Bakı 3 GÜC mərkəzinin DİQQƏTİNDƏ – Qafqazda yeni dönəm
Sosial
Oxunub: 81
24 apr 2026 | 14:22
Bakı 3 GÜC mərkəzinin DİQQƏTİNDƏ – Qafqazda yeni dönəm


Cənubi Qafqaz özünün sürətli dəyişikliklər mərhələsini yaşayır. “Bakı-Xəbər”in məlumatına görə, bu fonda gürcü politoloq Paata Zakareişvili deyib ki, əsas məsələ artıq kimin əraziyə nəzarət etməsi deyil, kimin marşrutlara və infrastruktura nəzarət etməsi, həmçinin, qlobal sistemlərə inteqrasiya olunmaq qabiliyyətidir.

Politoloq hesab edir ki, bu yeni reallıqda Azərbaycan mərkəzi qovşağa çevrilir, Ermənistan duruma uyğunlaşır və Rusiyadan asılılıqdan çıxış yolları axtarır. Ekspertə görə, Türkiyə regionun arxitekturasını formalaşdırır, Rusiya və İran transformasiyanı məhdudlaşdırmağa çalışır, Gürcüstan isə strateji qeyri-müəyyənlik vəziyyətində qalır. Politoloq habelə xatırladıb ki, Cənubi Qafqaz uzun müddət münaqişələr, dondurulmuş böhranlar və xarici nəzarət məkanı kimi qəbul olunub. Onun fikrincə, Bakı daha çox əraziyə deyil, regionda vektorların hərəkət qaydalarına nəzarət edir. Həm mövcud, həm də planlaşdırılan əsas marşrutlar Azərbaycandan keçir. Bu isə onu, sadəcə, iştirakçı yox, həm də yeni regional məntiqin həmtəsisçisi edir. Əhəmiyyətli məqamlardan biri də odur ki, Azərbaycanın siyasəti praqmatik olaraq qalır. Türkiyə ilə sıx müttəfiqliyə baxmayaraq, Bakı Rusiya, Qərb və hətta İsraillə münasibətləri balanslaşdıraraq öz strateji üstünlüyünü qoruyur. Bu, onun bir gücdən asılı vəziyyətə düşməsinin qarşısını alır və müstəqil mərkəz kimi mövqeyini gücləndirir...

Politoloq Züriyə Qarayevanın sözlərinə görə, 44 günlük müharibədən sonra Cənubi Qafqazda yeni reallıqlar yaranıb:” "Regionda yeni siyasi arxitekturanın formalaşmasında Azərbaycan da mühüm aktordur. Bakı Qərb və Şərq siyasətində balans gözləyir. Bu gün biz Yaxın Şərq hadisələrində beynəlxalq hüquqa söykənən mövqedən çıxış edirik: Fələstin probleminə münasibətimiz BMT qətnamələrinə əsaslanır, amma İsraillə də strateji tərəfdaşlıq əlaqələrinə xələl gətirmir. Eyni zamanda, Qəzza üçün Sülh Şurasında iştirak edirik. Bundan başqa, Suriya ilə münasibətlərdə yeni dövr başlanıb. Azərbaycan “İbrahim sazişləri”nə də qoşulmaq niyyətindədir. Digər bir münaqişə İranla bağlıdır. Azərbaycan bu məsələdə də qonşuluq prinsiplərinə üstünlük verir, lakin ABŞ və İsraillə əlaqələri inkişaf etdiririk. Yəni rəsmi Bakı istər Şərq, istər Qərb siyasətində qarşılıqlı, bərabərhüquqlu əməkdaşlığı dəstəkləyir".

Politoloq Avropa və Rusiya siyasətimizdə də əməkdaşlığın prioritet olduğunu düşünür: "Azərbaycan Rusiya ilə münasibətləri normallaşdırır, həmçinin, Avropa İttifaqı, Avropa Komissiyası ilə xüsusən də enerji sahəsində əməkdaşlığı inkişaf etdirir. Tramp administrasiyası ilə əlaqələr ən yüksək səviyyədədir".

Ekspert əlavə edib ki, Bakı güc mərkəzlərinə özünün balanslı siyasətini qəbul etdirir: "Təbii ki, bizim siyasətimizin mərkəzində Türkiyə ilə müttəfiqlik dayanır. Pakistanla olan müttəfiqlik də üçlü ittifaqın olduğunu dünyaya nümayiş etdirir. Ən əsası, Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün iş aparır və Ermənistanı blokada şəraitindən çıxması üçün bu barışığa dəvət edir".
Dünən, 16:00
Paşinyanın referendum XOFU
Dünən, 15:30
Azərbaycan kəndlərinin qaytarılması üçün iki yol
Dünən, 14:38
Prezident müəllimlərlə bağlı qanunu təsdiqlədi
Dünən, 14:34
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
Dünən, 14:22
İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Dünən, 14:00
Arzum bu şərtlərlə azadlığa çıxdı - Sosial şəbəkə qadağan edildi
Dünən, 13:03
Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Dünən, 12:59
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
Dünən, 12:43
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
Dünən, 12:17
İki ölkədə ABŞ bazalarını vurdular
Dünən, 12:05
Təlim helikopteri qəzaya düşdü - Yaralılar var
Dünən, 11:58
Baş nazir bu qurumlara əlavə səlahiyyət verdi
Dünən, 11:54
Hikmət Hacıyev jurnalistləri təbrik etdi
Dünən, 11:00
Arzumun apellyasiya şikayəti üzrə məhkəmə başlayır
Dünən, 10:56
Yaralı amerikalı hərbçilərin sayı 500 nəfəri ötüb
Dünən, 09:42
Tramp Səudiyyə ilə nüvə razılaşmasını təsdiqləyib – Ər-Riyad uranı zənginləşdirə biləcək
Dünən, 09:39
Bakıda məxfi görüşdə iştirak edənlər
Dünən, 09:33
Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilərdə işıq olmayacaq
Dünən, 09:28
İran danışıqlar üçün bizə müraciət edib – Rubiodan gözlənilməz açıqlama
Dünən, 09:22
“Kuryer pişik” həbsxanaya narkotik apararkən tutuldu
Dünən, 09:18
SEPAH ABŞ-nin radar sistemləri yerləşən bazalara hücum edib
Dünən, 09:14
Azərbaycanın Xalq artisti İsraildə vəfat etdi
Dünən, 09:13
Sülh, yoxsa növbəti oyun? - Ermənistanın əsl niyyəti nədir?
Dünən, 09:00
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
21-07-2026, 19:18
“Vətənə xəyanət edənlərə yazığım gəlir” - Hikmət Hacıyevdən Tural Sadıqlıya
21-07-2026, 16:00
Sülh sazişi gələn ilə qaldı? – Paşinyan TƏŞVİŞ içində
21-07-2026, 15:30
Trampdan Pentaqona TƏCİLİ GÖSTƏRİŞ - "Hər öldürülən əsgərə görə..."