Prezidentdən qurultay iştirakçılarına - Müraciət

Azərbaycan Prezidenti İlham Əliyev Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına müraciət ünvanlayıb.
“Müraciətdə deyilir:
“Hörmətli qurultay iştirakçıları!
Sizi Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının işə başlaması münasibətilə ürəkdən təbrik edirəm.
Azərbaycan xalqının qədim mənəvi-əxlaqi dəyərlərinə söykənən ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir. Ağsaqqallara hörmət həm Azərbaycan şifahi xalq ədəbiyyatında, həm də yazılı ədəbiyyatında fundamental bir dəyər kimi daim ön planda yer alır. Təsadüfi deyil ki, xalqımızın tarixi keçmişini, adət-ənənələrini əks etdirən “Kitabi-Dədə Qorqud” dastanında ağsaqqal nəsihətinə və sözünə ehtiram ən yüksək əxlaqi keyfiyyət kimi təsvir olunub.
Xalqımızın tarixi ənənələrini rəhbər tutaraq üzərilərinə düşən vacib missiyanı daim uğurla həyata keçirən ağsaqqallarımız cəmiyyətdə əxlaqi-mənəvi dəyərlərin qorunub saxlanmasının və nəsillərarası varisliyin təminatçısı olaraq çıxış edirlər. Eyni zamanda milli dövlətçilik ənənələrinin davam etdirilməsi və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsində ağsaqqallarımızın müstəsna xidmətləri vardır.
Məhz ağsaqqallarımızdan vətənpərvərlik və fədakarlıq tərbiyəsi alan gənclərimiz Vətən müharibəsində şanlı Zəfərimizin əldə olunmasında mühüm rol oynayıblar. 30 ildən çox torpaq həsrəti ilə yaşamış, müharibənin ağrı-acısını görmüş böyüklərimizin gənc nəslə aşıladığı milli qürur və Vətən sevgisi sayəsində xalqımızın müasir hərb tarixinə yeni bir səhifə yazıldı.
Sevindirici haldır ki, bu gün ağsaqqallarımız ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər. Dünyada artan təhdidlər, xüsusilə də qloballaşma və sosial şəbəkə platformalarının zərərli təsirləri nəticəsində bir çox ölkələrdə milli-mənəvi və ailə dəyərlərinin deformasiyaya uğraması Azərbaycanda mövcud olan ağsaqqallıq institutunun əhəmiyyətini və rolunu daha qabarıq şəkildə vurğulayır. Gənclərimizi milli vətənpərvərlik və öz köklərinə bağlı ruhda yetişdirmək, onları düzgün yola istiqamətləndirmək ağsaqqallarımız qarşısında duran əsas vəzifələrdən biridir.
Keçən əsrin sonlarında yaranan və sıralarında həyatını cəmiyyətə xidmətə həsr etmiş tanınmış xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurası böyük yol keçərək bu gün də ölkəmizin inkişafına töhfə verir. Şura ölkənin ictimai-siyasi və humanitar inkişafında, cəmiyyət həyatının aktual məsələlərinin həllində və gənc nəslin tərbiyəsində iştirak edir.
İnanıram ki, IX Qurultayda aparılacaq müzakirələr və qəbul olunacaq qərarlar Ağsaqqallar Şurasının fəaliyyətinin təkmilləşdirilməsinə, ölkənin ictimai-siyasi həyatında təşkilatın rolunun daha da güclənməsinə xidmət edəcəkdir.
Qurultayın işinə uğurlar, hər birinizə isə möhkəm cansağlığı, uzun ömür, dəyərli ictimai fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”.
Bu gün, 16:51
İlham Əliyevlə xanımının tədbirdən - FOTOLARI
Bu gün, 16:00
Ermənistan Azərbaycana əsgər göndərəcək? – Paşinyandan “boğucu FƏND”
Bu gün, 13:51
Dövlət başçısı: Son 20 ildə Bakıda 100-dən çox park və bağ salınıb
Bu gün, 13:47
İlham Əliyev: Azərbaycan öz tarixi irsini qoruyub saxlayır
Bu gün, 13:42
İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurda 5 yeni tunel tikiləcək
Bu gün, 13:26
İlham Əliyev: WUF13-də 45 mindən çox şəxs qeydiyyatdan keçib
Bu gün, 12:55
Yağıntılar aylıq normanın 589%-ni təşkil edib
Bu gün, 12:12
Prezident qonaqları qarşılayır - Canlı
Bu gün, 11:55
Eyyubov, Daşdəmirov və general oğlu haqda - Yeni qərar
Bu gün, 11:51
Kobaxidze Bakıdadır - Foto
Bu gün, 11:42
Azərbaycan çempionatında azarkeşlər futbolçuları döyməyə çalışdı
Bu gün, 11:36
Avtomobil Yollarının Mühafizə Xidməti rəisi işdən çıxarıldı
Bu gün, 10:51
“Maşın” şou yenidən başlayır - Foto
Bu gün, 10:41
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
Bu gün, 10:10
Qanunsuz ovlanmış 83 balıq götürüldü - Foto
Bu gün, 10:03
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar - “Su qiymətinə”
Bu gün, 09:54
Bakıdakı WUF13 dünya mediasının diqqətində - Fotolar
Bu gün, 09:36
Azərbaycanlı zəvvarlar Məkkəyə çatdılar - Fotolar
Bu gün, 09:29
Kral ailəsinə Azərbaycandan hədiyyə! - Fotolar
Bu gün, 09:17
WUF13-də iştirak etmək üçün Azərbaycana gəldilər - Fotolar
Bu gün, 09:11
Rekord istilər yaxınlaşır - Meteoroloqlardan xəbərdarlıq
Bu gün, 09:00
Avtomobil idarə edən şəxslərlə bağlı MÜHÜM XƏBƏR
16-05-2026, 10:52
Mayın ortasında görünməmiş hava dalğası: Hər kəs xəbərdar olsun
16-05-2026, 10:31
Türkiyədən Rusiyaya qarşı strateji addım – NATO qoşunları üçün xüsusi neft kəməri
16-05-2026, 09:45
Atmağa tələsməyin: İstifadə olunmuş tualet kağızı rulonları xəzinə imiş
16-05-2026, 09:38
Trampdan müəmmalı İran açıqlaması: Mən düzgün qərarı verəcəyəm
16-05-2026, 09:31
Bu gün “Qarabağ” Avropa Liqasına vəsiqəni təmin edə bilər