Seçim qalmadı: Müharibəyə doğru... - Polkovnik
Siyaset
Oxunub: 866
21 iy 2017 | 09:44
Seçim qalmadı: Müharibəyə doğru... - Polkovnik
















Ermənistan Zəhranın faciəsini törətdikdən sonra daha da qeyri-konstruktiv mövqe tutub

Bunu Şərq.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. O bildirib ki, işğalçı dövlət rəsmiləri çıxışlarında Qarabağ mövzusuna sıra gəldikdə müxtəlif təkliflər ortaya qoyurlar:

"Şərt də qoyurlar ki, Azərbaycan razılaşmasa, danışıqlara getməyəcəklər. Zəhranın faciəsindən sonra humanistlik abu-havası yayılıb. Bütün dünya da buna münasibətini bildirib. Zəhranın başına gələnlər beynəlxalq qurumlarda, təşkilatlarda faciənin uşaqlarda əks olunan simvoluna çevrilib.

Ermənistan dövləti, işğalçı qurum hədə-qorxu ilə çıxış edirlər. Elə şərtlər qoyurlar ki, əvvəldən Azərbaycan bu şərtlə razı olmayacağını bildirib. Artıq Azərbaycan rəhbərliyi sülhdən söhbət belə getmədiyini anlayır. Bütün proseslər müharibəyə doğru gedir və Azərbaycana başqa seçim qoymurlar. Dövlətimiz gec-tez güc variantını seçməlidir və bununla öz torpaqlarını azad etməlidir.

Tarixə baxsaq ermənilərin işğalçı addımlarını davam etdirdiyini görərik. Onlar 23 ildə zaman qazanıblar. Gərginlik artdıqda guya hansısa danışıqlar söhbəti aparırlar və Azərbaycanı danışıqlara getməməkdə günahlandırırlar. Ancaq bu formada danışıqlara getməyə də dəyməz. Çünki onların təklifləri əvvəldən qəbuledilməz olub və bunu təkrarlamağa ehtiyac yoxdur. Ölkə başçısı İlham Əliyev də düzgün mövqe tutub ki, danışıqlar konstruktiv olacaqsa, davam etmək olar. Belə olmayacaqsa, cəmiyyəti aldadıb, vaxt qazandırıb, məsələni uzatmağın mənası yoxdur. Çünki Azərbaycanda cəmiyyət artıq bu məsələ ilə əlaqədar Azərbaycan prezidentinin ətrafında sıx birləşib, öz birliyini, mövqeyini nümayiş etdirib”.

Polkovnik bildirib ki, heç bir beynəlxalq təşkilat, o cümlədən ATƏT-in Minsk qrupu münaqişənin həllinə getməyəcək:

"20 il onu göstərdi ki, torpaqlarımızı ancaq güc yolu ilə qaytara bilərik. Ermənilər də həmişə sözdən deyil, gücdən çəkiniblər. Azərbaycanın gücü isə göz qabağındadır. Silahlı qüvvələrin inkişafı və silahlanması üçün kifayət qədər silahlar alınır və artıq bu silahlar öz sözünü deməlidir. Azərbaycan yumruğunu vurub, işğalçı qüvvələri torpaqlarından qovmalıdır.

Ermənilər o zərbəni hiss etsələr, özləri çağıracaqlar və doğrudan konstruktiv addımlar atacaqlar. Bununla bərabər düşmənin havadarları ortaya çıxır və müxtəlif ifadələr səsləndirirlər. Bölgədə müharibə olması müəyyən dövlətlərin marağında deyil. Bilirlər ki, müharibə sosial problemlərin həllindən dövləti uzaqlaşdırır. Bundan istifadə edib, Azərbaycanı müharibə yoluna çəkib, zəiflətmək istəyənlər də var. Ancaq Azərbaycan vuran zərbəni elə qurmalıdır ki, müharibə uzun müddətli olmasın. Ölkə başçısının dediyi kimi qısa müddətdə zərbəni vurub, torpaqlarımızı işğaldan azad edib, qələbə bayrağını sancmalıyıq. Başqa çıxış yolu yoxdur”.

Ş.Ramaldanov əlavə edib ki, bütün çağırışlar, danışıqlar qabağı Ermənistan təxribatlara əl atır, vəziyyəti gərginləşdirir:

"Bu gün Zəhranın faciəsini yaşadıq, sabah başqa körpələrimiz eyni taleyi yaşayacaq. Çünki düşmənin mərmisinin nə vaxt, haraya atılacağını demək olmur. Bunun sonu artıq görünür. Hesab edirəm ki, artıq güc mexanizmi işə düşmək üzrədir. Yüzlərlə dəfə atəşkəsin pozulması da müharibə ab-havası haqqında fikir söyləməyə əsas verir”.
Bu gün, 16:00
“The Telegraph” niyə Türkiyədən üzr istədi? Saxta təhdiddən real qarşıdurmaya doğru
Bu gün, 15:30
Ermənistanda seçkilər təxirə salına bilər? – İKİ fərqli rəy
Bu gün, 14:22
Bakı 3 GÜC mərkəzinin DİQQƏTİNDƏ – Qafqazda yeni dönəm
Bu gün, 14:00
Müharibə an məsələsidir?- Polşa Baş naziri tarixləri açıqladı: "İllər deyil, aylar qalıb!"
Bu gün, 12:11
Hamı onlardan danışır - FOTOLAR
Bu gün, 12:05
Son Dəqiqə: Çindən təcili xəbərdarlıq - "İranı dərhal tərk edin"
Bu gün, 11:55
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:47
İki nəfərdən 49 kq narkotik götürüldü - Video
Bu gün, 10:50
Aİ Azərbaycanın 5 gəmisinin sanksiyalarını - Ləğv etdi
Bu gün, 10:46
5 güləşçimiz mübarizəyə başlayır
Bu gün, 09:59
Dövlət qurumundakı əməliyyatlarda 8 nəfər həbs edilib - Rəsmi
Bu gün, 09:54
Ərdoğan göz yaşlarını saxlaya bilmədi - Video
Bu gün, 09:38
SON DƏQİQƏ! Torpaq uçqunu oldu: ölən var - VİDEO
Bu gün, 09:27
Makron siyasəti tərk edir
Bu gün, 09:24
Zelenski Aİ-nin ayırdığı 90 milyardın nəyə xərclənəcəyini açıqladı
Bu gün, 09:20
Azərbaycanda toylarla bağlı qadağalar gəlir?
Bu gün, 09:16
Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
Bu gün, 09:16
Rusiyadan gələn 19 tonluq ZƏHƏR - Təhlükəli yağ Azərbaycana necə daxil olub?
Bu gün, 09:11
Bu qəsəbədə evlər sürətlə bahalaşır: Torpaq tapmaq çətinləşib - FOTO
Bu gün, 09:00
“Türk faktoru” NATO-da hegemoniya qazanır: Türkiyə hərbi blokadanı yardı, indi şərtləri diqtə edir
Dünən, 16:00
Tramp Bakıdan imzasını istədiyi sazişi arxivə göndərdi
Dünən, 15:46
Dövlət Xidmətində əməliyyat keçirildi, iki vəzifəli şəxs saxlanıldı
Dünən, 15:30
İrəvanın bir ayağı yenə “gor”da
Dünən, 13:20
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi - Video
Dünən, 13:15
Yeni təyinatlarla bağlı məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Dünən, 12:55
Prezidentdən qurultay iştirakçılarına - Müraciət
Dünən, 11:52
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI