Türkiyədə yaşamaq istəyənlərə ŞAD XƏBƏR - Ərdoğan RƏSMƏN TƏSDİQLƏDİ

Türkiyəyə investisiya qoyan əcnəbilər üçün yaşama icazəsi tələbləri yenilənib.
Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə "Resmi Gazete"də dərc olunan qərara əsasən, azı 150 min dollar sərmayə qoyan əcnəbilərə 3 il, 200 min dollar sərmayə qoyanlara isə 5 il müddətinə yaşama icazəsi verilə bilər.
İnvestisiya müvafiq hesabda, fondda və ya sistemdə yaşama icazəsi müddətinin ən azı yarısı qədər saxlanılmalıdır.
Yeni tənzimləməyə əsasən, əcnəbilər Türkiyədə bank depozit hesabı açmaq, dövlət borc alətləri almaq, daşınmaz əmlak və ya vençur kapitalı investisiya fondlarında iştirak etmək, yaxud özəl pensiya sisteminə investisiya qoymaq yolu ilə yaşama icazəsi üçün müraciət edə bilərlər.
Sərmayələrin uyğunluğu növündən asılı olaraq Bank Tənzimləmə və Nəzarət Agentliyi, Xəzinə və Maliyyə Nazirliyi, Kapital Bazarları Şurası, eləcə də Sığorta və Xüsusi Pensiya Tənzimləmə və Nəzarət Qurumu tərəfindən müəyyən ediləcək.
Yeni qərardan yalnız investorlar deyil, onların əcnəbi həyat yoldaşları, eləcə də özlərinin və ya həyat yoldaşlarının yetkinlik yaşına çatmamış və ya himayədə olan əcnəbi övladları da yararlana biləcəklər. Müraciətlərlə bağlı prosedur Daxili İşlər Nazirliyi tərəfindən müəyyənləşdiriləcək.
Yeni qaydaya əsasən verilən yaşayış icazələri Türkiyə Vətəndaşlığı Qanununun "müstəsna vətəndaşlıq" müddəalarının əhatə dairəsindən çıxarılacaq. İnvestisiyaya əsaslanan vətəndaşlıq müraciətləri üçün minimum hədd daşınmaz əmlak üçün 400000 dollar, bank əmanətləri, dövlət borc alətləri, təyin olunmuş investisiya fondları və ya özəl pensiya investisiyaları üçün isə 500000 dollar olaraq qalır. Vətəndaşlıq üçün investisiyala ən azı 3 il müddətində qorunub saxlanılması tələb olunur.
Əvvəlki qaydalara əsasən, investisiya vasitəsilə qısamüddətli yaşayış icazəsi almaq istəyən əcnəbilərdən vətəndaşlıq müraciəti üçün tələb olunan investisiya meyarlarını qarşılaması tələb olunurdu. Yeni qərarla birlikdə yaşayış və vətəndaşlıq şərtləri bir-birindən ayrıılaraq investisiya məbləğinə əsaslanan 3 və 5 illik mərhələli yaşayış icazəsi sistemi tətbiq edilib.
Bu gün, 16:24
Gecikən qatarlara görə kompensasiya veriləcək - Rəsmi açıqlama
Bu gün, 16:20
Azərbaycan Prezidenti Oman sultanını milli bayram münasibətilə təbrik etdi
Bu gün, 16:17
Bu qurumda sədrin müavinlərinin sayı artırıldı - Fərman
Bu gün, 16:00
İranın İrəvanda nəhəng planı – Tərəflər razılığa gəldi
Bu gün, 15:30
Bayramqabağı bu məhsullar bahalaşacaq — Açıqlama
Bu gün, 14:22
Türkiyədə yaşamaq istəyənlərə ŞAD XƏBƏR - Ərdoğan RƏSMƏN TƏSDİQLƏDİ
Bu gün, 13:22
Ramiz Mehdiyevin qızının vəkilinin işi: "General qohumu" adı ilə 70 min manatlıq hədə-qorxu
Bu gün, 13:19
"Range Rover" gətirəcəyəm" deyib 261 min manatdan çox pul aldı - Bakıda dələduzluq
Bu gün, 13:15
Fermerlərə əlavə yük: aqrar məhsullar bahalaşa bilər - Deputat açıqladı
Bu gün, 13:11
İbtidai sinif müəllimlərinin böyük qismi ali təhsilli deyil
Bu gün, 13:08
Eyni işi görən həkimlər niyə fərqli vergi ödəməlidir? - Rəşad Mahmudovdan təklif
Bu gün, 13:04
Ceyhun Bayramov: Almaniya-Azərbaycan münasibətləri həmişə dostluğa, beynəlxalq hüquqa əsaslanıb
Bu gün, 13:01
Deputatdan çağırış: Bu avtomobillərin qiyməti artacaq
Bu gün, 12:56
Sabah 21 dərəcə isti olacaq
Bu gün, 10:31
Mərdəkanda yataqxana binası yandı
Bu gün, 10:17
Putin: Rusiya rəqəmsal transformasiyanın ön sıralarındadır, Aİ çökür...
Bu gün, 10:02
Ukraynadan DƏHŞƏTLİ ZƏRBƏ - 2 neft emalı zavodu VURULDU
Bu gün, 09:58
Putin Cinpinlə GÖRÜŞDÜ: İki lider BU MESAJI VERDİ
Bu gün, 09:53
Zelenski tərəfdaşlarından 40 F-16 təyyarəsi və 8 milyard avro istədi
Bu gün, 09:50
“Mançester Siti” Haalandı bu qiymətə sata bilər
Bu gün, 09:42
İran ABŞ-nin Küveytdəki hərbi bazasına PUA-larla zərbə endirib
Bu gün, 09:37
Ramiz Mehdiyev cəzasından narazıdır - Şikayət verdi
Bu gün, 09:00
Bu müavinətlər artırılır - Yeni məbləğ nə qədər olacaq?
Dünən, 16:00
Ermənistanla sülhdə yeni düyün: Anklavların taleyi necə olacaq? Polkovnik danışdı
Dünən, 15:30
Ukraynanı tamamilə məhv etmək lazımdır!– Rusiya televiziyalarında dəhşətli çağırışlar
Dünən, 14:22
Diyarbakır kürdündən etiraf: “50 il əvvələ qədər Azərbaycan türkcəsində danışırdıq”
Dünən, 13:14
Azərbaycanın ən təhlükəli magistralları: Hansında ölüm daha çoxdur? – QORXULU STATİSTİKA