Ziya Məmmədovun Eldar Mahmudova hər ay 1 milyon verməsinin sirri üzə çıxır
Beynəlxalq qalmaqala adı qarışan sabiq nazir bu dəfə "sudan quru” çıxa bilməz
2015-ci ilin oktyabrında Milli Təhlükəsizlik Nazirliyində aparılan yoxlamalar illərlə pərdəarxası, pıçıltı ilə danışılan xəbərlərə həqiqət möhürünü vurdu. MTN 2 ilə yaxındır ki, ləğv olunub. Məhkəmələrdə "MTN işi” keçirilir və 2015-ci ilə qədər pıçıltı ilə danışılanlar cinayət işlərində fakt və sübutlarla bərkidilməklə, ifadələrlə təsbit olunmaqla qeyd olunub. Söhbət nazirlərin, məmurların sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova, onun generallarına, çoxsaylı şöbə müdirlərinə hər ay xərac verməsindən gedir.
Bu gün məhkəmələrdə "MTN işi” ilə əlaqəli olan "Rabitə işi” də paralel olaraq aparılır. Orada da iş üzrə təqsirləndirilənlər MTN-də Eldar Mahmudovun nəzarət etdiyi "obşak”a hər ay xərac verilməsindən söhbət gedir. Kimisi aylıq olaraq 150 min dollar, kimisi də 1-2 milyon ödəyib.
Eldar Mahmudov vəzifəsindən azad edilən kimi, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində MTN-in vəzifəli şəxsləri barədə cinayət işi başlanıb. Oktyabrın 20-də istintaqa Beytulla Hüseynovu da çağırıblar. O, ifadəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş verənlərdən danışıb. Bu ifadə əsasında da "Rabitəçilər işi”nə start verilib.
Əvvəlki bir neçə gündə "MTN-çilər”lə "rabitəçilər”in istintaqı birlikdə aparılıb. Sonradan "Rabitəçilərin işi” ayrılıb və Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilib.
"Rabitəçilərin işi”ndə MTN-in vəzifəlilərinə aylıq pul vermələri barədə ifadələr yer aldığından, qurumun Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi olmuş general-mayor Sübahir Qurbanov, Monitorinq Xidmətinin sabiq rəisi general-mayor Teymur Quliyev də bu işə cəlb olunub.
Milyonlarla mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə suçlanan Beytulla Hüseynov oktyabrın 20-də saxlanıldığı gün kabinetindəki seyfdən 20 min 960 manat pul götürüldüyü bildirilir. Ona verilən ittihamlardan biri də budur ki, "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin tabeliyindəki qurumlarda, o cümlədən müxtəlif rayonların telefon qovşaqlarında təmir-tikinti işləri zamanı və avadanlıq alınarkən xərclər şişirdilib. Beləcə, dövlət büdcəsindən ayrılmış milyonlarla manat mənimsənilib. MTN-çilərə isə aylıq pul verilib ki, kimsə bu məsələləri araşdırmasın, pulların mənimsənilməsinə qarışmasın.
"Rabitəçilərin işi” üzrə ittiham aktından sitat:
"Rabitə Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləmiş Vidadi Zeynalov paytaxtın Zərifə Əliyeva küçəsi, 77 ünvanında, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin inzibati binasındakı xidməti otağında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı Qurbanov Sübahir Xalıq oğluna fəaliyyətlərinin himayə edilməsi üçün 01.01.2011-ci il tarixdən 2015-ci ilin oktyabr ayına kimi hər ay 100 ABŞ dolları olmaqla, həmin dövrün məzənnəsi ilə ümumilikdə 3 milyon 047.000 (üç milyon qırx yeddi min) manat verib. Bununla yanaşı, o, həmçinin ləğv edilmiş MTN-in digər əməkdaşı Quliyev Teymur Rəcəb oğluna 01.07.2013-cü il tarixdən 08.10.2015-ci il tarixə kimi hər ay 50.000 ABŞ dolları olmaqla həmin dövrün məzənnəsi ilə ümumilikdə 1.158.000 (1 milyon 158 min) manat rüşvət verib. Həmin epizod üzrə ibtidai istintaqa ifadə verən V.Zeynalov da faktı təsdiqləyib”.
Xərac ödəmə kontekstində istintaqdan kənar qalan, məhkəmələrdə araşdırılmayan, 2015-ci ildən sonra da müzakirə olunan mövzular hələ də qalmaqdadır. Fərq ondadır ki, daha kimsə Eldar Mahmudovun 13 il nəqliyyat naziri olan Ziya Məmmədovdan hər ay 1 milyon manat xərac aldığını pıçıltı ilə danışmır.
Bu gün hər iki nazir vəzifədə deyil. Eldar Mahmudovla bağlı araşdırmalar getdiyi haqda rəsmilərin dilindən eşidilən söhbətlər o qədər çeynənib ki, artıq kimsə sabiq nazirin həbs ediləcəyinə inanmır. Bu gün Eldar Mahmudovun çox güclü "çətirin” altına sığındığı düşüncəsi hakimdir. Sabiq nəqliyyat naziri haqda isə bunu söyləmək olmaz. İlin əvvəlində prezidentin sərəncamı ilə MTN kimi Nəqliyyat Nazirliyi də ləğv olundu. Ziya Məmmədovun müavini Musa Pənahov birləşdirilmiş Rabitə, İnformasiya Texnologiyaları və Nəqliyyat Nazirliyində müavin statusunu qoruya bildi. Onun şefi isə "göyərtədən kənar” saxlanıldı. Bundan sonra xarici və yerli mətbuatda Ziya Məmmədovun "çirkli oyunları” haqda məlumatlar yayılmağa başladı. Məlum oldu ki, Dünya Bankı "Azərbaycan Dəmir Yolları” ASC ilə Kanadanın qlobal "Bombardier” şirkəti arasında 2013-cü ildə bağlanmış və Bakı-Böyük Kəsik dəmir yolunun siqnalizasiya sisteminin qurulmasına dair müqaviləni yoxlamağa başlayıb. Bu barədə Kanadanın "The Glob and Mail” qəzeti yazır ki, Dünya Bankının layihə ilə bağlı başlatdığı auditin məqsədi Kanada şirkəti ilə Azərbaycandan müqaviləni imzalayanlar arasında rüşvət sövdələşməsinə dair şübhələri aydınlaşdırmaqdır. 340 milyon dollarlıq həmin müqavilənin 85 faizini Dünya Bankı maliyyələşdirib. İsveç hüquq-mühafizə orqanları artıq bu müqavilədən on milyonlarla dollarlıq "otkat” alındığını müəyyən edərək "Bombardier” şirkətinin yerli törəmə şirkətinin rəhbər şəxslərini həbs edib. Həmin müqavilə imzalanarkən "Azərbaycan Dəmir Yolları” ASC Z.Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyinin tərkibində idi, ASC-nin sədri vəzifəsini isə onun müavini, bu gün vəzifəsiz qalan Arif Əsgərov yerinə yetirirdi.
Xəbərdə bildirilir ki, əgər Dünya Bankı "Bombardier”lə sabiq məmurlar arasında hansısa korrupsiya sövdələşməsini aşkar edərsə, Kanada şirkəti Azərbaycan layihəsindən çıxarılacaq və bundan sonra Dünya Bankının maliyyələşdirdiyi hansısa layihədə iştirak edə bilməyəcək.
Z.Məmmədovun nazirliyi dövründə onun ölkədaxili yolların çəkilişinə büdcədən ayrılan milyonları "otkat”a çevirməsi və ümumilikdə büdcə vəsaitlərinin mənimsəməsi üçün saysız məlumatlar yayılırdı.
Amma hər dəfə Z.Məmmədov "sudan quru” çıxa bilirdi. Onun əməlləri araşdırılmırdı. Səbəblərindən biri kimi sabiq nazirin hər ay MTN-ə verdiyi xəracı da göstərmək olar. Z.Məmmədov E.Mahmudovun qismində iqtidar komandasında güclü himayəçi tapmışdı və onun "boğazını yağlamaqla” özünün toxunulmazlığını, əməllərinin isə araşdırılmasının qarşısının alınmasını təmin edə bilmişdi. İndi isə onun da, Eldar Mahmudovun da adlarının qarşısında sabiq sözü var. E.Mahmudov özünün əməllərinin qarşısını almaq üçün çaba göstərirkən Z.Məmmədovun dadına çata bilməz.
Bu gün, 16:00
“The Telegraph” niyə Türkiyədən üzr istədi? Saxta təhdiddən real qarşıdurmaya doğru
Bu gün, 15:30
Ermənistanda seçkilər təxirə salına bilər? – İKİ fərqli rəy
Bu gün, 14:22
Bakı 3 GÜC mərkəzinin DİQQƏTİNDƏ – Qafqazda yeni dönəm
Bu gün, 14:00
Müharibə an məsələsidir?- Polşa Baş naziri tarixləri açıqladı: "İllər deyil, aylar qalıb!"
Bu gün, 12:11
Hamı onlardan danışır - FOTOLAR
Bu gün, 12:05
Son Dəqiqə: Çindən təcili xəbərdarlıq - "İranı dərhal tərk edin"
Bu gün, 11:55
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:47
İki nəfərdən 49 kq narkotik götürüldü - Video
Bu gün, 10:50
Aİ Azərbaycanın 5 gəmisinin sanksiyalarını - Ləğv etdi
Bu gün, 10:46
5 güləşçimiz mübarizəyə başlayır
Bu gün, 09:59
Dövlət qurumundakı əməliyyatlarda 8 nəfər həbs edilib - Rəsmi
Bu gün, 09:54
Ərdoğan göz yaşlarını saxlaya bilmədi - Video
Bu gün, 09:38
SON DƏQİQƏ! Torpaq uçqunu oldu: ölən var - VİDEO
Bu gün, 09:27
Makron siyasəti tərk edir
Bu gün, 09:24
Zelenski Aİ-nin ayırdığı 90 milyardın nəyə xərclənəcəyini açıqladı
Bu gün, 09:20
Azərbaycanda toylarla bağlı qadağalar gəlir?
Bu gün, 09:16
Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
Bu gün, 09:16
Rusiyadan gələn 19 tonluq ZƏHƏR - Təhlükəli yağ Azərbaycana necə daxil olub?
Bu gün, 09:11
Bu qəsəbədə evlər sürətlə bahalaşır: Torpaq tapmaq çətinləşib - FOTO
Bu gün, 09:00
“Türk faktoru” NATO-da hegemoniya qazanır: Türkiyə hərbi blokadanı yardı, indi şərtləri diqtə edir
Dünən, 16:00
Tramp Bakıdan imzasını istədiyi sazişi arxivə göndərdi
Dünən, 15:46
Dövlət Xidmətində əməliyyat keçirildi, iki vəzifəli şəxs saxlanıldı
Dünən, 15:30
İrəvanın bir ayağı yenə “gor”da
Dünən, 13:20
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi - Video
Dünən, 13:15
Yeni təyinatlarla bağlı məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Dünən, 12:55
Prezidentdən qurultay iştirakçılarına - Müraciət
Dünən, 11:52
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI