“Türkiyə gücləndikcə Azərbaycan da güclənir” - Prezident İlham Əliyev
“Qardaş Türkiyə torpağında yenidən olmağımdan çox məmnunam. Fürsətdən istifadə edərək qardaş Türkiyə xalqına sülh, rifah, tərəqqi arzulayıram”.
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı Türkiyənin bu gün dünya miqyasında böyük güc, dünya gündəliyinin bir çox məsələlərində həlledici sözə malik olduğunu qeyd edib.
"Bütün bu uğurlar qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi altında əldə edilib. Bu gün Türkiyə sürətlə inkişaf edir, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə şərəfli bir yol keçib. Bugünkü toplantı da bunun təzahürüdür. Türkiyə gücləndikcə Azərbaycan da güclənir, sevinir. Fürsətdən istifadə edərək, Türkiyə xalqına Azərbaycandan bacı və qardaşlarının salamlarını çatdırıram”, - deyə İlham Əliyev vurğulayıb.
***
“Azərbaycan neftin vətənidir”
“Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadır, əməkdaşlıq çoxşaxəlidir və bütün sahələri əhatə edir. O cümlədən enerji sahəsində Türkiyə-Azərbaycan birliyi, əməkdaşlığı bir çox önəmli, strateji layihələrin icrasına imkan verib”.
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.
Dövlət başçısı deyib ki, bu layihələrin içərisində Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və TANAP layihəsi qeyd edilməlidir: “Bu layihələr nəinki regionumuzun, dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Azərbaycan qədim neft diyarıdır. Əslində biz hesab edirik ki, Azərbaycan neftin vətənidir. Çünki dünyada sənaye üsulü ilə nefti lk dəfə Azərbaycanda, Bakıda 1846-cı ildə çıxarılıb. Ondan 1 əsr sonra 20-ci əsrində ortalarında dünyada ilk dəfə dənizdə neft Xəzərin Azərbaycan sektorunda Azərbaycan neftçiləri tərəfindən hasil edilib. Ancaq o vaxt Azərbaycan müstəqil deyildi və bəizim təbii sərvətlərimizdən tam istifadə edə billmirdik. Müstəqillik illərində Azərbaycan xalqı öz taleyinin, sərvətlərinin sahibi oldu və müstəqillik dövründə bu təbii sərvətlər ölkəmizin inkişafına, xalqın rifah halına xidmət etməyə başlayıb. Müstəqilliyimizin ilk illərində, 1994-cü ildə Azərbaycan ilk dəfə Xəzər dənizini xarici sərmayədarların üzünə açdı. 1994-cü ildən Azərbaycanın neft sənayesinə böyük sərmayələr qoyulmağa başlanıb. 1994-cü il həm də ona görə əlamətdardır ki, həmin il “Əsrin müqaviləsi” imzalanıb və bu gün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin doldurulmasında əsas rol oynayır”.
Bu gün, 16:00
“The Telegraph” niyə Türkiyədən üzr istədi? Saxta təhdiddən real qarşıdurmaya doğru
Bu gün, 15:30
Ermənistanda seçkilər təxirə salına bilər? – İKİ fərqli rəy
Bu gün, 14:22
Bakı 3 GÜC mərkəzinin DİQQƏTİNDƏ – Qafqazda yeni dönəm
Bu gün, 14:00
Müharibə an məsələsidir?- Polşa Baş naziri tarixləri açıqladı: "İllər deyil, aylar qalıb!"
Bu gün, 12:11
Hamı onlardan danışır - FOTOLAR
Bu gün, 12:05
Son Dəqiqə: Çindən təcili xəbərdarlıq - "İranı dərhal tərk edin"
Bu gün, 11:55
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:47
İki nəfərdən 49 kq narkotik götürüldü - Video
Bu gün, 10:50
Aİ Azərbaycanın 5 gəmisinin sanksiyalarını - Ləğv etdi
Bu gün, 10:46
5 güləşçimiz mübarizəyə başlayır
Bu gün, 09:59
Dövlət qurumundakı əməliyyatlarda 8 nəfər həbs edilib - Rəsmi
Bu gün, 09:54
Ərdoğan göz yaşlarını saxlaya bilmədi - Video
Bu gün, 09:38
SON DƏQİQƏ! Torpaq uçqunu oldu: ölən var - VİDEO
Bu gün, 09:27
Makron siyasəti tərk edir
Bu gün, 09:24
Zelenski Aİ-nin ayırdığı 90 milyardın nəyə xərclənəcəyini açıqladı
Bu gün, 09:20
Azərbaycanda toylarla bağlı qadağalar gəlir?
Bu gün, 09:16
Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
Bu gün, 09:16
Rusiyadan gələn 19 tonluq ZƏHƏR - Təhlükəli yağ Azərbaycana necə daxil olub?
Bu gün, 09:11
Bu qəsəbədə evlər sürətlə bahalaşır: Torpaq tapmaq çətinləşib - FOTO
Bu gün, 09:00
“Türk faktoru” NATO-da hegemoniya qazanır: Türkiyə hərbi blokadanı yardı, indi şərtləri diqtə edir
Dünən, 16:00
Tramp Bakıdan imzasını istədiyi sazişi arxivə göndərdi
Dünən, 15:46
Dövlət Xidmətində əməliyyat keçirildi, iki vəzifəli şəxs saxlanıldı
Dünən, 15:30
İrəvanın bir ayağı yenə “gor”da
Dünən, 13:20
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi - Video
Dünən, 13:15
Yeni təyinatlarla bağlı məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Dünən, 12:55
Prezidentdən qurultay iştirakçılarına - Müraciət
Dünən, 11:52
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI