Yeni il sevinci ailələrə neçəyə başa gələcək? — Xərclər açıqlandı

Yeni ilin yaxınlaşması ilə paytaxt Bakıda uşaqlar üçün bayram proqramlarına hazırlıq başlayıb. 2026-cı ilin dekabrından 2027-ci ilin ilk günlərinədək paytaxtın müxtəlif teatr və konsert məkanlarında balacalar üçün bir sıra Yeni il tamaşaları, sirk şouları, nağıl personajlarının iştirakı ilə əyləncəli proqramlar və interaktiv təqdimatlar təşkil olunacaq. Maşa və Ayı, Şaxta Baba, Qar qız və digər sevilən qəhrəmanların iştirakı ilə keçiriləcək tədbirlər uşaqlara bayram əhval-ruhiyyəsi bəxş etməyi hədəfləyir.
Artıq bəzi tamaşa və əyləncə proqramlarının tarixləri, məkanları və bilet qiymətləri də açıqlanıb. Sirk proqramları və digər əyləncə tədbirləri də valideynlərin diqqətini çəkir. Bəzi proqramlarda uşaqlar üçün əlavə hədiyyələr, interaktiv oyunlar və müxtəlif əyləncələr nəzərdə tutulur. Lakin ailələrin bir neçə uşaqla bu tədbirlərdə iştirak etməsi ümumi xərci daha da artırır. Bilet qiymətindən əlavə, yol xərci, qida və digər məsrəflər də valideynlərin büdcəsinə təsir göstərir.
Bəs bir uşağı Yeni il tamaşasına və ya sirkə aparmaq ailəyə neçəyə başa gələcək? Bir neçə uşağı olan ailələr üçün bu cür əyləncələr nə dərəcədə əlçatandır? Uşaqların bayram tədbirlərində iştirakını təmin etmək üçün daha münasib qiymətli proqramların təşkili mümkündürmü?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında dünya şöhrətli azərbaycanlı sirk ustası, rejissor, 50-dən çox sirk proqramının təşkilatçısı və direktoru Allahverdi İsrafilov bildirib ki, biletlərin qiymətləri hər kəsin əldə edə biləcəyi səviyyədə müəyyənləşdirilir.
Onun sözlərinə görə, hazırda sirk proqramlarına biletlərin qiyməti 15-35 manat arasında dəyişir.
Allahverdi İsrafilov qeyd edib ki, ənənəvi olaraq hər yeni proqram çərçivəsində şəhid ailələrinə və valideyn himayəsindən məhrum olmuş uşaqlara pulsuz biletlər təqdim olunur.
Daha sonra uşaqların sirk tamaşalarına baxmasının onların psixologiyasına necə təsir etdiyini araşdırdıq.
Bəs bu cür tədbirlər uşaqların psixoloji inkişafına, emosional vəziyyətinə və sosiallaşmasına necə təsir edir? Nağıl qəhrəmanları, Şaxta Baba ilə görüş və kollektiv əyləncələr uşaqlarda hansı müsbət hissləri formalaşdırır? Valideynlər tamaşa seçərkən nələrə diqqət etməlidirlər?
Psixoloq Aygül Məlikova mövzu ilə bağlı saytımıza açıqlamasında bildirib ki, valideynlər tamaşa seçərkən ilk növbədə uşaqlar üçün tövsiyə olunan yaş həddini nəzərə almalıdırlar.
Onun sözlərinə görə, bu yaş dövrü uşağın həm psixoloji inkişafına, həm də hadisələri qavrama və təhlil etmə qabiliyyətinə təsir göstərir:
"Məsələn, 3 yaşadək uşaqlarda təxəyyül daha fəal olduğu üçün şaxta baba, nağıl qəhrəmanları və iri ölçülü personajlar onlarda qorxu yarada bilər. Bu isə uşağın tamaşadan zövq almasına mane olur. Əslində, uşaqda qorxu hissi olmadığı təqdirdə, xüsusilə Yeni il ərəfəsində təşkil olunan nağıl və səhnə tamaşaları onun sosial bacarıqlarının, dünyagörüşünün və nitqinin inkişafına müsbət təsir göstərir. Eyni zamanda, belə tamaşalar uşaqların hadisələri təhlil və ətraf aləmi daha yaxşı dərk etmək bacarıqlarını da gücləndirir. Buna görə də valideynlər həm yaş məhdudiyyətinə, həm də uşaqlarının müxtəlif personajlara verə biləcəyi reaksiyalara diqqət yetirməlidirlər. 3 yaşdan sonra isə bu cür qorxular, adətən, azaldığından uşaqlar tamaşaları daha rahat izləyə bilirlər".
Bu gün, 16:00
Yeni il sevinci ailələrə neçəyə başa gələcək? — Xərclər açıqlandı
Bu gün, 15:30
Britaniya hökuməti: Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya bunları veririk
Bu gün, 15:15
İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib - Tam mətn
Bu gün, 14:22
Erməni revanşistlərə ŞOK təklif – Bakının O tələbi...
Bu gün, 14:00
"Qiyamət günü" TƏŞVİŞİ: Amerikalılar mağazalara HÜCUM ÇƏKDİ, generator və ərzaqlar TÜKƏNDİ
Bu gün, 12:39
Sabah respublika üzrə pensiyalar tam ödəniləcək
Bu gün, 12:29
Milyonların gözlədiyi oyunda SÜRPRİZ - Alim Qasımovun ifası "GTA 6"da
Bu gün, 12:14
Bu rayonda 3 kəndin layihəsi hazırlanır - 2 milyon ayrıldı
Bu gün, 11:38
Qayınanasının qızıllarını oğurlayıb nişanlısına “İphone 17” aldı - Bakıda film kimi cinayət
Bu gün, 11:34
Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edən şəxslər barəsində qərar verildi
Bu gün, 11:30
Bakıda ilk: Avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq
Bu gün, 11:26
Məktəb müəllimlərinin sayı azalır - 15 min nəfər...
Bu gün, 11:22
30 il sədr oldu, indi isə rektor təyin edildi - Dosye
Bu gün, 11:18
Prezident rektoru vəzifəsindən azad etdi
Bu gün, 11:02
Məleykə Abbaszadə vəzifəsindən azad edildi, rektor təyin olundu
Bu gün, 10:04
“Xankəndi” doğma arenada ilk oyununa çıxır
Bu gün, 10:00
Ağdamın iqtisadiyyatı 8 dəfə böyüyüb
Bu gün, 09:56
Orxan Kəngərli polis tərəfindən saxlanıldı
Bu gün, 09:43
Putin və Tramp arasında ikitərəfli görüş başladı
Bu gün, 09:39
Soltanlı və Cahangirbəyli sakinlərinin doğma yurda qayıdışı davam edir
Bu gün, 09:34
Rəsmi Bakıdan Fransaya çağırış: Daxili işlərimizə müdaxilədən çəkinin
Bu gün, 09:00
“Azərbaycanla sülh olmadan vəzifəmdən getməyəcəm” – Paşinyan
Dünən, 16:24
Gecikən qatarlara görə kompensasiya veriləcək - Rəsmi açıqlama
Dünən, 16:20
Azərbaycan Prezidenti Oman sultanını milli bayram münasibətilə təbrik etdi
Dünən, 16:17
Bu qurumda sədrin müavinlərinin sayı artırıldı - Fərman
Dünən, 16:00
İranın İrəvanda nəhəng planı – Tərəflər razılığa gəldi
Dünən, 15:30
Bayramqabağı bu məhsullar bahalaşacaq — Açıqlama