Hökumət xarici universitetlərə axan pulların qarşısını kəsir - Şok detallar
Siyaset
Oxunub: 13 970
14 in 2017 | 00:46
Hökumət xarici universitetlərə axan pulların qarşısını kəsir - Şok detallar















Azərbaycan hökuməti mühüm islahata başlayır

Hakimiyyət təhsil sektorunda ciddi dəyişikliklərə hazırlaşır.

Xaricdə təhsillə bağlı reformalar ərəfəsində olan hökumət nüfuzu olmayan ali məktəblərə oxumağa gedən axının qarşısını almağa çalışır.

Sirr deyil ki, MDB dövlətlərində, Şərqi Avropada heç bir nüfuzu olmayan, diplomu əhəmiyyət kəsb etməyən universitetlərdə oxuyan azərbaycanlılar var. Onlar illərlə pul xərcləyib Avropada təhsil aldıqlarını hesab edirlər.

Amma həmin universitetlərin nə reytinqi var, nə həmin ölkələrdə onlara qəbul səviyyəsi yüksəkdir. Nəticədə ölkədə çıxan pullar onların cibinə axır. Hakimiyyət bu prosesin qarşısını almağa can atır.

Ulus.Az-a daxil olan xəbərə görə, hökumət ölkədən çıxan pulları Azərbaycanda saxlamaq üçün mühüm addımlar atacaq.

Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov "Təhsil haqqında” qanununa dəyişiklik layihəsinin məqsədlərini açıqlayıb.

Y.Abramov deyib ki, sözügedən qanun layihəsinin əsas məqsədi xaricdə təhsil alan azərbaycanlı gənclərin xərclədikləri vəsaitlərin ölkədə qalmasıdır:

"Hər bir ölkənin rəhbəri ilk növbədə öz xalqının mənafeyini güdür. Biz keçmişdə buraxılan səhvlərə yenidən qayıtmaq istəmirik.
Niyə bizim pullarımız xarici ölkələrin sıradan biri olan təhsil müəssisələrinə getməlidir? Dərbənd Universiteti nədir ki, Bakıdan olan gənc gedib bu universitetə pul xərcləsin?
Biz yaxşı bilirik ki, həmin pullar oraya necə xərclənir. Sonra da həmin uşaqlar yenidən bura qayıdır. Dəyiş-düyüş edirlər, nə qədər universitet bağlanır, nə qədər rektor bədbəxt olur. İndi biz də istəyirik ki, həmin pullar ölkədə qalsın.
Çünki öz əhalimizin puludur. Biz həmin pullarla daha yüksək təhsil sistemi qura bilərik, müəllim-professor heyəti daha yüksək maaş ala bilər. Digər tərəfdən isə xaricdə təhsil alan gənclərin valideynləri də nigaran qalmazlar.
Belə olanda valideyn də nigaran qalıb düşünməz ki, Londonda, Parisdə, Harvardda övladına nə isə olmayıb. Yenə Harvarda getsələr, böyük işdir.
Azərbaycanlı gənclər xaricdə elə universitetlərə oxumağa gedirlər ki, adam baxıb xəcalət çəkir. Vallah Ukraynada həmin universitetlərə heç kəs girmir. Məsələnin kökü də bununla bağlıdır”.
Bu gün, 16:00
“The Telegraph” niyə Türkiyədən üzr istədi? Saxta təhdiddən real qarşıdurmaya doğru
Bu gün, 15:30
Ermənistanda seçkilər təxirə salına bilər? – İKİ fərqli rəy
Bu gün, 14:22
Bakı 3 GÜC mərkəzinin DİQQƏTİNDƏ – Qafqazda yeni dönəm
Bu gün, 14:00
Müharibə an məsələsidir?- Polşa Baş naziri tarixləri açıqladı: "İllər deyil, aylar qalıb!"
Bu gün, 12:11
Hamı onlardan danışır - FOTOLAR
Bu gün, 12:05
Son Dəqiqə: Çindən təcili xəbərdarlıq - "İranı dərhal tərk edin"
Bu gün, 11:55
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:47
İki nəfərdən 49 kq narkotik götürüldü - Video
Bu gün, 10:50
Aİ Azərbaycanın 5 gəmisinin sanksiyalarını - Ləğv etdi
Bu gün, 10:46
5 güləşçimiz mübarizəyə başlayır
Bu gün, 09:59
Dövlət qurumundakı əməliyyatlarda 8 nəfər həbs edilib - Rəsmi
Bu gün, 09:54
Ərdoğan göz yaşlarını saxlaya bilmədi - Video
Bu gün, 09:38
SON DƏQİQƏ! Torpaq uçqunu oldu: ölən var - VİDEO
Bu gün, 09:27
Makron siyasəti tərk edir
Bu gün, 09:24
Zelenski Aİ-nin ayırdığı 90 milyardın nəyə xərclənəcəyini açıqladı
Bu gün, 09:20
Azərbaycanda toylarla bağlı qadağalar gəlir?
Bu gün, 09:16
Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
Bu gün, 09:16
Rusiyadan gələn 19 tonluq ZƏHƏR - Təhlükəli yağ Azərbaycana necə daxil olub?
Bu gün, 09:11
Bu qəsəbədə evlər sürətlə bahalaşır: Torpaq tapmaq çətinləşib - FOTO
Bu gün, 09:00
“Türk faktoru” NATO-da hegemoniya qazanır: Türkiyə hərbi blokadanı yardı, indi şərtləri diqtə edir
Dünən, 16:00
Tramp Bakıdan imzasını istədiyi sazişi arxivə göndərdi
Dünən, 15:46
Dövlət Xidmətində əməliyyat keçirildi, iki vəzifəli şəxs saxlanıldı
Dünən, 15:30
İrəvanın bir ayağı yenə “gor”da
Dünən, 13:20
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi - Video
Dünən, 13:15
Yeni təyinatlarla bağlı məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Dünən, 12:55
Prezidentdən qurultay iştirakçılarına - Müraciət
Dünən, 11:52
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI