Nazir bunu da etdi: Heydər Əsədov ərəblərlə qoyun əti biznesi qurub - Detallar
Siyaset
Oxunub: 3 896
24 in 2017 | 17:45
Nazir bunu da etdi: Heydər Əsədov ərəblərlə qoyun əti biznesi qurub - Detallar















Kənd təsərrüfatı nazirinin ərəblərlə ət biznesinin olduğu haqda ididalar səslənir

Nazir Heydər Əsədov ərəblərlə qoyun əti bazarlığına gedib.

İddialara görə, KTN şefinin əlaltıları və bu sahədə işbazları var və onlar ərəblərə qoyun əti satırlar. Bu da həmin ərəblərin fərdi təsərrüfatlardan, müstəqil fermerlərdən qoyun əti almasını məhdudlaşdırmağa hesablanıb.

Nazirin qoyun əti biznesində yaratdığı monopoliya hələ ki, diqqətdən kənarda qalıb. Ərəblərin isə kütləvi şəkildə qoyun ətini ölkəmizdən daşıdığı və o baxımdan Azərbaycanda ət qıtlığı yarandığı xəbər verilir.

Təxminən 2 ay əvvəl 1 manat - 1 manat 50 qəpik ucuzlaşan ət yenidən bahalaşıb. Belə ki, Bakıda mal əti 11 manat 50 qəpik, qoyun əti 12 manat, quzu əti 13 manata təklif edilir.

Azərbaycanda ətin konkret olaraq qoyun ətinin bahalaşmasına ərəb faktorunun da təsir etdiyi bildirilir.

Son vaxtlar Azərbaycana tez-tez səfər edən zəngin ərəb şeyxləri və şahzadələri burada yedikləri qoyun ətini ölkələrindəki ətlə müqayisə edərək, belə qənaətə gəliblər ki, azərbaycanlıların təklif etdikləri ət daha dadlıdır.

Ancaq təkcə dadlı deyil, ərəb ölkələrində maldarlıq olmadığı üçün Azərbaycandan 10 manatdan alıb öz ölkələrində 20-25 dollardan satırlar.

Ulus.Az sosial şəbəkələrə istinadla xəbər verir ki, nazir Heydər Əsədov Azərbaycanı Ukrayna, Rusiya və Gürcüstandan idxal edilən ət məhsullarına möhtac edib.

Ötən ilin sentyabr-oktyabr aylarında Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun oğlu- Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktum və onun 100-ə yaxın adamı ov etmək üçün Azərbaycana gəlmişdi.

Buna qədər isə ərəblər 2015-ci ilin mart ayında da Saatlı və İmişli rayonlarında, Mil düzündə - Kür-Araz ovalığının cənub-qərb hissəsindəki ovalıqlarda dincəlmişdilər.

O zamankı ov həvəskarları keçmiş Qətər əmiri Şeyx Hamad bin Xəlifə əl-Taninin oğlanları və ya Qətərin indiki əmiri Şeyx Tamim bin Hamad əl-Taninin qardaşları olmuşdu. Həmin vaxt ərəb şeyxləri ov zamanı Saatlı rayonu ərazisində, Mil düzündə çadırlar quraraq orada qalırdılar.

Yerli ət istehsalı tələbatın cəmi 38 faizini ödəyir. Adambaşına təxminən 10 kiloqram toyuq əti, 10 kiloqram mal əti, 10 kiloqram qoyun əti düşür. Halbuki adambaşına tələbat normaya uyğun olaraq 84 kiloqramdır.

Biz bunun yalnız 30 kiloqramını təmin edə bilirik. Son vaxtlar ət və ət məhsulları, həm də kəsim üçün diri heyvan idxalı artıb. Burada söhbət qoyun, keçi və iribuynuzlu mal-qaradan gedir.
Dünən, 12:08
Bəzi ərazilərdə güclü leysan olub, şimşək çaxıb
Dünən, 11:46
Yol polisi sürücülərə müraciət etdi
Dünən, 11:41
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Dünən, 11:37
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - Siyahı
Dünən, 10:32
4 cüdoçumuz Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq
Dünən, 10:29
Azərbaycanda insanlar bu qədər yaşayır - NAZİRLİK AÇIQLADI
Dünən, 10:24
Beynəlxalq səyyahlar Zəngilana səfər ediblər - FOTO
Dünən, 10:19
Saf, orqanik ad altında satılan ballar: Peşəkar arıçıdan şok ETİRAFLAR
Dünən, 10:14
Tramp: "Putin Ermənistan-Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi"
Dünən, 09:00
Ermənilərin növbəti qorxusu – Azərbaycan Tavuş istiqamətində 500 metr
9-10-2026, 16:00
ABŞ Konqresində Azərbaycana qarşı 241 kvadratkilometrlik İDDİA – 30 il susanlar hərəkətə keçdi
9-10-2026, 15:30
Jirinovskinin Azərbaycanla bağlı proqnozu – “Qarabağ azad ediləcək, İran isə...”
9-10-2026, 14:22
İlham Əliyev və Donald Trampın Bakı Zirvəsini keçirməsi mümkündürmü?
9-10-2026, 13:56
Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
9-10-2026, 13:26
MDB-də 2028-ci il Sosial inkişaf və həyat keyfiyyəti ili elan edildi
9-10-2026, 13:19
Azərbaycanda maaş artdı
9-10-2026, 13:15
Azərbaycanın xaricdəki ticarət nümayəndəliklərində bayraq, gerb və lövhə yerləşdiriləcək
9-10-2026, 13:12
İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO
9-10-2026, 12:11
Büdcədə 4 milyard manata yaxın artıqlıq yarandı
9-10-2026, 11:38
Azərbaycan iqtisadiyyatı 1,5% böyüyüb
9-10-2026, 11:18
“Retro Holding”də milyon yarımlıq yeyinti - Həbs edilən var
9-10-2026, 11:00
4 gün iş olmayacaq - Tarix açıqlandı
9-10-2026, 10:59
İlham Əliyev: Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə yükdaşımaları ildə 15 milyon tona çatdırmağa hazırıq
9-10-2026, 10:56
Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
9-10-2026, 10:51
Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır
9-10-2026, 10:48
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ
9-10-2026, 10:11
Paşinyan səhərini Azərbaycan mahnısı ilə açdı, "ürək" göstərdi