Bu da xalqın gözlədiyi o böyük qərar - Əhalinin səsi eşidildi NƏHAYƏT Kİ,
Siyaset
Oxunub: 16 480
18 in 2017 | 10:00
Bu da xalqın gözlədiyi o böyük qərar - Əhalinin səsi eşidildi NƏHAYƏT Kİ,











Dövlət başçısı etimadı itirmiş, vətəndaşların narazılıq etdiyi məmurları işdən çıxarır, nazirləri vəzifəsindən qovur, qurumları birləşdirir

Nəqliyyat Nazirliyinin ölkənin büdcəsindən ən çox vəsait ayrılan qurum olduğu vaxtlarda Ziya Məmmədov da gur-gur guruldayırdı: qoçuları şofer bilmir, jurnalist demir, əlinə keçəni qanına qəltan edib, şül-küt edirdilər.

Bu barədə Ulus.Az-ın Siyasət Şöbəsi yazıb. Sanki nazir bir banda saxlayırdı. O müfəttişlər də qudurğanlıqdan həzz alırdılar, bu günün sabahını fikirləşmirdilər.

Ziya Məmmədov həqiqətən kriminallaşmış, harınlamış və heç kəsi saymayan nazirə çevrilmişdi. İndi xalqdan oğurladığı pullarla yığdığı var-dövlətin, qurduğu biznesin əlindən necə alındığına dinməz-söyləməz tamaşa edir, səsi də çıxmır.

Eyni zamanda MTN şefi Eldar Mahmudov, sabiq əmək naziri Füzuli Ələkbərov, keçmiş müdafiə naziri Səfər Əbiyev, onların ardınca gəlməkdə olan əmlak komitəsi sədri Kərəm Həsənov, maliyyə naziri Samir Şərifov, kənd təsərrüfatı naziri Heydər Əsədov əslində hakimiyyətin “B” planının gerçəkləşməsidir.

İqtidar komandası yenilənir və prezident artıq oliqarxlaşmış, pullanmış, büdcəni talamış və böyük imkanlara sahiblənmiş nazirləri sıra ilə yola salır.

Dövlət başçısı etimadı itirmiş, vətəndaşların narazılıq etdiyi məmurları işdən çıxarır, nazirləri vəzifəsindən qovur, qurumları birləşdirir.

Eldar Mahmudov, Ziya Məmmədov və başqa məmurların vəzifəsini itirmələri dövlət başçısının reformlarıdır. Prezident güvəndiyi və xalqa xidmət edən komanda yaradır.

Prezidentin güvləndiyi kadrlar irəli çəkilir. Araşdırma qrupunun gəldiyi nəticə ondan ibarətdir ki, prezident komandasında bu kadrlar xalqın və rəhbərliyin etimad göstərdiyi məmurlardır.

Hazırladığımız siyahıda I vitse-prezident Mehriban Əliyeva, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov, Dövlət Təhlükəsizlik Xidməti rəisi Mədət Quliyev, Daxili İşlər naziri Ramil Usubov, Baş Prokuror Zakir Qaralov, Müdafiə naziri Zakir Həsənov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov ilk səkkizlikdir.

Hakimiyyət artıq odiozlaşmış, varlanmış və özünü dövlət içində dövlət sayan məmurlarla vidalaşmaq xəttini seçib.

Bu proje hakimiyyətin içibndən təmizlənməsi prosesidir ki, davamının gələcəyi şübhə doğurmur. Prezident sağlam komanda ilə işləmək arzusundadır.

Çünki vaxtilə həmin nazirlər, məmurlar dövlətin idarəçiliyinə, vətəndaş-iqtidar münasibətlərinə ağır zərbələr endiriblər. Bu da ciddi fəsadlar yaradıb, xalqın hökumətə inamsızlığına gətirib çıxarıb.
Bu gün, 16:00
“The Telegraph” niyə Türkiyədən üzr istədi? Saxta təhdiddən real qarşıdurmaya doğru
Bu gün, 15:30
Ermənistanda seçkilər təxirə salına bilər? – İKİ fərqli rəy
Bu gün, 14:22
Bakı 3 GÜC mərkəzinin DİQQƏTİNDƏ – Qafqazda yeni dönəm
Bu gün, 14:00
Müharibə an məsələsidir?- Polşa Baş naziri tarixləri açıqladı: "İllər deyil, aylar qalıb!"
Bu gün, 12:11
Hamı onlardan danışır - FOTOLAR
Bu gün, 12:05
Son Dəqiqə: Çindən təcili xəbərdarlıq - "İranı dərhal tərk edin"
Bu gün, 11:55
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:47
İki nəfərdən 49 kq narkotik götürüldü - Video
Bu gün, 10:50
Aİ Azərbaycanın 5 gəmisinin sanksiyalarını - Ləğv etdi
Bu gün, 10:46
5 güləşçimiz mübarizəyə başlayır
Bu gün, 09:59
Dövlət qurumundakı əməliyyatlarda 8 nəfər həbs edilib - Rəsmi
Bu gün, 09:54
Ərdoğan göz yaşlarını saxlaya bilmədi - Video
Bu gün, 09:38
SON DƏQİQƏ! Torpaq uçqunu oldu: ölən var - VİDEO
Bu gün, 09:27
Makron siyasəti tərk edir
Bu gün, 09:24
Zelenski Aİ-nin ayırdığı 90 milyardın nəyə xərclənəcəyini açıqladı
Bu gün, 09:20
Azərbaycanda toylarla bağlı qadağalar gəlir?
Bu gün, 09:16
Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
Bu gün, 09:16
Rusiyadan gələn 19 tonluq ZƏHƏR - Təhlükəli yağ Azərbaycana necə daxil olub?
Bu gün, 09:11
Bu qəsəbədə evlər sürətlə bahalaşır: Torpaq tapmaq çətinləşib - FOTO
Bu gün, 09:00
“Türk faktoru” NATO-da hegemoniya qazanır: Türkiyə hərbi blokadanı yardı, indi şərtləri diqtə edir
Dünən, 16:00
Tramp Bakıdan imzasını istədiyi sazişi arxivə göndərdi
Dünən, 15:46
Dövlət Xidmətində əməliyyat keçirildi, iki vəzifəli şəxs saxlanıldı
Dünən, 15:30
İrəvanın bir ayağı yenə “gor”da
Dünən, 13:20
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi - Video
Dünən, 13:15
Yeni təyinatlarla bağlı məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Dünən, 12:55
Prezidentdən qurultay iştirakçılarına - Müraciət
Dünən, 11:52
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI