Ağdamın iqtisadiyyatı 8 dəfə böyüyüb
Iqtisadiyyat
Oxunub: 1
19 noy 2026 | 10:00
Ağdamın iqtisadiyyatı 8 dəfə böyüyüb


Sabah Ağdam şəhəri günü qeyd ediləcək. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd olunur. İşğal dövründə dağıdılaraq xarabalığa çevrilən Ağdam şəhəri yenidən qurulur, dirçəlir və Azərbaycanın iqtisadi xəritəsində mühüm mərkəzlərdən birinə çevrilir. Zəfərdən sonra digər yaşayış məntəqələri kimi Ağdam da bərpa və yenidənqurma mərhələsinə qədəm qoydu.

Bunu Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, zəfərdən sonra Ağdamın iqtisadiyyatı 8 dəfə böyüyüb:

"Ağdam rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 1,5 milyard manata çatır. Tikinti sektorunda isə 60 dəfədən çox artım qeydə alınıb. Bu isə birbaşa rayonun yenidən qurulması və böyük miqyaslı infrastruktur işlərinin aparılması ilə bağlıdır".

Millət vəkilinin sözlərinə görə, 2025-ci ildə yalnız Ağdam rayonunda sənaye məhsulunun dəyəri 1 milyard 2 milyon manat təşkil edib ki, bu da 2024-cü ilə nisbətən 17 dəfə artım deməkdir: "Kənd təsərrüfatında isə 2 dəfə artım qeydə alınıb. Ağdamda istehsal olunan müxtəlif sənaye və qeyri-neft məhsulları Gürcüstan, Moldova, Özbəkistan, Qazaxıstan və Rusiya daxil olmaqla geniş coğrafiyaya ixrac olunur"

"Ağdam rayonu yalnız Qarabağın deyil, bütövlükdə bölgənin əsas sənaye mərkəzlərindən birinə çevrilməkdədir. Rayonda istehsal edilən məhsullar tezliklə Avropa İttifaqı daxil olmaqla inkişaf etmiş dövlətlərə ixrac ediləcək", - deyə millət vəkili əlavə edib.
Bu gün, 10:04
“Xankəndi” doğma arenada ilk oyununa çıxır
Bu gün, 10:00
Ağdamın iqtisadiyyatı 8 dəfə böyüyüb
Bu gün, 09:56
Orxan Kəngərli polis tərəfindən saxlanıldı
Bu gün, 09:43
Putin və Tramp arasında ikitərəfli görüş başladı
Bu gün, 09:39
Soltanlı və Cahangirbəyli sakinlərinin doğma yurda qayıdışı davam edir
Bu gün, 09:34
Rəsmi Bakıdan Fransaya çağırış: Daxili işlərimizə müdaxilədən çəkinin
Bu gün, 09:00
“Azərbaycanla sülh olmadan vəzifəmdən getməyəcəm” – Paşinyan
Dünən, 16:24
Gecikən qatarlara görə kompensasiya veriləcək - Rəsmi açıqlama
Dünən, 16:20
Azərbaycan Prezidenti Oman sultanını milli bayram münasibətilə təbrik etdi
Dünən, 16:17
Bu qurumda sədrin müavinlərinin sayı artırıldı - Fərman
Dünən, 16:00
İranın İrəvanda nəhəng planı – Tərəflər razılığa gəldi
Dünən, 15:30
Bayramqabağı bu məhsullar bahalaşacaq — Açıqlama
Dünən, 14:22
Türkiyədə yaşamaq istəyənlərə ŞAD XƏBƏR - Ərdoğan RƏSMƏN TƏSDİQLƏDİ
Dünən, 13:22
Ramiz Mehdiyevin qızının vəkilinin işi: "General qohumu" adı ilə 70 min manatlıq hədə-qorxu
Dünən, 13:19
"Range Rover" gətirəcəyəm" deyib 261 min manatdan çox pul aldı - Bakıda dələduzluq
Dünən, 13:15
Fermerlərə əlavə yük: aqrar məhsullar bahalaşa bilər - Deputat açıqladı
Dünən, 13:11
İbtidai sinif müəllimlərinin böyük qismi ali təhsilli deyil
Dünən, 13:08
Eyni işi görən həkimlər niyə fərqli vergi ödəməlidir? - Rəşad Mahmudovdan təklif
Dünən, 13:04
Ceyhun Bayramov: Almaniya-Azərbaycan münasibətləri həmişə dostluğa, beynəlxalq hüquqa əsaslanıb
Dünən, 13:01
Deputatdan çağırış: Bu avtomobillərin qiyməti artacaq
Dünən, 12:56
Sabah 21 dərəcə isti olacaq
Dünən, 10:31
Mərdəkanda yataqxana binası yandı
Dünən, 10:17
Putin: Rusiya rəqəmsal transformasiyanın ön sıralarındadır, Aİ çökür...
Dünən, 10:02
Ukraynadan DƏHŞƏTLİ ZƏRBƏ - 2 neft emalı zavodu VURULDU
Dünən, 09:58
Putin Cinpinlə GÖRÜŞDÜ: İki lider BU MESAJI VERDİ
Dünən, 09:53
Zelenski tərəfdaşlarından 40 F-16 təyyarəsi və 8 milyard avro istədi
Dünən, 09:50
“Mançester Siti” Haalandı bu qiymətə sata bilər