Kərəm Məmmədov istefa verdi - Nə baş verir? + Müraciət

"Borçalı" İctimai Birliyinin sədri Kərəm Məmmədov təmsil etdiyi qurumun rəhbərliyindən istefa verib
O, bu barədə birliyin təsisçiləri və İdarə Heyətinin üzvlərinə belə müraciət edib:
"Bir il öncə Borçalı İctimai Birliyinin konfransında mənə səs verərək Borçalı İB-nin sədrliyinə seçənlərə göstərdikləri etimada görə dərin təşəkkürümü bildirirəm.
Borçalı İctimai Birliyinin sədri kimi Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinin müəyyən edilməsi, öyrənilməsi və həlli yollarının tapılması üçün İH-nin bəzi üzvləri ilə birlikdə əlimizdən gələni etdik. Hesab edirəm ki, Borçalıdakı soydaşlarımızın etnik kimliklərinin qorunub saxlanmasında, Avroatlantik məkanın üzvi bir hissəsinə inteqrasiya etməkdə olan Gürcüstan cəmiyyətinin tam hüquqlu vətəndaşlarına çevrilmələrində əsas hədəf təhsil olmalıdır. Bir il ərzində obyektiv və subyektiv səbəblər üzündən düşündüklərimizin hamısını həyata keçirə bilməsək də, soydaşlarımızın problemlərinə biganə qalmayan Azərbaycan vətəndaşlarının, ziyalıların və dövlət rəsmilərinin yaxından köməyi ilə bir sıra addımlar ata bildik.
Keçən ilin yayında Sadaxlı və Sarvan El Bayramlarında yaxından iştirak etdik, Respublikamızın dəyərli ziyalılarının iştirakı ilə soydaşlarımızın təhsil problemləri ilə bağlı Dəyirmi Masa təşkil etdik, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində soydaşlarımız üçün Azərbaycan dövlətinin dəstəyi ilə xeyli dərs vəsaiti və bədii ədəbiyyat göndərilməsinə nail olduq. Azərbaycanımızın tanınmış tarixçiləri və siyasətçilərinin də iştirak etdikləri növbəti Dəyirmi Masa gürcüstanlı soydaşlarımızın Azərbaycanın milli-mənəvi dəyərlərinin zənginləşməsindəki xidmətlərinə həsr olundu, İH-nin üzvləri ilə birlikdə 20 Yanvar, Xocalı, 31 Mart şəhidlərini anma mərasimlərində, Gürcüstanda keçirilən Novruz bayramı tədbirlərində fəal iştirak etdik. Novruz bayramı günlərində Borçalı ziyalıları ilə görüş keçirib,onları maraqlandıran sualları cavablandırdıq.
Hesab edirəm ki, təkcə idarə heyətində təmsil olunub-olunmamasından asılı olmayaraq bəzi soydaşlarımızın ümumi işlərə olan biganəliyi və mənəm-mənəmlik iddiaları olmasaydı daha böyük işlər görə bilərdik.
Biz - Borçalının aydınları həmişə həyəcan təbili çalaraq bildirmişik ki, Borçalı elə bir strateji məkandır ki, burada dünyanın bütün güc mərkəzlərinin ideoloqları, siyasətçiləri milli azlıqların hissləri ilə oynayır, Qafqaz xalqları arasında etimadsızlıq, milli ayrıseçkilik toxumları səpirlər. Çox təəssüflər olsun ki, onlar bu əməllərini bəzən həyata keçirməyə də nail olurlar. 2016-cı ildə yenidən saflaşdırmağa, durultmağa çalışdığımız Birlik bacardığı qədər bu bəd əməllərin qarşısını almağa çalışdı.
Əziz soydaşlarım, hesab edirəm ki, ictimai təşkilatın sədri olmaq hər hansı zənginlik və firavanlıq mənbəyi ola bilməz. Reallıq budur ki, maddi dayaqları zəif, yaxud heç olmayan ictimai təşkilatın fəaliyyəti güclü ola bilməz. Əziz eloğlularım, Borçalı təkcə Borçalı İctimai Birliyinin təsisçilərinin, Birliyin sədrinin deyil.
Hamımız bu elin oğluyuq, onun suyunu içib, havasını udmuşuq. Borçalıya ancaq dünyadan köçmüşlərimizin baş daşlarının tozunu silmək üçün yox, orada yaşayan soydaşlarımızın dərdlərinə şərik olub, onların qayğısına qalmaq, ulularımızın ruhları dolaşan o müqəddəs torpaqlara ancaq kef məclisləri açmaq üçün yox, o yurda can vermək üçün getməliyik. Borçalı İctimai Birliyinin fəaliyyətini daha da canlandırmaq üçün gəncləri bu işə qoşulmağa çağırır, eyni zamanda Borçalımızın adını daşıyan ictimai birlik yaratdıqlarına görə İctimai Birliyin indi həyatda olan təsisçilərinə dərin təşəkkürümü bildirir, dünyasını dəyişənlərə isə Ulu Tanrıdan rəhmət diləyirəm.
Hörmətli təsisçilər və İH-nin üzvlər, bütün şüurlu ömrümü həsr etdiyim elmi-pedoqoji fəaliyyətim, üzərində çalışdığım "Borçalı orta əsrlərdə” mövzusundakı doktorluq dissertasiyam, "Borçalı tarixi” adlı monoqrafiyanın və "Türk xalqlarının etnoqrafiyası” adlı dərsliyin hazırlanması daha çox zaman tələb etdiyindən və səhhətimdə yaranan problemlərlə bağlı Borçalı İctimai Birliyinə bundan sonra rəhbərlik edə bilməyəcəyimi diqqətinizə çatdırır və Birliyin sədri vəzifəsindən istefamı qəbul etməyinizi xahiş edirəm.
Sədrlikdən obyektiv və subyektiv səbəblərə görə istefa verməyimə baxmayaraq, bundan sonra da Borçalı İctimai Birliyinin bütün işlərində əlimdən gələn köməyi əsirgəməyəcəyimi bəyan edirəm".
Bu gün, 16:00
“The Telegraph” niyə Türkiyədən üzr istədi? Saxta təhdiddən real qarşıdurmaya doğru
Bu gün, 15:30
Ermənistanda seçkilər təxirə salına bilər? – İKİ fərqli rəy
Bu gün, 14:22
Bakı 3 GÜC mərkəzinin DİQQƏTİNDƏ – Qafqazda yeni dönəm
Bu gün, 14:00
Müharibə an məsələsidir?- Polşa Baş naziri tarixləri açıqladı: "İllər deyil, aylar qalıb!"
Bu gün, 12:11
Hamı onlardan danışır - FOTOLAR
Bu gün, 12:05
Son Dəqiqə: Çindən təcili xəbərdarlıq - "İranı dərhal tərk edin"
Bu gün, 11:55
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:47
İki nəfərdən 49 kq narkotik götürüldü - Video
Bu gün, 10:50
Aİ Azərbaycanın 5 gəmisinin sanksiyalarını - Ləğv etdi
Bu gün, 10:46
5 güləşçimiz mübarizəyə başlayır
Bu gün, 09:59
Dövlət qurumundakı əməliyyatlarda 8 nəfər həbs edilib - Rəsmi
Bu gün, 09:54
Ərdoğan göz yaşlarını saxlaya bilmədi - Video
Bu gün, 09:38
SON DƏQİQƏ! Torpaq uçqunu oldu: ölən var - VİDEO
Bu gün, 09:27
Makron siyasəti tərk edir
Bu gün, 09:24
Zelenski Aİ-nin ayırdığı 90 milyardın nəyə xərclənəcəyini açıqladı
Bu gün, 09:20
Azərbaycanda toylarla bağlı qadağalar gəlir?
Bu gün, 09:16
Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
Bu gün, 09:16
Rusiyadan gələn 19 tonluq ZƏHƏR - Təhlükəli yağ Azərbaycana necə daxil olub?
Bu gün, 09:11
Bu qəsəbədə evlər sürətlə bahalaşır: Torpaq tapmaq çətinləşib - FOTO
Bu gün, 09:00
“Türk faktoru” NATO-da hegemoniya qazanır: Türkiyə hərbi blokadanı yardı, indi şərtləri diqtə edir
Dünən, 16:00
Tramp Bakıdan imzasını istədiyi sazişi arxivə göndərdi
Dünən, 15:46
Dövlət Xidmətində əməliyyat keçirildi, iki vəzifəli şəxs saxlanıldı
Dünən, 15:30
İrəvanın bir ayağı yenə “gor”da
Dünən, 13:20
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi - Video
Dünən, 13:15
Yeni təyinatlarla bağlı məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Dünən, 12:55
Prezidentdən qurultay iştirakçılarına - Müraciət
Dünən, 11:52
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI