I vitse-prezident qarışmasa “Parabank” şəhid ailəsini küçəyə atırdı - Rəzalət/Yoxlama
"Parabank" şəhid ailəsinin borcunu bağışlayıb.
Bu gün millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə "Parabank" rəhbərliyinin aprel şəhidini məhkəməyə verdiyi, evlərini itirmək qorxusunun yarandığı haqda yazmışdı.
AZXEBER.COM xəbər verir ki, millət vəkili artıq məsələnin öz həllini tapdığını və borcun bağışlandığını qeyd edib. Millət vəkili I vitse-prezident Mehriban Əliyevaya şəhid ailələrini daim diqqətdə saxladığı üçün xüsusi təşəkkürünü bildirib:
"Para BOKT ASC"-yə və idarə heyətinin sədri Vəli Quliyevə təşəkkürlər. Şehid qardaşımız Xaliq bəyin ailəsinin banka bütün borclarını bağışladılar və bununla bağlı sənədləri şəhidimizin anasına ve atasına verdilər. Eyni zamanda ölkəmizin 1-ci Vitse Prezidenti Mehriban xanım Əliyevaya xüsusi təşəkkür edirik. Mehriban xanımın köməkçisi Anar Ələkbərov zəng edib şəhid anamızla danışdı ve dedi ki, şəhid ailələri Mehriban xanımın xüsusi diqqetindədir və ailənin qayğıları ile maraqlanır. Bankın rəhbəri Vəli müəllimə operativ münasibəti üçün bir daha təşəkkürlər".
Xatırladaq ki, millət vəkili bu haqda bu gün yazmışdı: Sizə bir az əvvəl rəsmi məktubla yanaşı bu açıq məktub da yazmaq istədim. Buna səbəb Aprel şəhidimiz Xaliq Əzizzadənin anasının, yəni şəhid anasının bir saatdır həyacandan, əsəbdən, üzüntüdən dayanmayan gözyaşlarıdır. Çünki o övladının bir müddət əvvəl fəaliyyətdə olan "Para Bank"dan götürdüyü pul və bankın onların başına gətirdiyi oyunlar üzündən məhkəməyə verilib və yaşadığı evi itirməklə üz-üzədir. Ən dəhşətlisi isə sizin Xətai rayon məhkəməsində qaldırdığınız iddia əsasında Aprel şəhidinin cavabdeh qismində məhkəmə çağırılmasıdır. Doğurdanmı 1 ildən çox vaxt keçməsinə, bütün ölkənin Aprel şəhidlərini tanımasına ramən qurumunuzda Xaliq Əzizzadənin şəhid olması barədə xəbər yoxdur ki onu cavabdeh qismində məhkəməyə çağırtdırır "PARA" BOKT ASC. Bunun bir ana üçün nə qədər böyük bir ağrı olduğunun fərqində olmaq bu qədərmi çətindir?
"Para" BOKT ASC rəhbərliyi! Sizi yaraşan bu şəhid ailəsini qəbul edib, problemin həlli istiqamətində addımlar atmaqdır. Şəhid anasının da söylədiyi kimi doğurdanmı şəhidimizin Vətənimiz üçün, bizim üçün axıtdığı qanın o pul qədər dəyəri yoxdur. Məncə siz də belə düşünürsünüz ki var. Məncə siz də düşünürsünüz ki şəhid anası və atası banka borc üzündən(o borcun hansı oyunlarla böyüdüyünü qəbul etsəniz şəhidimizin anası və atası sizə geniş izah edər. Təbii siz keçmişdə törədilmiş bu işlərdə cavabdeh deyilsiniz amma bu ailə də qurban olmamaldır)evsiz qalmamalıdır. Hara gedəcək bu ağcaçlı ana və ağsaqqal ata? Onlar Ermənistandan qaçqın düşmüş insan kimi bir dəfə evlərini itiriblər və illərlə zəhmətdən sonra aldıqları bu evdən başqa da nə evləri nə də gedə biləcəkləri bir yer var. Ölkəmizin 1-ci Vitse Prezidenti hörmətli Mehriban xanım Əliyevanın bu ailələrlə görüşündə dediyi sözlər, önəmli mesajlar hamımızın yaxşı yadımızdadır. Bu ailələrə hər bir çətinlikdə yardım olmalıyıq. "Para" BOKT ASC rəhbərliyi! Bu gün həyatımdakı ən ağır günlərdən birini yaşayıram. Çünki bir şəhid anasnını 1 saata yaxındır ki dayanmadan axan gözyaşları dayandırmaq üçün çarələr axtarırıq. Və axan hər damla üçün utanırıq. O gözyaşlarını dayandırmaq sizin əlinizdədir. Və ümid edirəm ki siz müqəddəs Ramazan ayında o gözləri sevindirmək üçün ciddi addımlar atacaqsınız. Şəhidmiz milyonlarla pulla alına bilməyəcək qədər böyük fədakarlıq edib. Canını qurban edib, Mənim, Onun, Sizin üçün.
Qeyd edək ki, Əsgər Xaliq Əzizzadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.
Dünən, 12:08
Bəzi ərazilərdə güclü leysan olub, şimşək çaxıb
Dünən, 11:46
Yol polisi sürücülərə müraciət etdi
Dünən, 11:41
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Dünən, 11:37
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - Siyahı
Dünən, 10:32
4 cüdoçumuz Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq
Dünən, 10:29
Azərbaycanda insanlar bu qədər yaşayır - NAZİRLİK AÇIQLADI
Dünən, 10:24
Beynəlxalq səyyahlar Zəngilana səfər ediblər - FOTO
Dünən, 10:19
Saf, orqanik ad altında satılan ballar: Peşəkar arıçıdan şok ETİRAFLAR
Dünən, 10:14
Tramp: "Putin Ermənistan-Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi"
Dünən, 09:00
Ermənilərin növbəti qorxusu – Azərbaycan Tavuş istiqamətində 500 metr
9-10-2026, 16:00
ABŞ Konqresində Azərbaycana qarşı 241 kvadratkilometrlik İDDİA – 30 il susanlar hərəkətə keçdi
9-10-2026, 15:30
Jirinovskinin Azərbaycanla bağlı proqnozu – “Qarabağ azad ediləcək, İran isə...”
9-10-2026, 14:22
İlham Əliyev və Donald Trampın Bakı Zirvəsini keçirməsi mümkündürmü?
9-10-2026, 13:56
Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
9-10-2026, 13:26
MDB-də 2028-ci il Sosial inkişaf və həyat keyfiyyəti ili elan edildi
9-10-2026, 13:19
Azərbaycanda maaş artdı
9-10-2026, 13:15
Azərbaycanın xaricdəki ticarət nümayəndəliklərində bayraq, gerb və lövhə yerləşdiriləcək
9-10-2026, 13:12
İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO
9-10-2026, 12:11
Büdcədə 4 milyard manata yaxın artıqlıq yarandı
9-10-2026, 11:38
Azərbaycan iqtisadiyyatı 1,5% böyüyüb
9-10-2026, 11:18
“Retro Holding”də milyon yarımlıq yeyinti - Həbs edilən var
9-10-2026, 11:00
4 gün iş olmayacaq - Tarix açıqlandı
9-10-2026, 10:59
İlham Əliyev: Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə yükdaşımaları ildə 15 milyon tona çatdırmağa hazırıq
9-10-2026, 10:56
Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
9-10-2026, 10:51
Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır
9-10-2026, 10:48
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ
9-10-2026, 10:11
Paşinyan səhərini Azərbaycan mahnısı ilə açdı, "ürək" göstərdi