Azərbaycanda daha bir məmur işdən çıxarıldı
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin ərazilərində meşəsalma tədbirlərinin və mühafizə işlərinin effektivliyinin nəzarətdə saxlanılması, qanun pozuntularının qarşısının alınması məqsədilə meşə sahələrində aparılan yoxlamalar davam etdirilir.
Nazirlikdən report-a verilən məlumata görə, Meşələrin İnkişafı Departamentinin iş planına uyğun olaraq aprel ayında Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşələrin qorunub mühafizə olunması vəziyyəti araşdırılıb. 10 meşə dolayında həyata keçirilən yoxlama nəticəsində, ümumilikdə 2061,5 m3 həcmində 16204,99 manat məbləğində qanunsuz qırıntı aşkar edilib. Aşkar olunmuş nöqsan və qanun pozuntularının qarşısının alınması, həmçinin belə halların bir daha təkrar olunmaması, iş və icra intizamının günün tələbi səviyyəsində təmin edilməsi məqsədilə Departamentin müvafiq əmrinə əsasən 4 mühafizə işçisi işdən çıxarılıb, 7 nəfər barəsində isə ciddi intizam tənbehi tədbirləri görülüb. Həmçinin yol verilmiş qanunsuzluqlara hüquqi qiymət verilməsi üçün araşdırma materialları Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib, qanunsuz ağac kəsilməsi faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə cinayət işi başlanıb, hazırda iş istintaqdadır.
Oğuz MMBM-də aparılmış bu yoxlamanın nəticələrinin müəssisənin fəaliyyətində dönüş yaradıb-yaratmamasını araşdırmaq məqsədilə 20-25 iyun 2017-ci il tarixlərində Nazirlikdə yaradılmış Komissiya tərəfindən meşələrin qorunub mühafizə olunması vəziyyəti yenidən yoxlanılıb. Yoxlama zamanı 9 meşə dolayında, ümumilikdə 292,52 m3həcmində, 1834,30 manat kök üstə nırx dəyərində qanunsuz qırıntı aşkar edilib. Görülmüş intizam tənbehi tədbirlərindən nəticə çıxarılmadığına, əksinə qanunsuzluqlara təkrar yol verildiyinə görə, Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşələrin qorunub mühafizə olunması vəziyyətinin kompleks araşdırılıb başa çatdırılması məqsədilə növbəti dəfə geniş tərkibdə komissiya yaradılıb. Aparılacaq araşdırmaların obyektiv, hərtərəfli tam həyata keçirilməsi və bu zaman kənar təsirlərin minimuma endirilməsi məqsədilə müəssisənin direktoru Bayram Umarov tutduğu vəzifədən azad edilib. Hazırda komissiya tərəfindən araşdırma davam etdirilir, tam olaraq yekunlaşdıqdan sonra digər cavabdeh meşə işçiləri barəsində də ciddi intizam tənbehi tədbirləri görüləcək.
Bu gün, 16:00
“The Telegraph” niyə Türkiyədən üzr istədi? Saxta təhdiddən real qarşıdurmaya doğru
Bu gün, 15:30
Ermənistanda seçkilər təxirə salına bilər? – İKİ fərqli rəy
Bu gün, 14:22
Bakı 3 GÜC mərkəzinin DİQQƏTİNDƏ – Qafqazda yeni dönəm
Bu gün, 14:00
Müharibə an məsələsidir?- Polşa Baş naziri tarixləri açıqladı: "İllər deyil, aylar qalıb!"
Bu gün, 12:11
Hamı onlardan danışır - FOTOLAR
Bu gün, 12:05
Son Dəqiqə: Çindən təcili xəbərdarlıq - "İranı dərhal tərk edin"
Bu gün, 11:55
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:47
İki nəfərdən 49 kq narkotik götürüldü - Video
Bu gün, 10:50
Aİ Azərbaycanın 5 gəmisinin sanksiyalarını - Ləğv etdi
Bu gün, 10:46
5 güləşçimiz mübarizəyə başlayır
Bu gün, 09:59
Dövlət qurumundakı əməliyyatlarda 8 nəfər həbs edilib - Rəsmi
Bu gün, 09:54
Ərdoğan göz yaşlarını saxlaya bilmədi - Video
Bu gün, 09:38
SON DƏQİQƏ! Torpaq uçqunu oldu: ölən var - VİDEO
Bu gün, 09:27
Makron siyasəti tərk edir
Bu gün, 09:24
Zelenski Aİ-nin ayırdığı 90 milyardın nəyə xərclənəcəyini açıqladı
Bu gün, 09:20
Azərbaycanda toylarla bağlı qadağalar gəlir?
Bu gün, 09:16
Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
Bu gün, 09:16
Rusiyadan gələn 19 tonluq ZƏHƏR - Təhlükəli yağ Azərbaycana necə daxil olub?
Bu gün, 09:11
Bu qəsəbədə evlər sürətlə bahalaşır: Torpaq tapmaq çətinləşib - FOTO
Bu gün, 09:00
“Türk faktoru” NATO-da hegemoniya qazanır: Türkiyə hərbi blokadanı yardı, indi şərtləri diqtə edir
Dünən, 16:00
Tramp Bakıdan imzasını istədiyi sazişi arxivə göndərdi
Dünən, 15:46
Dövlət Xidmətində əməliyyat keçirildi, iki vəzifəli şəxs saxlanıldı
Dünən, 15:30
İrəvanın bir ayağı yenə “gor”da
Dünən, 13:20
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi - Video
Dünən, 13:15
Yeni təyinatlarla bağlı məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Dünən, 12:55
Prezidentdən qurultay iştirakçılarına - Müraciət
Dünən, 11:52
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI