KTMT niyə Türkiyəni hədəf göstərdi?
Ekspert "Putin NATO"sunun baş katibinin müavinin açıqlamasını izah edir: "KTMT-nin Türkiyəni "təhlükə" kimi təqdim etməsinin bir neçə səbəbi var"
Avropa İttifaqı, ABŞ və Türkiyənin Qafqaz ölkələrinə artan təsiri regionda daha da böyük gərginlik mənbəyi yaradacaq. TASS xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin müavini Valeri Semerikov bildirib. O, MDB ölkələrinin antiterror strukturlarının əsas bölmələrinin rəhbərlərinin terrorizm və ekstremizmə qarşı mübarizə səylərini əlaqələndirən Birlik ölkələrinin milli strukturlarının rəhbərlərinin 19-cu iclasında çıxış edib. Semerikovun sözlərinə görə, KTMT-nin qərb sərhədlərində vəziyyət xüsusilə gərgindir: "Bu istiqamətdən əsas təhlükə Avropadan gəlir”
KTMT rəsmisinin bu açıqlaması əslində regiondakı reallığı deyil, daha çox geosiyasi narahatlığı əks etdirir. Bu gün Cənubi Qafqazda təsir uğrunda mübarizə açıq fazaya keçib və Rusiya əvvəlki dominant mövqeyini qorumaqda çətinlik çəkir. Aİ, ABŞ və Türkiyənin regionda fəallaşması “təhlükə” yox, əksinə, yeni güc balansının formalaşmasıdır. Bu balans isə təkcə rəqabət deyil, eyni zamanda alternativlər və seçim imkanları yaradır.
Semerikovun “təhlükə Avropadan gəlir” fikri daha çox siyasi mesaj xarakteri daşıyır. Çünki real təhlükə xarici aktorların artması deyil, region ölkələrinin bu rəqabəti düzgün idarə edə bilməməsidir. Əgər balans qorunarsa, bu proses gərginlik yox, inkişaf və sabitlik üçün də imkan yarada bilər. Digər tərəfdən, reallıq ondan ibarətdir ki, Cənubi Qafqaz artıq təkqütblü təsir zonasından çıxıb. Digər tərəfdən, reallıq ondan ibarətdir ki, Cənubi Qafqaz artıq təkqütblü təsir zonasından çıxıb. Regionda paralel olaraq bir neçə güc mərkəzi fəaliyyət göstərir. Rusiya (KTMT və ənənəvi təsir alətləri ilə) və Qərb (Aİ və ABŞ vasitəsilə), Türkiyə (siyasi, hərbi və iqtisadi əməkdaşlıqla). Bu isə təbii olaraq rəqabəti artırır. Amma bu rəqabət mütləq “gərginlik” demək deyil — düzgün balans qurularsa, əksinə, region üçün yeni imkanlar da yarada bilər. Semerikovun açıqlaması daha çox mövcud güc mübarizəsinin bir tərəfinin baxışını əks etdirir. Reallıq isə daha mürəkkəbdir: Qafqazda gərginlik təkcə xarici təsirdən yox, həm də region ölkələrinin öz siyasi qərarlarından asılıdır.
Semerikovun açıqlamasında xüsusi diqqət edilməli və sual yaradan Türkiyənin də təhlükəli hədəf hesab edilməsidir. KTMT niyə Türkiyəni hədəf göstərdi?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, KTMT rəsmisinin açıqlamasında Türkiyənin Aİ və ABŞ-la eyni sırada çəkilməsi təsadüfi deyil: “Türkiyənin son illərdə Cənubi Qafqazda təsiri nəzərəçarpacaq dərəcədə artıb. Xüsusilə Azərbaycanla müttəfiqlik münasibətlərinin güclənməsi, hərbi əməkdaşlığın genişlənməsi, nəqliyyat və enerji layihələrində fəal iştirakı Ankaranı regionun əsas oyunçularından birinə çevirib. Bu isə Moskvanın uzun illər formalaşdırdığı təsir balansını dəyişdirən amillərdən biridir. KTMT-nin Türkiyəni "təhlükə" kimi təqdim etməsinin bir neçə səbəbi var. Rusiya uzun müddət Ermənistan vasitəsilə Cənubi Qafqazda əsas təhlükəsizlik təminatçısı rolunda çıxış edib. Lakin son illərdə Ermənistanın Qərbə yaxınlaşması və Azərbaycanın Türkiyə ilə strateji əməkdaşlığının güclənməsi Moskvanın manevr imkanlarını məhdudlaşdırıb. İkinci səbəb, Türkiyənin NATO üzvü olmasıdır. Ankara müstəqil siyasət aparsa da, KTMT-də bir çox strateqlər Türkiyənin regiondakı fəallığını NATO-nun geosiyasi təsirinin genişlənməsi kontekstində qiymətləndirirlər. Üçüncü səbəb,Türkiyənin yeni kommunikasiya layihələrində roludur. Orta Dəhliz, Türk Dövlətləri Təşkilatı və regional nəqliyyat marşrutları Rusiyadan yan keçən alternativ iqtisadi və siyasi platformalar yaradır”.
Ekspert hesab edir ki, bununla belə, Semerikovun fikirlərini obyektiv reallığın tam təsviri kimi qəbul etmək düzgün olmazdı: “Türkiyə hazırda Cənubi Qafqazda bir çox ölkələr tərəfindən təhlükə mənbəyi kimi deyil, iqtisadi, nəqliyyat və təhlükəsizlik sahələrində tərəfdaş kimi qəbul edilir. Ankara həm Azərbaycanla strateji müttəfiqdir, həm də Ermənistanla münasibətlərin normallaşdırılması prosesində iştirak edir. Ona görə də KTMT rəsmisinin Türkiyəni hədəf göstərməsi daha çox təhlükəsizlik risklərinin obyektiv qiymətləndirilməsindən deyil, Rusiyanın regionda azalan təsirindən doğan geosiyasi narahatlığın ifadəsi kimi görünür”.
Dünən, 16:00
Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
Dünən, 15:30
Yaxın Şərqin yenidən alovlanmasının PƏRDƏARXASI DETALLARI
Dünən, 14:12
İran itkilərinin sayını açıqladı
Dünən, 14:08
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
Dünən, 14:02
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
Dünən, 13:59
Ukrayna Qara dənizdə rusların 20 gəmisini vurdu
Dünən, 12:52
Qarabağ Universitetində YENİLİK
Dünən, 12:45
Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi
Dünən, 11:26
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
Dünən, 11:21
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Dünən, 10:40
Su polisi vətəndaşın şikayətini araşdırır
Dünən, 10:03
Yamal Mbappeni kölgədə qoydu
Dünən, 09:58
ABŞ 23 il sonra bu ölkədən hərbçilərini tam çıxarır
Dünən, 09:55
Maraqla gözlənilən oyun - İspaniyanın rəqibi bəlli olur
Dünən, 09:31
ABŞ-dən İsrailə təzyiq: Tramp qoşunların geri çəkilməsini istəyib
Dünən, 09:28
Türkiyə XİN o hücumu pislədi
Dünən, 09:24
Azərbaycan XİN Türkiyəyə təbrik ünvanladı
Dünən, 09:00
DÇ-2026: Fransanı məğlub edən İspaniya ilk finalçı oldu
14-07-2026, 16:00
Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
14-07-2026, 15:30
Müharibənin sonunu gətirəcək "QIZIL AÇAR" - Putinin "Müqəddəs Simvolu" ÇÖKÜR
14-07-2026, 15:09
Prezidentin maşınında selfi çəkdi - Foto
14-07-2026, 15:05
Prezidentlər bir-birinə bunları hədiyyə etdi - Video
14-07-2026, 14:22
“Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
14-07-2026, 13:29
IV Şuşa Qlobal Media Forumu başa çatıb
14-07-2026, 13:25
Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşdü
14-07-2026, 13:21
Prezidentlər Şuşada güllələnmiş büstlərə baxıblar - FOTO
14-07-2026, 13:15
Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı