Prezidentin sərt qərarı icra başçılarının “yuxusunu qaçırıb”

Prezident İlham Əliyevin sərt qərarı icra başçılarının “yuxusunu qaçırıb”, hətta müalicə adı ilə istirahətdə olanlar belə tələsik öz rayonlarına qayıtmalı olub; rayonda heç bir iş yeri yaratmayan, əhalinin narazılığını artıran icra başçılarının siyahısı artıq hazırdır...
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin “Sovetski”dəki məscidi özbaşına sökdüyü üçün cəzalandırılması mərkəzi hakimiyyətin əsas qolu olan icra hakimiyyəti strukturunda ciddi təşviş yaradıb. Çoxları belə hesab edir ki, uzun illərdir ki, icra başçısı işləmiş İ.Mehdiyevin işdən qovulması əslində bütün icra başçılarına ciddi xəbərdarlıqdır və bu, özünü “balaca padşah” hesab edənlərlə bağlı prosesin hələ başlanığıcıdır.
Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə də prezidentin sərt qərarını digər icra başçılarına xəbərdarlıq kimi qiymətləndirib. “Bundan sonra hər bir kəs tutduğu vəzifədən asılı olmayaraq işinə məsuliyyətlə yanaşmalı, səhvlərə yol verməməli, atdığı addımların nə dərəcə dövlət siyasətinə uyğunluğu haqda özünə hesabat verməlidir” deyə, A.Mirzəzadə vurğulayıb.
“Yeni Müsavat”a hökumətə yaxın mənbələrdən daxil olan məlumata görə, iqtidar işinin öhdəsindən gələ bilməyən, yerli əhalini narazı salan icra başçıları haqda sərt qərarlar verməyə hazırlaşır. Belə ki, bir neçə rayondan mütəmadi olaraq Prezident Administrasiyasına göndərilən şikayətlərdən sonra icra başçılarına xəbərdarlıq edilsə də, onlar işlərində dönüş yarada bilməyiblər. Yada salaq ki, dövlət başçısı İlham Əliyev bu ilin əvvəlində və aprelində keçirdiyi müşavirədə yerli icra başçılarına sərt xəbərdarlıq etmişdi. Prezident icra başçılarına rəhbərlik etdikləri rayonlara investisiya cəlb edilməsini şərt kimi qoymuşdu. “Gələcəkdə yerli icra orqanlarının fəaliyyətinə veriləcək qiymət, eyni zamanda, bu amilə də əsaslanacaqdır - bu və ya digər rayona nə qədər sərmayə gətirilib. Yerli icra orqanları mərkəzi icra orqanları ilə birlikdə bu işləri təşkil etməlidirlər” deyə, prezident qeyd etmişdi. Ölkənin valyuta ehtiyatlarının və mərkəzi büdcədən rayonlara ayrılan vəsaitlərin azalması fonunda dövlət başçısının bu tələbi icra başçıları üçün ciddi sınaq sayılırdı.
Məlumatlara görə, iki-üç rayon istisna olmaqla əksər icra başçısı bu tapşırığı yerinə yetirə bilməyib. Fərqlənən rayon icra başçıları isə yalnız şəxsi əlaqələr hesabına Rusiyanın vilayətləri ilə əməkdaşlıq müqavilələri imzalayıb, qarşılıqlı biznes mühitini canlandırmağa çalışıblar. Bu sırada Gəncə və İmişli rayonlarının icra başçıları fərqləniblər. Onlar şəxsi təşəbbüsləri ilə bir sıra ölkələrə səfər edərək, oradakı iş adamları ilə görüşlər keçirib, rayona investisya yatırmağa çalışıblar. Digər icra başçıları isə ənənəvi “kabinet siyasətindən” əl çəkməyiblər.
Bildirilir ki, rayonda heç bir iş yeri yaratmayan, əhalinin narazılığını artıran icra başçılarının siyahısı artıq hazırlanıb. Mərkəzi hakimiyyətin ümidi doğrultmayanlar əsasən, aran və sərhəd rayonlarıdır. Onlar rayonların iqtisadi potensialına baxmayaraq, ötən aylar ərzində heç bir irəliləyişə nail ola bilməyiblər. Rayona sərmayə cəlb etmək, yeni iş yerləri açmaq, yerli əhalinin problemlərinə daha həssas və çevik münasibət göstərmək əvəzinə, bəzi rayonlarda əksinə, narazılıqlar da artıb. Bu isə iqtidarın yaxınlaşmaqda olan seçki ilində qarşıya qoyduğu siyasi və iqtisadi strategiyaya ziddir. Aydındır ki, seçki ilində sosial-iqtisadi gərginlikdən istifadə edənlər ortaya çıxır ki, əyalətlərdə mümkün narazılıqlar belə qüvvələrin marağına xidmət edə bilər. Bu səbəbdən də yaxın vaxtlarda İbrahim Vəliyev kimi işsiz qalacan icra başçılarının sayı artacaq.
Mənbənin iddiasına ilk növbədə sakinlərin daha çox narazılıq etdiyi icra başçıları dəyişdiriləcək. Həmin icra başçılarının adı müəyyənləşdirilib və prezidentə təqdim edilmək üçün hazırdır. Yevlax, Balakən, Ağcabədi, Beyləqan, Ağdam, Ağstafa, Bərdə, Biləsuvar, Göyçay, Neftçala, Saatlı, Salyan, Şamaxı, Şəmkir və Astara rayonlarının icra başçılarının adının ilk sırada olduğu deyilir. Bu səbəbdən icra başçılarının “yuxusu qaçıb”, hətta müalicə adı ilə istirahətdə olanlar belə tələsik rayona qayıtmalı olublar.
Bu gün, 16:00
“The Telegraph” niyə Türkiyədən üzr istədi? Saxta təhdiddən real qarşıdurmaya doğru
Bu gün, 15:30
Ermənistanda seçkilər təxirə salına bilər? – İKİ fərqli rəy
Bu gün, 14:22
Bakı 3 GÜC mərkəzinin DİQQƏTİNDƏ – Qafqazda yeni dönəm
Bu gün, 14:00
Müharibə an məsələsidir?- Polşa Baş naziri tarixləri açıqladı: "İllər deyil, aylar qalıb!"
Bu gün, 12:11
Hamı onlardan danışır - FOTOLAR
Bu gün, 12:05
Son Dəqiqə: Çindən təcili xəbərdarlıq - "İranı dərhal tərk edin"
Bu gün, 11:55
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:47
İki nəfərdən 49 kq narkotik götürüldü - Video
Bu gün, 10:50
Aİ Azərbaycanın 5 gəmisinin sanksiyalarını - Ləğv etdi
Bu gün, 10:46
5 güləşçimiz mübarizəyə başlayır
Bu gün, 09:59
Dövlət qurumundakı əməliyyatlarda 8 nəfər həbs edilib - Rəsmi
Bu gün, 09:54
Ərdoğan göz yaşlarını saxlaya bilmədi - Video
Bu gün, 09:38
SON DƏQİQƏ! Torpaq uçqunu oldu: ölən var - VİDEO
Bu gün, 09:27
Makron siyasəti tərk edir
Bu gün, 09:24
Zelenski Aİ-nin ayırdığı 90 milyardın nəyə xərclənəcəyini açıqladı
Bu gün, 09:20
Azərbaycanda toylarla bağlı qadağalar gəlir?
Bu gün, 09:16
Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
Bu gün, 09:16
Rusiyadan gələn 19 tonluq ZƏHƏR - Təhlükəli yağ Azərbaycana necə daxil olub?
Bu gün, 09:11
Bu qəsəbədə evlər sürətlə bahalaşır: Torpaq tapmaq çətinləşib - FOTO
Bu gün, 09:00
“Türk faktoru” NATO-da hegemoniya qazanır: Türkiyə hərbi blokadanı yardı, indi şərtləri diqtə edir
Dünən, 16:00
Tramp Bakıdan imzasını istədiyi sazişi arxivə göndərdi
Dünən, 15:46
Dövlət Xidmətində əməliyyat keçirildi, iki vəzifəli şəxs saxlanıldı
Dünən, 15:30
İrəvanın bir ayağı yenə “gor”da
Dünən, 13:20
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi - Video
Dünən, 13:15
Yeni təyinatlarla bağlı məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Dünən, 12:55
Prezidentdən qurultay iştirakçılarına - Müraciət
Dünən, 11:52
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI