İlham Əliyev Natiq Əliyevin ölümü ilə bağlı nekroloq imzaladı
Siyaset
Oxunub: 838
9 in 2017 | 21:13
İlham Əliyev Natiq Əliyevin ölümü ilə bağlı nekroloq imzaladı















Prezident İlham Əliyev energetika naziri Natiq Əliyevin vəfatı ilə əlaqədar başsağlığı verib

Başsağlığında deyilir: "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan Respublikasının energetika naziri Natiq Ağaəmi oğlu Əliyev 2017-ci il iyunun 9-da ömrünün 70-ci ilində vəfat etmişdir.

Natiq Əliyev 1947-ci il noyabr ayının 23-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1965–1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda dağ mühəndis-geoloqu ixtisası üzrə ali təhsil almışdır. Natiq Əliyev 1971–1974-cü illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasında oxumuş və 1975-ci ildə geologiya-mineralogiya elmləri namizədi, 2008-ci ildə isə iqtisad elmləri doktoru alimlik dərəcələrini almışdır.

Əmək fəaliyyətinə 1970-ci ildən etibarən "Xəzərdənizneftqazsənaye” İstehsalat Birliyinin "Azərdənizneftkəşfiyyat” trestində texnik-geoloq kimi başlayan Natiq Əliyev 1974-1976-cı illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Geologiya İnstitutunun kiçik elmi işçisi, 1976-1979-cu illərdə Elmlər Akademiyası "Xəzər” elmi mərkəzinin kiçik elmi işçisi və baş elmi işçisi olmuşdur. O, 1979-cu ildə "Xəzərdənizneftqazsənaye” İstehsalat Birliyinin Kompleks dəniz geoloji kəşfiyyat kontorunda geologiya şöbəsinin rəisi təyin olunaraq 1984-cü ilədək bu vəzifədə çalışmış, 1984-1991-ci illərdə isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin neft və kimya sənayesi şöbəsində təlimatçı və bölmə müdiri işləmişdir.

1993-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin edilən Natiq Əliyev 2005-ci ilədək həmin vəzifəni tutmuş, 2005–2013-cü illərdə Azərbaycan Respublikasının sənaye və energetika naziri, 2013-cü ildən ömrünün sonunadək isə energetika naziri olmuşdur.

Natiq Əliyev uzun illər Azərbaycanın milli maraqlarının qorunması üçün bilik və bacarığını əsirgəməyərək, özünün yüksək peşəkarlığı və təşəbbüskarlığı sayəsində ölkənin enerji təhlükəsizliyinin təmin olunmasına yönəlmiş dövlət proqramları və inkişaf konsepsiyalarının hazırlanıb müvəffəqiyyətlə gerçəkləşdirilməsində təqdirəlayiq fəaliyyət göstərmişdir. Respublikamızın 1994-cü ilin sentyabrında dünyanın transmilli şirkətləri ilə imzaladığı "Əsrin müqaviləsi” ilə başlanan yeni neft strategiyasının uğurla həyata keçirilməsində, neft-qaz sazişlərinin imzalanmasında, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi qlobal layihələrin reallığa çevrilməsində və bütövlükdə Azərbaycanın enerji sahəsində tarixi nailiyyətlər qazanmasında Natiq Əliyevin özünəməxsus xidmətləri vardır. O, qlobal enerji təhlükəsizliyi layihəsi sayılan "Cənub Qaz Dəhlizi” üzrə əməkdaşlıq münasibətlərinin qurulması və layihənin yerinə yetirilməsi işinə layiqli töhfələr vermişdir.

Natiq Əliyevin tədqiqatçı-alim olaraq Xəzər dənizində neft-qaz yataqlarının axtarışı və kəşfiyyatına, eləcə də enerji sektorunun ayrı-ayrı məsələlərinin öyrənilməsinə dair 100-dən artıq sanballı elmi araşdırması mütəxəssislər tərəfindən rəğbətlə qarşılanmışdır.

Beynəlxalq enerji siyasəti sahəsində tanınmış mütəxəssislərdən olan Natiq Əliyevin Azərbaycanın sosial-iqtisadi yüksəlişi və enerji təhlükəsizliyinin təmin olunmasında, enerji resurslarından istifadənin səmərəliliyinin artırılması işlərinin əlaqələndirilməsində, neft sənayesinin və energetikanın inkişafında səmərəli xidmətləri yüksək qiymətləndirilmişdir. O, bir sıra xarici ölkələrin mötəbər mükafatlarını almış, müstəqil Azərbaycan Respublikasının ali dövlət təltiflərindən "Şöhrət” ordeninə layiq görülmüşdür.

Tanınmış ictimai-siyasi xadim, Əməkdar mühəndis, bacarıqlı təşkilatçı və təvazökar insan Natiq Əliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!

İlham Əliyev
Mehriban Əliyeva
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Yaqub Eyyubov
Valeh Ələsgərov
Hacıbala Abutalıbov
Akif Əlizadə
Şahin Mustafayev
Rövnəq Abdullayev
Xoşbəxt Yusifzadə
Etibar Pirverdiyev
Balababa Rzayev
Natiq Abbasov

Mərhumun cənazəsi vidalaşmaq üçün 2017-ci il iyunun 10-da saat 12.00-dan 14.00-dək Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzinin binasında (Rəşid Behbudov küçəsi, 3) qoyulacaq.

Dəfn mərasimi Fəxri xiyabanda keçiriləcək".
Bu gün, 16:00
“The Telegraph” niyə Türkiyədən üzr istədi? Saxta təhdiddən real qarşıdurmaya doğru
Bu gün, 15:30
Ermənistanda seçkilər təxirə salına bilər? – İKİ fərqli rəy
Bu gün, 14:22
Bakı 3 GÜC mərkəzinin DİQQƏTİNDƏ – Qafqazda yeni dönəm
Bu gün, 14:00
Müharibə an məsələsidir?- Polşa Baş naziri tarixləri açıqladı: "İllər deyil, aylar qalıb!"
Bu gün, 12:11
Hamı onlardan danışır - FOTOLAR
Bu gün, 12:05
Son Dəqiqə: Çindən təcili xəbərdarlıq - "İranı dərhal tərk edin"
Bu gün, 11:55
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:47
İki nəfərdən 49 kq narkotik götürüldü - Video
Bu gün, 10:50
Aİ Azərbaycanın 5 gəmisinin sanksiyalarını - Ləğv etdi
Bu gün, 10:46
5 güləşçimiz mübarizəyə başlayır
Bu gün, 09:59
Dövlət qurumundakı əməliyyatlarda 8 nəfər həbs edilib - Rəsmi
Bu gün, 09:54
Ərdoğan göz yaşlarını saxlaya bilmədi - Video
Bu gün, 09:38
SON DƏQİQƏ! Torpaq uçqunu oldu: ölən var - VİDEO
Bu gün, 09:27
Makron siyasəti tərk edir
Bu gün, 09:24
Zelenski Aİ-nin ayırdığı 90 milyardın nəyə xərclənəcəyini açıqladı
Bu gün, 09:20
Azərbaycanda toylarla bağlı qadağalar gəlir?
Bu gün, 09:16
Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
Bu gün, 09:16
Rusiyadan gələn 19 tonluq ZƏHƏR - Təhlükəli yağ Azərbaycana necə daxil olub?
Bu gün, 09:11
Bu qəsəbədə evlər sürətlə bahalaşır: Torpaq tapmaq çətinləşib - FOTO
Bu gün, 09:00
“Türk faktoru” NATO-da hegemoniya qazanır: Türkiyə hərbi blokadanı yardı, indi şərtləri diqtə edir
Dünən, 16:00
Tramp Bakıdan imzasını istədiyi sazişi arxivə göndərdi
Dünən, 15:46
Dövlət Xidmətində əməliyyat keçirildi, iki vəzifəli şəxs saxlanıldı
Dünən, 15:30
İrəvanın bir ayağı yenə “gor”da
Dünən, 13:20
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi - Video
Dünən, 13:15
Yeni təyinatlarla bağlı məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Dünən, 12:55
Prezidentdən qurultay iştirakçılarına - Müraciət
Dünən, 11:52
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI