Ermənistanda seçkilər təxirə salına bilər? – İKİ fərqli rəy
Dunya
Oxunub: 65
24 apr 2026 | 15:30
Ermənistanda seçkilər təxirə salına bilər? – İKİ fərqli rəy


Uzun illər anti-Azərbaycan mövqeyi və revanşist çıxışları ilə tanınan rusiyalı erməni media meneceri Aram Qabrelyanov Ermənistanda gözlənilən parlament seçkiləri ilə bağlı proqnozlar səsləndirib. Qabrelyanov iddia edib ki, Baş nazir Nikol Paşinyan guya istənilən ssenaridə 30 faizdən çox səs toplaya bilməyəcək. Onun sözlərinə görə, rusiyalı iş adamı, hazırda ev dustaqlığında olan Samvel Karapetyan hazırda 27 faiz dəstəyə malikdir və yüksəliş trendindədir. Qabrelyanov sabiq prezident Robert Köçəryan üçün 12 faiz, oliqarx siyasətçi Qaqik Tsarukyan üçün isə 6 faiz dəstək rəqəmi səsləndirib. Daha sonra o, sərt və qalmaqallı ifadə işlədərək Paşinyanın yeganə şansının seçkiləri hər hansı bəhanə ilə təxirə salmaq olduğunu deyib.

Belə bir ehtimal varmı? Qabrekyanov nəyə əsasən yuxarıdakı fikirləri səsləndirir?

“Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Musavat.com-a deyib ki, Ermənistan müxalifəti seçkilər yaxınlaşdıqca Paşinyana qarşı ittifaqlar formalaşdırmağa çalışır. Onun fikrincə, burada erməni diasporunun bir hissəsi ilə radikal müxalifət birləşib:

“Fərqi yoxdur, bu erməni diasporu hansı ölkədə yaşayır – Amerikada, Rusiyada və ya başqa yerdə. Onların bir qismi Paşinyan əleyhinədir və radikal müxalifəti dəstəkləyir ki, Paşinyan seçkidə məğlub olsun. İndi Rusiyadakı ermənilər guya sorğular keçirirlər və belə bir görüntü yaratmağa çalışırlar ki, Paşinyan çox səs toplamayacaq. Amma Ermənistanın özündə, hətta fərqli rəy sorğuları keçirən qurumların nəticələri də eyni mənzərəni ortaya qoyur ki, Paşinyanın partiyası seçkidə qələbə çalacaq. Düzdür, əvvəlki seçkilərdə əldə etdiyi nəticəni təkrarlamaya da bilər. Amma bütün hallarda onun partiyası birinci sırada olacaq. Əlbəttə, Samvel Karapetyan onun əsas rəqiblərindən biridir və müəyyən səslər qazanacaq. Böyük ehtimalla, parlamentdə əsas müxalifət qüvvəsinə çevriləcək. Amma Paşinyanın partiyasını qabaqlamaq ehtimalı azdır. Çünki Paşinyanın əsas tezisi budur ki, radikallar, Samvel Karapetyan kimilər hakimiyyətə gəlsə, Azərbaycanla yeni müharibə başlaya bilər və bu, Ermənistan üçün növbəti fəlakət olar. Yəni erməni cəmiyyəti seçim etməlidir – sülhlə müharibə arasında seçim etməlidir”.

Politoloq əlavə edib ki, erməni cəmiyyəti bu illərdə çox böyük zərbələr alıb, Azərbaycan torpaqlarını işğal altında saxlamağın yanlış yol olduğunu artıq anlamalıdırlar: “Paşinyan da cəmiyyəti məhz buna inandırmağa çalışır. Mənə elə gəlir ki, bütün bunlara baxmayaraq, Rusiyadakı, Amerikadakı, Fransadakı erməni diasporu Paşinyanın məğlub olması üçün radikal müxalifətə maliyyə də ayıra, siyasi dəstək də verə bilər. Amma Paşinyanı seçki yolu ilə hakimiyyətdən uzaqlaşdırmaq çətin olacaq. O başqa məsələdir ki, fərqli üsullara əl ata bilərlər. Terror aktları, hərbi çevriliş cəhdləri və ya seçkidən sonra xaos yaratmaq istəyi mümkündür. Kütləvi mitinqlər, yürüşlər vasitəsilə vəziyyəti gərginləşdirməyə çalışa bilərlər. Amma yəqin ki, Paşinyan da bunu anlayır. Onu dəstəkləyən ABŞ və Avropa da vəziyyətin fərqindədir. Buna görə də Paşinyanın təhlükəsizliyinə xüsusi diqqət yetiriləcəyi istisna deyil”.

Siyasi şərhçi Azər Hüseynov Musavat.com-a deyib ki, Paşinyanın seçkilərdə məğlub olma ehtimalı tam istisna edilmir və bir neçə amillə izah olunur: “Ölkə daxilində Paşinyana qarşı olan siyasi qüvvələrin tam vahid blok təşkil etməsə də, müəyyən məqamlarda ortaq maraqlar ətrafında birləşmək potensialı mövcuddur. Bu isə seçki prosesində onun üçün ciddi çətinliklər yarada bilər. Müxalif düşərgədə yer alan Robert Köçəryan, Qaqik Tsarukyan və Samvel Karapetyan kimi fiqurlar ayrı-ayrılıqda yüksək reytinqə malik olmasalar da, onların tərəfdar bazasının müəyyən formada konsolidasiya olunması ehtimalı Paşinyan üçün risk faktorudur. Bu baxımdan məsələ təkcə fərdi reytinqlərdən deyil, ümumi siyasi qüvvələrin necə formalaşacağından asılıdır. Digər tərəfdən, ölkədə revanşist mövqedə olan qüvvələrin hələ də mövcudluğu və tam zəifləməməsi daxili siyasi mübarizəni daha da kəskinləşdirir. Bu qüvvələr müəyyən sosial dayaqlara sahib olduqları üçün seçki dövründə aktiv rol oynaya bilərlər”.

Analitik əlavə edib ki, xarici siyasi faktorlar da diqqətdən kənarda qalmır: “Paşinyanın son illərdə Qərbə yaxınlaşma siyasəti və regionda, xüsusilə İran ətrafında yaranan gərginliklər onun mövqeyinə dolayı təsir göstərə bilər. Ermənistanın geopolitik baxımdan həssas mövqeyi nəzərə alındıqda, beynəlxalq münasibətlərdəki dəyişikliklərin daxili siyasi proseslərə təsiri qaçılmazdır. Bununla yanaşı, Aram Qabrelyanov tərəfindən səsləndirilən proqnozlar daha çox subyektiv və siyasi mövqe xarakteri daşıyır. Onun Paşinyanın 30 faizdən artıq səs toplaya bilməyəcəyi ilə bağlı iddiası real vəziyyətin mümkün ssenarilərindən biri kimi qiymətləndirilə bilər, lakin bunu qəti nəticə kimi qəbul etmək düzgün olmaz”.
Dünən, 12:04
Türkiyə Ermənistanla sərhədi açdı
Dünən, 11:12
Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
Dünən, 11:05
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
Dünən, 11:01
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
Dünən, 10:57
Emin Əmrullayev məzunları təbrik etdi
Dünən, 10:18
Polis əməliyyat keçirdi
Dünən, 10:10
Şuşada TDT Forumu keçirilir
Dünən, 10:01
116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
12-06-2026, 16:11
Azərbaycanda güclü zəlzələ oldu
12-06-2026, 16:00
Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
12-06-2026, 15:30
KTMT niyə Türkiyəni hədəf göstərdi?
12-06-2026, 14:05
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
12-06-2026, 13:08
Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…
12-06-2026, 13:04
Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
12-06-2026, 12:46
Rus ordusu “Tramp yolu”na NİYƏ soxuldu – HƏDƏF
12-06-2026, 12:40
SON DƏQİQƏ: Ermənistan ÇALXALANIR - Karapetyan HƏRƏKƏTƏ KEÇDİ
12-06-2026, 12:17
İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır
12-06-2026, 11:59
Orta aylıq maaş 1200 manata çatır
12-06-2026, 11:24
Prezident həmkarını təbrik etdi
12-06-2026, 10:50
Həmin şagird hoteldə ölübmüş
12-06-2026, 10:46
DYP “Son zəng”lə əlaqədar məzunlara və valideynlərə müraciət etdi
12-06-2026, 10:28
Son Dəqiqə: İlon Mask dünya tarixində ilk dollar trilyoneri oldu
12-06-2026, 10:00
15 mindən çox şəxs magistraturaya imtahan verəcək
12-06-2026, 09:44
Ukrayna Rusiya günündə Moskvanı BELƏ "TƏBRİK ETDİ" - Nəhəng zavodlar ALOV İÇİNDƏ
12-06-2026, 09:38
Aqrar sahədə regional müşavirələrə start verilir
12-06-2026, 09:34
Cənubi Koreya DÇ-yə əzmkar qələbə ilə başladı
12-06-2026, 09:30
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq