DİQQƏT!!! “Azərbaycan cəbhə xəttində döyüş hazırlığı yüksələcək”
Siyaset
Oxunub: 9 312
5 iy 2017 | 11:25
DİQQƏT!!! “Azərbaycan cəbhə xəttində döyüş hazırlığı yüksələcək”














“Ermənistan dinc əhalini qətlə yetirməklə göstərdi ki, Qarabağ probleminin həllində maraqlı deyil

İşğalçı ölkə beynəlxalq hüquq normalarını kobud şəkildə pozur. Dünyanın qəbul etdiyi qaydalar var, dinc əhaliyə qarşı müharibə aparmaq cinayət sayılır”.
Bunu “Report”a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şuranın üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

O, Ermənistanın cəbhədə törətdiyi təxribata münasibət bildirərkən qeyd edib ki, Ermənistan Azərbaycanın yaşayış məskənlərini atəşə tutmaqla, dinc əhalini qətlə yetirməklə özünün azğın siyasətini ortaya qoyur: “Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Ölkəmizin yüksək təcrübəyə malik nizami ordusu var. Hərbçilərimiz yüksək döyüş hazırlığına malikdirlər. Azərbaycanın hərbi potensialı Ermənistanın cavabını 10 dəfə artıq verməyə imkan verir. Ermənistan bunun cavabını gözləsin. Azərbaycan dövləti vətəndaşının təhlükəsizliyinin qorunmasını bir nömrəli vəzifə sayır. Düşmənin torpaqlarımızı işğal altında saxlaması azmış kimi, vətəndaşlarımızı da qətlə yetirməyi özünə şərəf bilir. Ermənistan atdığı addımların cavabını alacaq. İşğalçı dövlət apardığı siyasətin nəyə gətirib çıxardığını hiss etməlidir”.

A.Mirzəzadə vurğulayıb ki, məsələnin bu həddə çatmasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin də məsuliyyəti var: “Problemə qiymət verərkən hər iki tərəfə eyni münasibət bəslənilməsi, işğalçının adı ilə çağırılmaması Ermənistanın həyasızlaşmasına, onun cəzasızlıq mühitində fəaliyyət göstərməsinə səbəb olur. Azərbaycan cəbhə xəttində döyüş hazırlığını yüksəldəcək, Ermənistanın təxribatının qarşısı alınacaq. Beynəlxalq ictimaiyyət də məsələ ilə bağlı məlumatlandırılıb. Beynəlxalq təşkilatlardan bu məsələyə münasibət bildirilməsi istəniləcək”.

Qeyd edək ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.
Bu gün, 16:00
“The Telegraph” niyə Türkiyədən üzr istədi? Saxta təhdiddən real qarşıdurmaya doğru
Bu gün, 15:30
Ermənistanda seçkilər təxirə salına bilər? – İKİ fərqli rəy
Bu gün, 14:22
Bakı 3 GÜC mərkəzinin DİQQƏTİNDƏ – Qafqazda yeni dönəm
Bu gün, 14:00
Müharibə an məsələsidir?- Polşa Baş naziri tarixləri açıqladı: "İllər deyil, aylar qalıb!"
Bu gün, 12:11
Hamı onlardan danışır - FOTOLAR
Bu gün, 12:05
Son Dəqiqə: Çindən təcili xəbərdarlıq - "İranı dərhal tərk edin"
Bu gün, 11:55
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:47
İki nəfərdən 49 kq narkotik götürüldü - Video
Bu gün, 10:50
Aİ Azərbaycanın 5 gəmisinin sanksiyalarını - Ləğv etdi
Bu gün, 10:46
5 güləşçimiz mübarizəyə başlayır
Bu gün, 09:59
Dövlət qurumundakı əməliyyatlarda 8 nəfər həbs edilib - Rəsmi
Bu gün, 09:54
Ərdoğan göz yaşlarını saxlaya bilmədi - Video
Bu gün, 09:38
SON DƏQİQƏ! Torpaq uçqunu oldu: ölən var - VİDEO
Bu gün, 09:27
Makron siyasəti tərk edir
Bu gün, 09:24
Zelenski Aİ-nin ayırdığı 90 milyardın nəyə xərclənəcəyini açıqladı
Bu gün, 09:20
Azərbaycanda toylarla bağlı qadağalar gəlir?
Bu gün, 09:16
Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
Bu gün, 09:16
Rusiyadan gələn 19 tonluq ZƏHƏR - Təhlükəli yağ Azərbaycana necə daxil olub?
Bu gün, 09:11
Bu qəsəbədə evlər sürətlə bahalaşır: Torpaq tapmaq çətinləşib - FOTO
Bu gün, 09:00
“Türk faktoru” NATO-da hegemoniya qazanır: Türkiyə hərbi blokadanı yardı, indi şərtləri diqtə edir
Dünən, 16:00
Tramp Bakıdan imzasını istədiyi sazişi arxivə göndərdi
Dünən, 15:46
Dövlət Xidmətində əməliyyat keçirildi, iki vəzifəli şəxs saxlanıldı
Dünən, 15:30
İrəvanın bir ayağı yenə “gor”da
Dünən, 13:20
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi - Video
Dünən, 13:15
Yeni təyinatlarla bağlı məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Dünən, 12:55
Prezidentdən qurultay iştirakçılarına - Müraciət
Dünən, 11:52
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI