Rəsmi Bakıdan Fransaya çağırış: Daxili işlərimizə müdaxilədən çəkinin

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin (XİN) və xarici ticarət və iqtisadi cəlbedicilik məsələləri üzrə səlahiyyətli nazirin Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı son iddiaları tamamilə qəbuledilməzdir.
Bunu Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və Xarici İşlər Nazirliyində xarici ticarət və iqtisadi cəlbedicilik məsələləri üzrə səlahiyyətli nazir Nikola Forissyenin və Fransa Avropa və Xarici İşlər Nazirliyinin fransalı deputatın suallarına cavablarında Azərbaycana qarşı səsləndirdikləri iddialara dair şərhində bildirib.
A. Hacızadə qeyd edib ki, Fransanın nümayiş etdirdiyi selektiv yanaşma, birtərəfli qiymətləndirmələri və siyasi motivli narrativlərə əsaslanmaqda davam etməsi regionda sülh gündəliyinin irəliləməsinə xidmət etmir:
"2023-cü ilin sentyabr ayında Azərbaycanın həyata keçirdiyi anti-terror tədbirləri Ermənistan silahlı qüvvələrinin və onlara bağlı strukturların Azərbaycan Respublikasının suveren ərazilərində qanunsuz hərbi mövcudluğuna və fəaliyyətinə son qoyulmasına, ölkənin konstitusiya quruluşunun bərpa edilməsinə, suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasına yönəlmiş və BMT Nizamnaməsinin müvafiq müddəaları da daxil olmaqla, beynəlxalq hüquqa uyğun həyata keçirilib. Bu tədbirləri beynəlxalq hüququn pozulması kimi təqdim etmək cəhdləri, eyni zamanda, onilliklər ərzində davam etmiş işğalı, etnik təmizləməni və yüz minlərlə azərbaycanlının hüquqlarının sistematik şəkildə pozulmasını nəzərə alınmaması qəbuledilməzdir".
XİN-in mətbuat katibi Azərbaycanın ölkədə məhkəmə araşdırmasına cəlb edilmiş və ya məhkum olunmuş şəxslərin "özbaşına həbs edilmiş" şəxslər kimi təqdim edilməsi cəhdlərini rədd etdiyini vurğulayıb:
"Məsuliyyətə cəlb edilən şəxslər arasında müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və terrorçuluq da daxil olmaqla, ağır cinayətlərdə ittiham olunan və məhkum edilmiş şəxslər vardır. Onların işlərinə Azərbaycanın milli qanunvericiliyi və müvafiq beynəlxalq öhdəlikləri çərçivəsində baxılıb. Xarici tərəflərin ağır müharibə cinayətlərinə görə məhkum edilmiş şəxslərin azad edilməsini tələb etmək cəhdləri hüququn aliliyi prinsipi ilə uzlaşmır.
Azərbaycan mədəni və dini irsin dağıdılması və ya qəsdən dəyişdirilməsi ilə bağlı iddiaları qətiyyətlə rədd edir. İşğaldan azad edilmiş ərazilərdə mədəni irs abidələrinin qorunması və bərpası ölkəmizin davamlı prioritetləri sırasındadır. Eyni zamanda, Ermənistanın onilliklər boyu davam etmiş işğalı zamanı Azərbaycan xalqının mədəni və dini irsinə, o cümlədən məscidlərə, qəbiristanlıqlara və digər tarixi abidələrə qarşı törədilmiş genişmiqyaslı dağıntı və mənimsəmə hallarının diqqətdən kənarda saxlanılmaması vacibdir".
"Ermənistandan və Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində öz evlərindən zorla qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının, o cümlədən təhlükəsiz və ləyaqətli qayıdış hüququnun da eyni səviyyədə diqqətə alınmasının vacibliyini xatırladırıq. Humanitar məsələlərə selektiv yanaşma beynəlxalq hüquq və insan hüquqları ilə bağlı çağırışların etibarlılığını sarsıdır", - XİN rəsmisi qeyd edib.
A. Hacızadə Fransanın özünün insan hüquqları və idarəçilik sahəsindəki vəziyyəti ilə bağlı ciddi narahatlıqları aradan qaldırmaq əvəzinə, digər dövlətlərin daxili işlərinə qiymət vermək mövqeyindən çıxış etməsinə də diqqət çəkib:
"Fransa hüquq-mühafizə orqanları tərəfindən nümayişçilərə, o cümlədən yetkinlik yaşına çatmayan şəxslərə qarşı həddindən artıq güc tətbiqi dəfələrlə ciddi narahatlıqlara səbəb olub. Fransada tələbə etirazları zamanı ağır xəsarət alanların olması, habelə polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı çoxsaylı araşdırmaların başlanması bu narahatlıqları daha da artırır. Bundan əlavə, Fransa siyasi xadimləri, o cümlədən parlament üzvləri ilə bağlı davam edən məhkəmə prosesləri və korrupsiya araşdırmaları şəffaflıq, ictimai hesabatlılıq və dövlət institutlarının dürüstlüyü ilə bağlı əsaslı suallar doğurur. Fransa digər ölkələrə qarşı selektiv tənqid və siyasi motivli qiymətləndirmələrə yol vermək əvəzinə, ilk növbədə öz daxilindəki bu problemlərin həllinə diqqət yetirməlidir".
"Fransa Hökumətini qərəzli yanaşmadan əl çəkməyə və Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırırıq", - XİN-in mətbuat katibi vurğulayıb.
Bu gün, 10:00
Ağdamın iqtisadiyyatı 8 dəfə böyüyüb
Bu gün, 09:56
Orxan Kəngərli polis tərəfindən saxlanıldı
Bu gün, 09:43
Putin və Tramp arasında ikitərəfli görüş başladı
Bu gün, 09:39
Soltanlı və Cahangirbəyli sakinlərinin doğma yurda qayıdışı davam edir
Bu gün, 09:34
Rəsmi Bakıdan Fransaya çağırış: Daxili işlərimizə müdaxilədən çəkinin
Bu gün, 09:00
“Azərbaycanla sülh olmadan vəzifəmdən getməyəcəm” – Paşinyan
Dünən, 16:24
Gecikən qatarlara görə kompensasiya veriləcək - Rəsmi açıqlama
Dünən, 16:20
Azərbaycan Prezidenti Oman sultanını milli bayram münasibətilə təbrik etdi
Dünən, 16:17
Bu qurumda sədrin müavinlərinin sayı artırıldı - Fərman
Dünən, 16:00
İranın İrəvanda nəhəng planı – Tərəflər razılığa gəldi
Dünən, 15:30
Bayramqabağı bu məhsullar bahalaşacaq — Açıqlama
Dünən, 14:22
Türkiyədə yaşamaq istəyənlərə ŞAD XƏBƏR - Ərdoğan RƏSMƏN TƏSDİQLƏDİ
Dünən, 13:22
Ramiz Mehdiyevin qızının vəkilinin işi: "General qohumu" adı ilə 70 min manatlıq hədə-qorxu
Dünən, 13:19
"Range Rover" gətirəcəyəm" deyib 261 min manatdan çox pul aldı - Bakıda dələduzluq
Dünən, 13:15
Fermerlərə əlavə yük: aqrar məhsullar bahalaşa bilər - Deputat açıqladı
Dünən, 13:11
İbtidai sinif müəllimlərinin böyük qismi ali təhsilli deyil
Dünən, 13:08
Eyni işi görən həkimlər niyə fərqli vergi ödəməlidir? - Rəşad Mahmudovdan təklif
Dünən, 13:04
Ceyhun Bayramov: Almaniya-Azərbaycan münasibətləri həmişə dostluğa, beynəlxalq hüquqa əsaslanıb
Dünən, 13:01
Deputatdan çağırış: Bu avtomobillərin qiyməti artacaq
Dünən, 12:56
Sabah 21 dərəcə isti olacaq
Dünən, 10:31
Mərdəkanda yataqxana binası yandı
Dünən, 10:17
Putin: Rusiya rəqəmsal transformasiyanın ön sıralarındadır, Aİ çökür...
Dünən, 10:02
Ukraynadan DƏHŞƏTLİ ZƏRBƏ - 2 neft emalı zavodu VURULDU
Dünən, 09:58
Putin Cinpinlə GÖRÜŞDÜ: İki lider BU MESAJI VERDİ
Dünən, 09:53
Zelenski tərəfdaşlarından 40 F-16 təyyarəsi və 8 milyard avro istədi
Dünən, 09:50
“Mançester Siti” Haalandı bu qiymətə sata bilər
Dünən, 09:42
İran ABŞ-nin Küveytdəki hərbi bazasına PUA-larla zərbə endirib