Ramiz Mehdiyevin qızının vəkilinin işi: "General qohumu" adı ilə 70 min manatlıq hədə-qorxu

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızının vəkilinin həbsinin detalları məlum olub.
Lent.az xəbər verir ki, vəkil Raman Abışov bir neçə gün əvvəl polis tərəfindən saxlanılıb.
Məlumata görə, vətəndaş bir neçə şəxsin əvvəlcədən razılaşaraq ondan müxtəlif vaxtlarda 70 min manat pul tələb etməsinin qarşısının alınması ilə bağlı polisə müraciət ünvanlayıb.
Hadisənin mahiyyətində bir neçə il əvvəl başlanmış avtomobil alqı-satqısı üzrə biznes münasibətləri dayanır. Tərəflər arasında yaranmış pul mübahisəsindən sonra zərərçəkmiş şəxs borcunun qaytarılmasını tələb edib. Bundan sonra məsələ daha fərqli müstəviyə keçib.
Pulun alınması üçün vətəndaşa psixoloji təzyiq göstərilməsi, onun həbs ediləcəyi ilə hədələnməsi və hüquq-mühafizə orqanlarında yüksəkvəzifəli şəxslərin bu məsələdə maraqlı olmalarının görüntüsünün yaradılması planlaşdırılıb.
Bu sxemdə adı hallanan şəxslərdən biri Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili olmuş Raman Abışovdur.
O, özünü hüquq-mühafizə orqanlarında rəhbər vəzifəli şəxs kimi təqdim edərək vətəndaşa təzyiq göstərilməsində iştirak edib.
Hətta əldə ediləcək pulun bir hissəsini ona veriblər.
Lakin vətəndaşın polisə müraciətindən sonra məsələnin əsl mahiyyəti üzə çıxıb. Məlum olub ki, özünü hüquq-mühafizə orqanlarında rəhbər vəzifəli şəxs kimi təqdim edən Ramanın belə bir vəzifəsi və səlahiyyəti yoxdur, təqdim olunan şəxs və şəxslər real adamlar deyil. Beləliklə, vətəndaşa göstərilən təzyiqin və yaradılan "vəzifəli şəxs - general qohumu" görüntüsünün saxta olduğu aydınlaşıb.
Onlar əvvəlcə vətəndaşdan 40 min manat, daha sonra isə əlavə 30 min manat tələb edərək hədə-qorxu ilə ələ keçiriblər. Sonradan əlavə pul vəsaitləri tələb edərək onun həbsinə səbəb olacaq motivlərin ləğv olunmasına dair vədlər veriblər.
Diqqətçəkən məqamlardan biri isə Raman Abışovun ictimaiyyətə tanınan hüquqi təmsilçilik fəaliyyəti ilə bağlıdır.
Belə ki, o, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın əmlak məsələləri üzrə vəkili kimi də tanınıb.
Faktla bağlı polis idarəsində başlan cinayət işi çərçivəsində cinayətdə iştirak edən şəxslər saxlanılaraq həbs ediliblər.
Bu gün, 16:24
Gecikən qatarlara görə kompensasiya veriləcək - Rəsmi açıqlama
Bu gün, 16:20
Azərbaycan Prezidenti Oman sultanını milli bayram münasibətilə təbrik etdi
Bu gün, 16:17
Bu qurumda sədrin müavinlərinin sayı artırıldı - Fərman
Bu gün, 16:00
İranın İrəvanda nəhəng planı – Tərəflər razılığa gəldi
Bu gün, 15:30
Bayramqabağı bu məhsullar bahalaşacaq — Açıqlama
Bu gün, 14:22
Türkiyədə yaşamaq istəyənlərə ŞAD XƏBƏR - Ərdoğan RƏSMƏN TƏSDİQLƏDİ
Bu gün, 13:22
Ramiz Mehdiyevin qızının vəkilinin işi: "General qohumu" adı ilə 70 min manatlıq hədə-qorxu
Bu gün, 13:19
"Range Rover" gətirəcəyəm" deyib 261 min manatdan çox pul aldı - Bakıda dələduzluq
Bu gün, 13:15
Fermerlərə əlavə yük: aqrar məhsullar bahalaşa bilər - Deputat açıqladı
Bu gün, 13:11
İbtidai sinif müəllimlərinin böyük qismi ali təhsilli deyil
Bu gün, 13:08
Eyni işi görən həkimlər niyə fərqli vergi ödəməlidir? - Rəşad Mahmudovdan təklif
Bu gün, 13:04
Ceyhun Bayramov: Almaniya-Azərbaycan münasibətləri həmişə dostluğa, beynəlxalq hüquqa əsaslanıb
Bu gün, 13:01
Deputatdan çağırış: Bu avtomobillərin qiyməti artacaq
Bu gün, 12:56
Sabah 21 dərəcə isti olacaq
Bu gün, 10:31
Mərdəkanda yataqxana binası yandı
Bu gün, 10:17
Putin: Rusiya rəqəmsal transformasiyanın ön sıralarındadır, Aİ çökür...
Bu gün, 10:02
Ukraynadan DƏHŞƏTLİ ZƏRBƏ - 2 neft emalı zavodu VURULDU
Bu gün, 09:58
Putin Cinpinlə GÖRÜŞDÜ: İki lider BU MESAJI VERDİ
Bu gün, 09:53
Zelenski tərəfdaşlarından 40 F-16 təyyarəsi və 8 milyard avro istədi
Bu gün, 09:50
“Mançester Siti” Haalandı bu qiymətə sata bilər
Bu gün, 09:42
İran ABŞ-nin Küveytdəki hərbi bazasına PUA-larla zərbə endirib
Bu gün, 09:37
Ramiz Mehdiyev cəzasından narazıdır - Şikayət verdi
Bu gün, 09:00
Bu müavinətlər artırılır - Yeni məbləğ nə qədər olacaq?
Dünən, 16:00
Ermənistanla sülhdə yeni düyün: Anklavların taleyi necə olacaq? Polkovnik danışdı
Dünən, 15:30
Ukraynanı tamamilə məhv etmək lazımdır!– Rusiya televiziyalarında dəhşətli çağırışlar
Dünən, 14:22
Diyarbakır kürdündən etiraf: “50 il əvvələ qədər Azərbaycan türkcəsində danışırdıq”
Dünən, 13:14
Azərbaycanın ən təhlükəli magistralları: Hansında ölüm daha çoxdur? – QORXULU STATİSTİKA