“Türk faktoru” NATO-da hegemoniya qazanır: Türkiyə hərbi blokadanı yardı, indi şərtləri diqtə edir
Dunya
Oxunub: 15
24 apr 2026 | 09:00
“Türk faktoru” NATO-da hegemoniya qazanır: Türkiyə hərbi blokadanı yardı, indi şərtləri diqtə edir


Türkiyənin müdafiə sənayesində əldə olunan nailiyyətlər və eləcə də rəsmi Ankaranın həm regional, həm də qlobal məkanda öz hərbi-siyasi iradəsini möhkəmləndirməsi inkaredilməz reallıqdır... Rəsmi Ankaranın son illərdə yürütdüyü müstəqil xarici siyasətə paralel olaraq, Türkiyənin hərbi potensialının da güclənməsi beynəlxalq müstəvidə münasibətlər sisteminin arxitekturasında dəyişiklik ehtiyacı yaradır...
Son illərdə qlobal təhlükəsizlik arxitekturasında olduqca ciddi dəyişikliklər baş verməyə başlayıb. Buna paralel olaraq, Türkiyənin müdafiə sənayesi sahəsində əldə etdiyi böyük uğurlar da beynəlxalq diqqəti birbaşa öz üzərinə çəkməkdədir. Və bu baxımdan, NATO-nun baş katibi Mark Rüttenin “Türkiyə müdafiə sənayesi sahəsində böyük inqilab edib” açıqlaması sadəcə, siyasi-diplomatik bir jest deyil, məhz daha genişmiqyaslı geopolitik reallığın açıq ifadə olunması kimi də qəbul oluna bilər.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Ankaranın milli hərbi-sənaye kompleksini inkişaf etdirmək qərarı vaxtilə Türkiyənin xüsusi ehtiyaclarından qaynaqlanmışdı. Belə ki, onilliklər boyu ABŞ və Qərbin ən müasir, həm də çox bahalı silah sistemlərindən asılı vəziyyətdə olan rəsmi Ankara son illərdə bu istiqamət üzrə strateji kursunu dəyişməyə üstünlük verdi. Türkiyənin milli hərbi-sənaye kompleksinin formalaşdırılması prosesinə başlanıldı. Və bu siyasət nəticəsində Türkiyə artıq yalnız idxalçı deyil, eyni zamanda, yüksək texnologiyalı müasir silah sistemlərinin həm istehsalçısına, üstəlik həm də önəmli ixracatçısına çevrilib.

Xüsusilə də “Bayraktar TB2” kimi pilotsuz uçuş aparatları müasir dövrün hərbi münaqişələrində öz effektivliyini artıq dəfələrlə sübuta yetirib. Bu isə öz növbəsində Türkiyənin hərbi texnologiyalar sahəsində qlobal rəqabət qabiliyyətini də artırıb. Digər tərəfdən, buna paralel olaraq, Türkiyə “TAI TF Kaan” kimi ambisiyalı hərbi layihələr üzərində işləyərək, hava məkanında üstünlük qazanmaq istiqamətində də öz müstəqilliyini gücləndirməyə nail olub. Və bu önəmli prosesdə Türkiyənin “Baykar” kimi hərbi şirkətləri artıq qlobal məkanda da lokomotiv rolunu oynayır.

Bütün bunların sayəsində Türkiyə indi yalnız öz ordusunun döyüş qabiliyyətini və hərbi potensialını artırmaqla kifayətlənmir. Belə ki, rəsmi Ankara eyni zamanda, ən müasir müdafiə texnologiyalarının Türkiyədən kənara ixracı vasitəsilə geopolitik təsir imkanlarını ciddi şəkildə genişləndirməyə çalışır. Bu isə Türkiyənin beynəlxalq münasibətlər məkanında daha müstəqil və çoxvektorlu xarici siyasət yürütməsinə olduqca münbit şərait yaradır.

Təbii ki, Türkiyə hərbi-sənaye kompleksinin sürətli yüksəlişi rəsmi Ankaranın NATO çərçivəsində də təsir gücünü artırır və manevr məkanını daha da genişləndirir. Belə ki, NATO daxilində Türkiyənin rolu son vaxtlar ciddi dəyişikliklərə uğrayaraq, avanqard dövlət statusuna doğru transformasiya olunmaqdadır. Yəni, bu hərbi-siyasi alyansın cənub cinahının əsas dayaqlarından biri olan Türkiyə indi artıq yalnız coğrafi mövqeyinə görə deyil, həm də ən müasir texnoloji və hərbi imkanları baxımından da geostrateji əhəmiyyət daşıyır.

Bütün bunları nəzərə aldıqda, NATO-nun baş katibi Mark Rüttenin son açıqlaması bir tərəfdən Türkiyənin müdafiə sənayesində əldə etdiyi böyük nailiyyətlərin birmənalı çəkildə tanınaraq, etiraf edilməsi anlamı daşıyır. Digər tərəfdən isə bu, hazırda NATO-nun yeni təhlükəsizlik reallıqlarında Türkiyənin hərbi potensialına verilən strateji önəmin birbaşa göstəricisi də hesab oluna bilər. Və bu, o deməkdir ki, Türkiyə yaxın gələcəkdə həm NATO daxilində, həm də ümumiyyətlə, qlobal məkanda olduqca önəmli hərbi-siyasi iradə mərkəzlərindən birinə çevrilmək şansı qazanmağa başlayıb.

Digər tərəfdən, Türkiyənin Yaxın Şərqdə regional təsirinin sürətlə artmaqda olduğu da müşahidə edilir. Xüsusilə də Siriyanın böyük ölçüdə Türkiyənin nəzarəti altına keçməsi rəsmi Ankaranın həm regional, həm də qlobal məkanda hərbi-siyasi manevr imkanlarını daha da genişləndirir. Bəzi iddialara görə, rəsmi Ankara Suriyada qlobal miqyaslı yeni hərbi obyektin yaradılmasına da başlayıb, Və son vaxtlar ABŞ-ın Suriya ərazisindən öz hərbi bazalarını tədricən çıxararaq, İraqa daşıması da bu baxımdan, Türkiyənin maraqlarına cavab verməklə, bu ölkə üzərindən regional təsir mexanizmlərinin formalaşdırılması imkanlarını daha genişləndirir.

Maraqlıdır ki, bütün bu proseslər, xüsusilə də, Suriyadakı bəzi strateji obyektlərin Türkiyənin birbaşa hərbi idarəçiliyinə verilməsi Yaxın Şərqdə regional güc balansının dəyişməsinə yol açmaqdadır. Bu, eləcə də mövcud beynəlxalq münasibətlər konfiqurasiyasının məhz Türkiyənin birbaşa iştirakı ilə yenidən formalaşmasına münbit şərait yarada bilər. Və bu baxımdan, yaxın gələcəkdə rəsmi Ankaranın avanqard rolu vasitəsilə uzunmüddətli qlobal geostrateji razılaşmaların əldə olunması, eyni zamanda, daha genişmiqyaslı beynəlxalq koordinasiya prosesinə start verilməsi qətiyyən istisna deyil.

Göründüyü kimi, Türkiyənin müdafiə sənayesində əldə olunan nailiyyətlər və eləcə də rəsmi Ankaranın həm regional, həm də qlobal məkanda öz hərbi-siyasi iradəsini möhkəmləndirməsi inkaredilməz reallıqdır. Yəni, rəsmi Ankaranın son illərdə Qərbin embarqolarına bağlı “hərbi blokada”nı yararaq, Türkiyənin hərbi potensialını gücləndirməsi beynəlxalq müstəvidə münasibətlər sisteminin arxitekturasında dəyişiklik ehtiyacı yaradır. Və rəsmi Ankaranın dünyada öz mövqeyini əhəmiyyətli dərəcədə gücləndirməsi, eləcə də, NATO səviyyəsində bu hərbi-siyasi uğurların birmənalı şəkildə etiraf olunması Türkiyənin artan geostrateji çəkisinin də göstərir.musavat.com
Bu gün, 12:11
Hamı onlardan danışır - FOTOLAR
Bu gün, 12:05
Son Dəqiqə: Çindən təcili xəbərdarlıq - "İranı dərhal tərk edin"
Bu gün, 11:55
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:47
İki nəfərdən 49 kq narkotik götürüldü - Video
Bu gün, 10:50
Aİ Azərbaycanın 5 gəmisinin sanksiyalarını - Ləğv etdi
Bu gün, 10:46
5 güləşçimiz mübarizəyə başlayır
Bu gün, 09:59
Dövlət qurumundakı əməliyyatlarda 8 nəfər həbs edilib - Rəsmi
Bu gün, 09:54
Ərdoğan göz yaşlarını saxlaya bilmədi - Video
Bu gün, 09:38
SON DƏQİQƏ! Torpaq uçqunu oldu: ölən var - VİDEO
Bu gün, 09:27
Makron siyasəti tərk edir
Bu gün, 09:24
Zelenski Aİ-nin ayırdığı 90 milyardın nəyə xərclənəcəyini açıqladı
Bu gün, 09:20
Azərbaycanda toylarla bağlı qadağalar gəlir?
Bu gün, 09:16
Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
Bu gün, 09:16
Rusiyadan gələn 19 tonluq ZƏHƏR - Təhlükəli yağ Azərbaycana necə daxil olub?
Bu gün, 09:11
Bu qəsəbədə evlər sürətlə bahalaşır: Torpaq tapmaq çətinləşib - FOTO
Bu gün, 09:00
“Türk faktoru” NATO-da hegemoniya qazanır: Türkiyə hərbi blokadanı yardı, indi şərtləri diqtə edir
Dünən, 16:00
Tramp Bakıdan imzasını istədiyi sazişi arxivə göndərdi
Dünən, 15:46
Dövlət Xidmətində əməliyyat keçirildi, iki vəzifəli şəxs saxlanıldı
Dünən, 15:30
İrəvanın bir ayağı yenə “gor”da
Dünən, 13:20
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi - Video
Dünən, 13:15
Yeni təyinatlarla bağlı məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Dünən, 12:55
Prezidentdən qurultay iştirakçılarına - Müraciət
Dünən, 11:52
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI
Dünən, 11:47
"Yeni Klinika"ya direktor təyin olundu
Dünən, 11:40
Brüssel açıqladı: İran müharibəsinə görə gündə təkcə enerjidə 500 mln avro itiririk
Dünən, 11:36
Ağ Evdən ilginc Ankara açıqlaması: Brilikdə həll edə bilərik...
Dünən, 10:38
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri