerləşən 20 sot torpaq sahəsinin sahibi Seymur Quliyev deyib.
Uzun illər davam edən məhkəmə çəkişmələrindən sonra Bakı Apellyasiya Məhkəməsi onun xeyrinə qərar çıxarıb. Lakin qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası hələ də tam təmin edilməyib. Mübahisənin qarşı tərəfi keçmiş deputat Qalib Salahzadənin ailə üzvləridir. Sabah – 30 iyun tarixində Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin məhkəmə qərarını icra edəcəyi bildirilir. Əgər bu dəfə də proses baş tutmasa, artıq söhbət təkcə iki tərəf arasındakı mübahisədən deyil, məhkəmə qərarlarının icrası institutunun effektivliyindən gedəcək.
Mübahisənin mərkəzində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 20 sot torpaq sahəsi dayanır.
Seymur Quliyev bildirir ki, həmin torpaq sahəsi onun qanuni mülkiyyətidir və bu hüquq dövlət qeydiyyatı ilə təsdiqlənib. Torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış mövcuddur, mülkiyyət hüququ 7 fevral 2017-ci ildə dövlət qeydiyyatına alınıb.
Lakin illər ərzində həmin torpaq sahəsinə giriş bağlanıb, əraziyə gedən yolun üzərində darvaza, şlaqbaum və digər fiziki maneələr quraşdırılıb. Nəticədə mülkiyyətçi öz torpağına daxil olmaq və ondan istifadə etmək imkanından məhrum olub.
Məsələ məhkəməyə çıxarılıb və uzun sürən hüquqi çəkişmələrdən sonra Bakı Apellyasiya Məhkəməsi yekun qərar qəbul edib.
Apellyasiya Məhkəməsi nə qərar verib?
Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3148/2025-010 nömrəli, 6 noyabr 2025-ci il tarixli icra sənədinə əsasən, iddiaçı Seymur İsrafil oğlu Quliyevin tələbləri təmin olunub.
Qərara görə Xatirə Allahşükür qızı Salahzadə Seymur Quliyevə məxsus 20 sot torpaq sahəsini tam boşaltmalı və sahibinə təhvil verməli, torpaq sahəsinə maneəsiz giriş-çıxış təmin edilməlidir. Yolun üzərində yerləşən dəmir darvaza, şlaqbaum və digər maneələr sökülməlidir. İctimai avtomobil yolundan Seymur Quliyevin torpaq sahəsinə qədər zəruri keçid təmin olunmalı, keçid Bilgəh qəsəbəsi, Salahzadə küçəsi, döngə 21, ev 2 istiqamətindən, yaşayış evinin texniki pasportunda göstərilən ölçü və formada təşkil edilməlidir.
Qərarda qeyd olunur ki, bütün bu tədbirlər cavabdeh tərəfindən həyata keçirilməlidir. Qərar qanuni qüvvəyə minib, amma...
Məhkəmə qərarı 5 oktyabr 2025-ci ildə qanuni qüvvəyə minib. İcra sənədi isə 6 noyabr 2025-ci ildə Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə təqdim olunub. Normal hüquqi praktikaya görə, bundan sonra qərarın icrası təmin edilməli idi. Ancaq artıq 7 aya yaxın müddət keçməsinə baxmayaraq, qərarın əsas hissəsi icra olunmayıb. Mülkiyyətçi bildirir ki, müxtəlif vaxtlarda müxtəlif texniki səbəblər göstərilib, lakin nəticədə vəziyyət dəyişməyib.
İcra sənədlərindən görünür ki, qərarın maliyyə hissəsi icra olunub. Belə ki, Xatirə Salahzadə tərəfindən Seymur Quliyevin xeyrinə müəyyən edilmiş 16 min 200 manat məbləğ Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına köçürülüb.
Bundan əlavə, ekspertiza xərcləri üzrə müəyyən edilmiş 100 manatlıq ödəniş də həyata keçirilib.
Lakin qərarın ən mühüm hissəsi – torpaq sahəsinin boşaldılması və mülkiyyətçinin torpağına faktiki girişinin təmin edilməsi hələ də baş verməyib.
Hazırda vəziyyət dəyişməyib. Mülkiyyətçiyə məxsus torpaq sahəsinə aparan yol hələ də bağlıdır. Darvaza sökülməyib. Şlaqbaum yerində qalır. İctimai avtomobil yolundan keçid təmin olunmayıb. Torpaq sahəsi faktiki olaraq sahibinin istifadəsinə verilməyib. Beləliklə, məhkəmə qərarı hüquqi baxımdan qüvvədə olsa da, onun real nəticələri hələ də görünmür.
Seymur Quliyev deyir ki, məhkəmədən qalib tərəf kimi ayrılsa da, faktiki olaraq hüquqları bərpa edilməyib.
“Mən bütün məhkəmə instansiyalarından keçmişəm. Dövlət mənim mülkiyyət hüququmu tanıyıb. Amma bu hüququ həyata keçirə bilmirəm. Torpağıma gedən yol bağlıdır. Darvaza sökülməyib. Mən hələ də öz mülkiyyətimdən istifadə edə bilmirəm”,- deyə Seymur Quliyev bildirib.
Qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyası və “İcra haqqında” Qanun məhkəmə qərarlarının icrasını məcburi hesab edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı bütün dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan sənəddir. İcra məmurunun vəzifəsi yalnız sənədi qəbul etmək deyil, qərarın faktiki icrasını təmin etməkdir.
Sabah iyunun 30-da torpaq sahəsinin faktiki olaraq Seymur Quliyevə təhvil verilməsi nəzərdə tutulur. Əgər bu tədbirlər tam həcmdə həyata keçirilərsə, aylarla davam edən icra prosesi nəhayət başa çatacaq. Əks halda isə, məhkəmə qərarlarının icrasının təmin olunması mexanizmi ilə bağlı yeni hüquqi və ictimai müzakirələrin yaranacağı istisna edilmir. Bu iş artıq yalnız Bilgəhdə yerləşən 20 sot torpaq sahəsi ilə bağlı mübahisə kimi qiymətləndirilmir. Söhbət həm də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının praktikada necə icra olunmasından, vətəndaşın Konstitusiya ilə qorunan mülkiyyət hüququnun real təmin edilməsindən gedir. Çünki məhkəmə qərarının yalnız kağız üzərində qalması hüquqi dövlət prinsiplərinin mahiyyətinə uyğun hesab edilmir. Vətəndaş üçün ən mühüm məsələ məhkəmədə qalib gəlmək deyil, həmin qərarın vaxtında və tam şəkildə icra olunmasıdır.
Dünən, 16:00
İrana qarşı “SÜRÜNƏN” müharibə – DÇ-2026 bitməmiş...
Dünən, 15:30
Ermənistandan İrana yeni tunel - Zəngəzur bəhanəsi bitəcəkmi?
Dünən, 14:22
Seçkidə Paşinyana “HƏ”, referendumda “YOX”? – KRİTİK dövr
Dünən, 13:23
Şəki Xan Sarayı ilə bağlı sirlər ortaya çıxdı - FOTO
Dünən, 13:05
Qaxda gizli narkotik plantasiyası– ölkə üzrə 150 kiloqramdan çox narkotik, silahlar və onlarla şübhəli saxlanıldı
Dünən, 13:01
Sabah icra məmurları Bilgəhə gedir - eks-deputatın həyat yoldaşı vətəndaşın torpağını geri qaytarmalıdır
Dünən, 12:46
Çətənə kolu yetişdirən şəxsin saxlanılmasının ƏMƏLİYYAT GÖRÜNTÜSÜ
Dünən, 12:08
Xankəndində işləmək istəyənlərin NƏZƏRİNƏ
Dünən, 12:01
Azərbaycanda kriptovalyuta ilə bağlı qanun qəbul edilə bilər
Dünən, 11:55
Azərbaycan Prezidenti: “Var qüvvəmizi əsirgəməyəcəyik”
Dünən, 11:49
Yumurtanın yeni qiyməti MƏLUM OLDU
Dünən, 11:10
Leyla və Alena Əliyevalar festivalda - Fotolar
Dünən, 11:03
Prezidentdən “Türk Dünyası Həftəsi”nin iştirakçılarına - Müraciət
Dünən, 10:27
Bakıda “Türk Dünyası Həftəsi” keçirilir
Dünən, 10:21
Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”
Dünən, 09:44
“İsrail hökuməti öz cinayətlərini ört-basdır etməyi hədəfləyir” - Türkiyə XİN
Dünən, 09:37
İsti hava Avropada 1300-dən çox can aldı
Dünən, 09:32
Pakistan Əfqanıstanla sərhəddə əməliyyat həyata keçirdi - 29 ölü
Dünən, 09:22
ABŞ və İran razılığa gəldi
Dünən, 09:00
Putindən acı etiraf: Benzin tapılmır
27-06-2026, 12:00
“Hər gün yüzlərlə iş yeri bağlanır”
27-06-2026, 11:22
Yağışlı hava şəraiti ilə bağlı sürücülərə - Müraciət
27-06-2026, 11:18
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi açıqlama
27-06-2026, 10:00
DÇ-2026: Misir İranla bərabərə qalaraq ilk dəfə pley-offa vəsiqə qazanıb
27-06-2026, 09:55
Yaxın saatlarda leysan olacaq, dolu düşəcək
27-06-2026, 09:45
Bu ölkədə azanı qadağan etməyə hazırlaşırlar
27-06-2026, 09:41
Bu gün Bakıda UFC turniri keçiriləcək