Natiq Əliyevdən sonra: Energetika Nazirliyi SOCAR-a birləşdirilir - Eksklüziv
Siyaset
Oxunub: 22 191
29 in 2017 | 00:45
Natiq Əliyevdən sonra: Energetika Nazirliyi SOCAR-a birləşdirilir - Eksklüziv















Mərhum nazir Natiq Əliyevin vəfatından sonra Energetika Nazirliyinin SOCAR-a birləşdirilməsi planı sürətlənə bilər

Nazirliyin neft şirkətinə birləşdirilməsi çoxdan nəzərdə tutulurdu.

Amma N.Əliyevin peşəkar və şəffaf fəaliyyətinə görə bu struktur islahatına gedilmirdi. Hətta mərhum nazir yaşasaydı, bu struktur dəyişikliyinin gerçəkləşməsi uzun müddət ertələnə bilərdi.

Taleyin işi elə gətirdi ki, mərhum nazir qəfil dünyasını dəyişdi. İndi onun vəzifələrini müavinləri icra edir. Hələlik nazirlikdə kimin N.Əliyevin yerinə gətiriləcəyi barədə qeyri-müəyyənlikdir.

Çox güman ki, onun 40 mərasimi olandan sonra nazir postuna təyinat olacaq. Amma gələn bilgilər daha çox nazirliyin ləğv edilərək SOCAR-a birləşdiriləcəyini söyləyir. Energetika Nazirliyində də kütləvi ixtisarların olacağı barədə xəbərlər gəlməkdədir.

Nazirlikdən sızan məlumata görə, nazirliyin “Dövlət Enerji Nəzarəti” İdarəsi və “Dövlət Qaz Nəzarəti” İdarəsində ixtisarlar gedəcəyi gözlənilir.

Ulus.Az-ın əldə etdiyi məlumata görə, bu nazirliyin funksiyalarının bir qisminin Dövlət Neft Şirkətinə (SOCAR) verilməsi, o cümlədən İqtisadi İnkişaf Nazirliyinin bazasında Yanacaq-Energetika Departamentinin formalaşdırılması ideyası gündəmə gəlib.

Postneft dövrünün başlanması artıq bu qurumun lazımsızlığını şərtləndirib. Hakim dairələrdə gedən müzakirələrə görə, bu nazirliyin fəaliyyəti həm büdcəyə israfçılıqdır, həm faydalılıq əmsalı aşağıdır. Bu nazirliyin ləğvi barədə təkliflərdən birini də deputat Zahid Oruc vermişdi.

O, parlamentdə belə deyib: “Energetika Nazirliyi nəyə lazımdır ki? SOCAR onun səlahiyyətlərini yerinə yetirir. Natiq müəllim təcrübəli kadrdır.

Ölkənin neft strategiyasının həyata keçirilməsində mühüm rol oynayıb. Amma indiki durumda ayrıca bir nazirliyə ehtiyac yoxdur”.

Onu da yada salaq ki, Azərbaycanda bir neçə enerji qurumunun birləşdirilməsi təklif olunur.

İddialara görə, “Azəristiliktəchizat” ASC, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti, “Azərenerji” ASC, “Azərişıq” ASC, Bakı Enerji Tikinti ASC, "İstilik enerji istehsalat" MMC bir vahid mərkəzə çevrilə bilər. Bu qurumların ayrı-ayrılıqda fəaliyyəti büdcəyə israfçılıq kimi qiymətləndirilib.
Bu gün, 16:00
“The Telegraph” niyə Türkiyədən üzr istədi? Saxta təhdiddən real qarşıdurmaya doğru
Bu gün, 15:30
Ermənistanda seçkilər təxirə salına bilər? – İKİ fərqli rəy
Bu gün, 14:22
Bakı 3 GÜC mərkəzinin DİQQƏTİNDƏ – Qafqazda yeni dönəm
Bu gün, 14:00
Müharibə an məsələsidir?- Polşa Baş naziri tarixləri açıqladı: "İllər deyil, aylar qalıb!"
Bu gün, 12:11
Hamı onlardan danışır - FOTOLAR
Bu gün, 12:05
Son Dəqiqə: Çindən təcili xəbərdarlıq - "İranı dərhal tərk edin"
Bu gün, 11:55
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:47
İki nəfərdən 49 kq narkotik götürüldü - Video
Bu gün, 10:50
Aİ Azərbaycanın 5 gəmisinin sanksiyalarını - Ləğv etdi
Bu gün, 10:46
5 güləşçimiz mübarizəyə başlayır
Bu gün, 09:59
Dövlət qurumundakı əməliyyatlarda 8 nəfər həbs edilib - Rəsmi
Bu gün, 09:54
Ərdoğan göz yaşlarını saxlaya bilmədi - Video
Bu gün, 09:38
SON DƏQİQƏ! Torpaq uçqunu oldu: ölən var - VİDEO
Bu gün, 09:27
Makron siyasəti tərk edir
Bu gün, 09:24
Zelenski Aİ-nin ayırdığı 90 milyardın nəyə xərclənəcəyini açıqladı
Bu gün, 09:20
Azərbaycanda toylarla bağlı qadağalar gəlir?
Bu gün, 09:16
Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
Bu gün, 09:16
Rusiyadan gələn 19 tonluq ZƏHƏR - Təhlükəli yağ Azərbaycana necə daxil olub?
Bu gün, 09:11
Bu qəsəbədə evlər sürətlə bahalaşır: Torpaq tapmaq çətinləşib - FOTO
Bu gün, 09:00
“Türk faktoru” NATO-da hegemoniya qazanır: Türkiyə hərbi blokadanı yardı, indi şərtləri diqtə edir
Dünən, 16:00
Tramp Bakıdan imzasını istədiyi sazişi arxivə göndərdi
Dünən, 15:46
Dövlət Xidmətində əməliyyat keçirildi, iki vəzifəli şəxs saxlanıldı
Dünən, 15:30
İrəvanın bir ayağı yenə “gor”da
Dünən, 13:20
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi - Video
Dünən, 13:15
Yeni təyinatlarla bağlı məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Dünən, 12:55
Prezidentdən qurultay iştirakçılarına - Müraciət
Dünən, 11:52
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI