Rusiyadan gələn 19 tonluq ZƏHƏR - Təhlükəli yağ Azərbaycana necə daxil olub?
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumata görə, Rusiyadan idxal olunmuş bitki tərkibli 19 ton spred yağı məhsulunda ciddi uyğunsuzluq aşkarlanıb. Rəsmi məlumatda bildirilir ki, məhsul “Jirovoy Kombinat” müəssisəsinə məxsusdur.
Laborator analizlərin nəticəsinə əsasən, ümumi çəkisi 19 ton olan, “Şedroe Leto” əmtəə nişanlı, 82,5%-lik, 1 kiloqramlıq məhsul partiyasında normadan kənar göstəricilər qeydə alınıb. Konkret olaraq “3-monoxlorpropan 1,2-diol (3-MCPD)” və “qlisidol şəklində ifadə olunan qlisidil yağ turşusu efirləri” üzrə uyğunsuzluq müəyyən edilib. Bu uyğunsuzluq 24.01.2026–21.09.2026-cı il istehsal və son istifadə tarixlərini əhatə edən məhsul partiyasına aiddir.
Məsələ ilə bağlı AQTA tərəfindən dərhal qanunauyğun tədbirlər görülüb və sözügedən məhsul partiyasının ölkə ərazisindən kənara çıxarılması, utilizasiyası və ya məhv edilməsi barədə qərar qəbul olunub. Lakin bu fakt daha böyük və narahatedici bir sualı gündəmə gətirir: belə məhsullar ümumiyyətlə Azərbaycan bazarına necə daxil ola bilir?
Mövzu ilə əlaqədar Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a danışıb: "Çox təəssüf doğuran haldır ki, AQTA məhsul bazara daxil olduqdan sonra bəzi hallarda məsələyə reaksiya verir; əksər hallarda isə əvvəlcə digər ölkələrdə uyğunsuzluqlar aşkar olunur, yalnız bundan sonra bizdə yoxlamalara başlanılır. Halbuki AQTA-nın bütün gömrük orqanlarında nümayəndələri mövcuddur, müasir laboratoriyaları fəaliyyət göstərir. Təəssüf doğuran digər məqam isə odur ki, hələ yanvar ayından bəri dövriyədə olan mal partiyaları ilə bağlı geri qaytarılma və ya geri çağırılma prosedurları ya işləmir, ya da açıq şəkildə görünmür.
Digər tərəfdən müsbət hal kimi qeyd etmək olar ki, artıq bu cür məhsulların konkret adları açıqlanır. Halbuki illər əvvəl bu məlumatlar ümumi şəkildə təqdim edilirdi və konkretlik yox idi. Lakin bununla kifayətlənmək olmaz. Çox yaxşı olardı ki, həmin məhsulları ölkəyə gətirən şirkətlərin də adları açıqlansın, hansı ticarət şəbəkələrində satışda olduğu göstərilsin. Eyni zamanda, bu məhsulların geri yığılması, məhv edilməsi və ya utilizasiyası prosesi tam şəffaf şəkildə həyata keçirilməli, bu prosesə KİV nümayəndələri də dəvət olunmalıdır. Əfsus ki, hazırda bu məsələlərin böyük hissəsi qaranlıq qalır.
Azad İstehlakçılar Birliyi dəfələrlə çağırış edib ki, belə halların qarşısı məhz gömrük mərhələsində alınsın. Əsas problemlərdən biri də məhv etmə prosedurunun şəffaf olmamasıdır. Belə ki, quruma daxil olan çoxsaylı şikayətlərdə iddia olunur ki, satışdan yığışdırılan bəzi məhsullar sonradan müxtəlif şirniyyat müəssisələrinə, tort istehsalı ilə məşğul olan obyektlərə yönləndirilir. Bu kimi iddialar cəmiyyətdə ciddi narahatlıq yaradır və əhalidə şübhələr formalaşdırır. Bu şübhələrə son qoymaq üçün maksimum şəffaflıq təmin edilməlidir.
İstehlakçılar da məsuliyyətli davranmalı, aldıqları məhsulların etiketlərinə xüsusi diqqətlə yanaşmalı, tərkibini və mənşəyini diqqətlə oxumalıdırlar. Bununla yanaşı, AQTA-ya bir daha çağırış edilir ki, bu kimi problemlərin kökü gömrük mərhələsində həll edilsin və keyfiyyətsiz, təhlükəli məhsulların ölkə bazarına daxil olmasının qarşısı əvvəlcədən alınsın".
Bu gün, 12:13
İlham Əliyev TDT TŞ rəhbərlərini qəbul etdi
Bu gün, 12:09
Azərbaycan sərhədləri gələn ilə qədər bağlı qalacaq - YENİ QƏRAR
Bu gün, 12:00
Azərbaycan bu ölkə ilə hava əlaqəsi yaradır
Bu gün, 11:57
İlham Əliyev: Dünyada beynəlxalq hüququn böhranı müşahidə olunur
Bu gün, 11:51
Azərbaycan lideri: Bu tarixi bir qapının - Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
Bu gün, 11:47
Prezident onlara müraciət etdi
Bu gün, 11:43
Ramiz Mehdiyev məhkəməyə getmək istəmir
Bu gün, 10:52
Bakıda 6 dost gecə 4-də dəhşət yaşayıb - Biri ölüb, digəri ağır yaralanıb - Foto
Bu gün, 10:49
“Həzi Aslanov” stansiyasında təmir yekunlaşır
Bu gün, 10:44
Azərbaycan əhalisinin sayı açıqlandı
Bu gün, 10:41
Hikmət Hacıyevdən sülh prosesi ilə bağlı mühüm bəyanat - FOTO
Bu gün, 10:02
TƏCİLİ: Türkiyə 2 min komando ilə HƏRƏKƏTƏ KEÇDİ - Yunanıstanda HƏYƏCAN
Bu gün, 09:54
Türkiyə gəmisi kasetli bombalarla VURULDU - Ankara Kiyevi cəzalandırmaq üçün HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 09:30
Hövsanda qalmaqal: Məktəbdə pul yığmağa başlanılıb?
Bu gün, 09:30
“Ümid edirəm ki, İranla müharibənin sonuna yaxınlaşırıq”
Bu gün, 09:26
Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi - Yenilənib
Bu gün, 09:11
Paşinyan müxalifətə: Qarabağdan gələnləri evinizə aparın – İkinci dövlətə cəhd edəni...
Bu gün, 09:00
Azərbaycan hökuməti dörd illik proqnozlarını açıqladı: Manatı nə gözləyir?
Dünən, 20:44
HEKİMSEN-DƏ YENİ DÖVR: ADİL KURBANDAN TÜRK DÜNYASINA HƏKİMLİK VİZYONU
Dünən, 16:00
Türk Dünyası Avrasiya üzərində hegemoniya qurur: Əsas qlobal rəqiblər isə artıq sıradan çıxarılmaq üzrədir
Dünən, 15:30
Trampın sərvəti 7 milyard dollara çatdı
Dünən, 14:29
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Dünən, 14:22
Azərbaycan dost, İsrail düşmən siyahısında
Dünən, 14:10
İcra başçısı dama qalxdı - VİDEO
Dünən, 14:00
Avtomobil nəhəngləri böhran həddində: Yaxın 5 ildə hansı avto-markalar çökəcək?
Dünən, 13:19
Taksi sürücüləri sabah imtahan verəcəklər
Dünən, 13:10
İlham Əliyev açılışda iştirak edib - FOTOLAR